Cek kanyonu

Cek kanyonu və ya Qudyalçay kanyonu — Şimal-Şərqi Azərbaycanda, eyniadlı çayın orta axı­nında yerləşir və özlüyündə dik yamaclarının hündürlüyü 1000 m-dən çox olan dərin dərəyə cavab verir. Kanyonun yardığı Qızılqaya massivi Cənub-Şərqi Qafqazın təbiətinin bu guşəsinə təkraredilməz kolorit verən müxtəlif rəngli mərmərləşmiş malm-neokom əhəngdaşılarından təşkil olunmuşdur. İki hissə­dən ibarət olan kanyonun birinci Qrızdəhnə hissəsi ekzotik "Minarə" qa­yasın­dan başlayır və çay axarının əksinə, cənub-şərq istiqamətində sağ qolu Ağçayla qovuşduğu yerədək 8 km-dən artıq məsafəyə uzanır. Bu sahədə kan­yonun dibi ilə Qubadan Xınalığa uzanan yol keçir, yamaclar qalın meşə ilə örtülmüş, orta hissədə isə Yarımyaylaq alp çəmənliklərinə gözəl panoram açan halqaşəkilli geniş Qrızdəhnə çuxuru yerləşir.

Qudyalçay kanyonu
Yerləşməsi
Ölkə  Azərbaycan

Kanyonun yuxarı Qrız hissəsi Qızılqaya əhəngdaşı massivinin dik yamac­larının arası ilə uzanan çayın eninə istiqamətlənmiş dar hissəsinə cavab verir və praktiki ola­raq antropogen təsirlərə məruz qalmadığından öz ilkin gözəlliyini və əzəmətini qoruyub saxlaya bilmişdir.

Həmçinin bax

Mənbə

  • "Azərbaycan Respublikasının Geoloji İrsi" // Bakı, "Nafta-Press" nəşriyyatı, 2013.  (az.)

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.