Cavid Dədəkişiyev
Cavid Gülbaba oğlu Dədəkişiyev (5 iyul 1988; Qaralar, İmişli rayonu, Azərbaycan – 2 aprel 2016; Talış, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, Aprel döyüşləri şəhidi.
Cavid Dədəkişiyev | |
---|---|
Cavid Gülbaba oğlu Dədəkişiyev | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Qaralar, İmişli rayonu, Azərbaycan |
Vəfat tarixi | (27 yaşında) |
Vəfat yeri | Talış, Tərtər rayonu, Azərbaycan |
Dəfn yeri | Qaralar, İmişli rayonu, Azərbaycan |
Vətəndaşlığı |
![]() |
Atası | Gülbaba Dədəkişiyev |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti |
![]() |
Qoşun növü |
![]() |
Xidmət illəri | 2010—2016 |
Rütbəsi | Baş leytenant |
Döyüşlər | Aprel döyüşləri |
Təltifləri |
![]() ![]() ![]() |
Həyatı
Cavid Dədəkişiyev 1988-ci ilin 5 iyul tarixində İmişli rayonunun Qaralar kəndində anadan olmuşdur. Ailənin birinci övladı olan Cavid Dədəkişiyevin özündən başqa iki qardaşı və bir bacısı var idi. 2006-cı ildə İmişli rayonunda Namiq Abışov adına tam orta məktəbi bitirən Cavid Dədəkişiyev elə həmin il Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuşdur. 2008-ci ildə motoatıcı ixtisası üzrə təhsilini davam etdirən Cavid Dədəkişiyev 2010-cu ilin 26 iyun tarixində leytenant rütbəsi almış, 2011-ci ildə Goranboy rayonu ərazisində yerləşən "N" saylı hərbi hissədə vəzifəsinə başlamışdır.
2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlər başladı. Tarixə Aprel döyüşləri olaraq yazılan hərbi əməliyyatlar zamanı Cavid Dədəkişiyev Tərtər rayonunun Talış kəndi istiqamətində döyüşlərdə vuruşdu. Cavid Dədəkişiyev 2 aprel 2016-cı ildə Talış kəndi istiqamətində gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid oldu.
Aprelin 11-i isə Cavid Dədəkişiyev doğulduğu İmişli rayonunun Qaralar kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və baş leytenant Dədəkişiyev uğrunda şəhid olduğu torpağa tapşırıldı.
Cavid Dədəkişiyev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif edildi.
Təltifləri
— "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı
(26.06.2013) — "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı
(2016) — "İgidliyə görə" medalı (ölümündən sonra)[1]
İstinadlar
- "Baş leytenant Cavid Gülbaba oğlu Dədəkişiyev". zefer.az (az.). 02.04.2016. 2021-04-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 28.03.2021.