Cavid Təvəkkül
Cavid Təvəkkül — rejissor, ssenari müəllifi.
Cavid Təvəkkül | |
---|---|
Cavid Təvəkkül oğlu Əhmədov | |
Doğum tarixi | |
Doğum yeri | Tərtər, Azərbaycan SSR, SSRİ |
Milliyyəti | azərbaycanlı |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Fəaliyyəti | rejissor, ssenari müəllifi |
Həyatı
Cavid Təvəkkül (Cavid Təvəkkül oğlu Əhmədov) 24 iyun 1974-cü ildə Tərtərdə anadan olub. Orta məktəbi Mingəçevirdə oxuyub. Tatarıstan Turizm Akademiyasının prodüserlik fakültəsinin məzunudur (1992-1997). Rüstəm İbrahimbəyovun Beynəlxalq Kino Məktəbində rejissorluq təhsili alıb. 2011-ci ildə Azərbaycan Respublikasının prezidenti tərəfidən tərəqqi medalı ilə təltif olunmuşdu.
"Mən və şəhər" (2003), "Ağlayan əsgər" (2003) kliplərin müəllifidir.
- Aktyor Təvəkkül Əhmədovun oğludur.
Mükafatları
7 may 2021-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.[1]
Filmoqrafiya
- Cavad xan. Filmin filmi (film, 2007)
- Azarkeş (film, 2008)
- 100000 AZN (film, 2009)(tammetrajlı bədii film)(İTV)
- Sovqat (film, 2009)
- Əzizim Fellini (film, 2010)
- Səhərə inan... (film, 2011)
- 50 ilin sahibi (film, 2012)
- Döngələr (teleserial, 2012)
- Qarabağnamə (çoxseriyalı bədii televiziya filmi 2012)
- Dərs (film, 2015)
- Qayınanamız (serial, 2015)
- Bir günəş altında (film, 2016)[2]
- Hoqqa (film, 2017)[3]
İstinadlar
- President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 07.05.2021. 2021-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-07.
- Lider TV. ""Bir günəş altında" təqdim edildi" (az.). Youtube.com. 06.12.2016. 2023-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-12-07.
- Kulis. "Dilarə Əliyeva "Hoqqa"dan danışır" (az.). Youtube.com. 23.01.2017. 2017-02-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-24.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.