Cek dili
Cek dili[2] (yerli dildə: Cekcə məz) — ceklilərin danışdığı dil[3]. Şahdağ xalqlarına məxsus yeddi Şahdağ dilindən biridir. Coğrafi mövqe baxımından daha yaxın digər Şahdağ dilləri ilə birlikdə Şahdağ yarımqrupunda birləşir[4][5][6]. Əlifbası yoxdur.
Cek dili | |
---|---|
Orijinal adı | Cekcə məz |
Ölkə | Azərbaycan |
Danışanların ümumi sayı | 1300[1] |
Təsnifatı | |
Kateqoriya | Avrasiya dilləri |
|
|
Yazı | yazısız |
Dil kodları | |
Glottolog | dzhe1238 |
Şahdağ xalqlarına məxsus yeddi Şahdağ dilindən biri olan cek dili barədə bizə məlum olan ilk məlumat R.Fon Erkertin 1895-ci ildə Vyanada alman dilində nəşr olunmuş "Qafqaz köklü dillər" əsərində verilmişdir[7]. İki hissəli həmin əsərin I hissəsində 545 almanca sözün Qafqaz dillərində səslənməsi əks olunmuşdur. Müəllif Qafqazda yaşayan 30 xalqın dilindən, o cümlədən buduq, xınalıq, cek dillərindən (qrız, haput, əlik və yergüc dilləri göstərilməmişdir) istifadə edərək maraqlı lüğət tərtib etmişdir. Belə ki, hər hansı söz başlıqda alman, ingilis və fransız dillərində göstərilir və sonra Qafqazdakı 30 dildə onun qarşılığı verilir. Cek dili hər yerdə 18-ci qrafada (buduq 17-də, xınalıq 19-da) əks olunur. Şahdağın ətəklərində yayılmış dilləri bildirən "Şahdağ dilləri" termini elə həmin müəllifə məxsusdur. Dilçi alimlərin fikrincə, R.Erkertin əsəri bir sıra qüsurlara malikdir və müəyyən elmi əhəmiyyət kəsb etmir. Kitabda Qafqaz dillərinə aid verilmiş materiallarda nəzərə çarpan uyğunsuzluqlar bunu bir daha sübut edir. Cek dili barədə bəzi mülahizələrə bir sıra digər müəlliflərin əsərlərində də təsadüf olunur.
XX əsrin əvvəllərində alman alimi Adolf Dirr Leypsiqdə aqul dilinə dair yazdığı qrammatik oçerkində 100-dən artıq cekcə sözlərdən müqayisəli şəkildə istifadə etmişdir[8].
A.Qleyer isə XX əsrin əvvəllərində "cek-buduq dili" terminini işlətmişdir[9]. Bu kimi mülahizələr mühüm elmi əhəmiyyət kəsb etməsələr də, fakt olaraq dilçilik ədəbiyyatına daxil olmuşdur[10].
1926-cı ilə aid statistik məlumatlarda Quba qəzası üzrə özünü cekli hesab edən cəmi 9 nəfər qeydə alınmışdır. Lakin maraqlıdır ki, bu qəzada cek dilini ana dili hesab edənlərin sayı 3176 nəfər idi. Onlardan 764 nəfəri Quba qəzasının Anıx dairəsində, 1267 nəfər Qonaqkənd dairəsində, 1 nəfər Qusar dairəsində, 492 nəfər Xaçmaz dairəsində və 652 nəfər isə Xudat dairəsində yaşayırdı[11]. Bundan başqa 1926-cı ildə Nuxa qəzasının Vartaşen dairəsində də cek millətindən 590 nəfər qeydə alınmışdır və onlar hamısı cek dilini ana dilləri hesab edirdilər[12].
Qiyasəddin Qeybullayevə[13] və bəzi digər müəlliflərə görə, isə cek dili Qrız dilinin ləhcələrindən biridir[14][15]. Hətta onlardan bəziləri "Cek dili" terminini "Qrız dili"nin alternativ adı adlandırırlar[16].
Hazırda Cek dili yazısızdır və şifahi dildir. Müasir dövrdə tədricən silinməkdə olan dillər sırasına daxil edilən bu dilin Azərbaycan Respublikasının Quba rayonunda gediş-gəlişi çətin olan ucqar Cek kəndində indiyə kimi mövcudluğunu qoruyub saxlamasının əsas səbəbi cek dilinin başqa dillərin təsirinə çox az məruz qalması olmuşdur. Lakin son zamanlar bu dildə gedən güclü dəyişikliklərə əsaslanaraq gələcəkdə onun canlı dillər sırasından çıxacağını ehtimal etmək olar. Məhz buna görə də bu dilin quruluşunu qeydə almağa, hərtərəfli öyrənməyə çox böyük ehtiyac var. Heç bir əlifbaya malik olmasa da ceklilər bu dildə yazıdan da istifadə ediblər və indinin özündə də istifadə edirlər. Lakin onlar bu zaman əvvəllər ərəb əlifbasından istifadə edirdilərsə, hal-hazırda yaşlı nəsil daha çox kiril, gənc nəsil isə latın əlifbasından istifadə edir. Ancaq qeyd etmək lazımdır ki, cek dilində olan fonemləri olduğu kimi yazıya köçürmək üçün həm ərəb, həm kiril, həm də latın əlifbasının imkanları olduqca məhduddur[17].
Cek dilinin əlifbasının tərtib olunması ilə əlaqədar olaraq bir sıra tədqiqatçılar, xüsusi ilə də Tərxan Paşazadə bu problemin həlli məqsədi ilə müəyyən təşəbbüslər göstərmişdir ki, bunlardan da gerçəkləşməsi daha real görünən, hələlik şərti olaraq "Xana əlifbası" adlandırdığı cek dilinin əlifba layihəsidir[18]. Lakin, hələ ki, cek dilinin vahid əlifbasının olmamasına baxmayaraq dillərini mükəmməl bilən ceklilər bu dildə müxtəlif əlifbalarla – əsasən, kiril və latın əlifbalarında yazılmış yazıları tam olaraq başa düşür və anlayırlar.
Mənbə
- Большая Энциклопедия в 62 томах: Джеки Arxivləşdirilib 2012-07-27 at Archive.today (rus.)
- Tərxan Paşazadə. "Azərbaycanın etnik azlıqları: ceklilər", "168 Saat" qəzeti, Sumqayıt – 05 – 11 may 2006, № 11 (24), səh.16
- Tərxan Paşazadə. "Cek kəndi, ceklilər və cek dili", "Azad Azərbaycan" qəzeti, Bakı – 23 avqust 2006, № 124 (1079), səh.6
- Tərxan Paşazadə. "Azərbaycan cekli icması", "Respublika" qəzeti, Bakı – 13 iyun 2007, № 128 (2968), səh.8
- Tərxan Paşazadə. "Dünyanın nadir etnik qrupu – Azərbaycan cekliləri", "Azərbaycan" qəzeti, Bakı – 21 iyun 2007, № 134 (4651), səh.7.
- Tərxan Paşazadə. "Azərbaycanın milli etnik nümayəndələri – ceklilər", "Azərbaycan Müəllimlər İnstitutunun Xəbərləri", № 1, Bakı, "Müəllim" – 2009, səh.35-43.
- Əlhəddin Cekli və Tərxan Paşazadə, "Biz CAN deyirik! Yəni Ceklilər Azərbaycan Naminə!", "Kamal" jurnalı, № 3 (7), iyun 2010, səhifə 44-48.
İstinadlar
- "АЗЕРБАЙДЖАН: ВЫМИРАЮЩИЕ ЯЗЫКИ". 2021-05-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-09-24.
- Н. МАРР : "Яфетические языки", Большая сов. энциклопедия, 1-е изд., т. 65, Москва : Сов. Энц., 1931, стр. 841. Arxivləşdirilib 2012-10-28 at the Wayback Machine (rus.)
- Большая Энциклопедия в 62 томах: Джеки Arxivləşdirilib 2012-07-27 at Archive.today (rus.)
- Şahmurad Qrızlı. "Qrız və qrızlılar". Bakı, "Araz", 1996, s. 18
- Vaqif Buduqlu-Piriyev, "Buduq və buduqlular", Bakı-1994 s.68 (az.)
- Яковлев Н.Ф., Языки и народы Кавказа, Тифлис, 1930, стр. 28-29, 67. (rus.)
- Erckert R., "Die Sprachen des Kaukasischen Stammes", Wien-1895 s.296-298 (alm.)
- Sədiyev Ş. Azərbaycan ərazisində yaşayan yazısız dillərin öyrənilməsi haqqında, Azərb. SSR EA Xəbərləri, 1955, № 7, s. 154. (az.)
- Глейе А. Опыт решения "ванского (урартскаго) вопроса". – Сборник материалов для описания местностей и племен Кавказа. Вып. 37, Тифлис: 1907, отдел III, стр. 26,
- Vaqif Buduqlu-Piriyev, "Buduq və buduqlular", Bakı-1994 s.70-71, 79 (az.)
- "Этно-Кавказ, Кубинский уезд (1926 г.)". 2013-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-04-18.
- "Этно-Кавказ, Нухинский уезд (1926 г.)". 2013-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-04-18.
- Г. А. Гeйбуллаев. Топономия Азербайджана
- "Published in: Encyclopedia of the world's endangered languages. Edited by Christopher Moseley. London & New York: Routledge, 2007. 211–280". 2017-11-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-02-18.
- "The sociolinguistic situation of the Kryz in Azerbaijan" (PDF). 2012-10-13 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2011-02-17.
- "Ethnologue entry for Kryts". 2011-12-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-02-18.
- Əlhəddin Cekli və Tərxan Paşazadə, "Biz CAN deyirik! Yəni Ceklilər Azərbaycan Naminə!", "Kamal" jurnalı, № 3 (7), iyun 2010, səhifə 44-48.
- Tərxan Paşazadə. "Azərbaycanın milli etnik nümayəndələri – ceklilər", "Azərbaycan Müəllimlər İnstitutunun Xəbərləri", № 1, Bakı, "Müəllim" – 2009, səh.35-43. (az.)
Xarici keçidlər
- Tərxan Paşazadə, "Dünyanın nadir etnik qrupu – Azərbaycan cekliləri", Azərbaycan qəzeti
- Müxtəlif dilləri olan iki qonşu kənddən REPORTAJ Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine. apa.tv, 10.06.2015 (az.)
- İradə Sarıyeva. "Cek kəndi və ceklilər azərbaycançılıq ideologiyasının daşıyıcıları kimi..." I yazı Arxivləşdirilib 2017-01-05 at the Wayback Machine, 20.12.2016 və II yazı Arxivləşdirilib 2017-01-01 at the Wayback Machine, 21.12.2016, baki-xeber.com (az.)
- Aygün Rəşidova. Azərbaycanda Cek olmaq. chai-khana.org, 2018 (az.)