Cavid Əliyev (əsgər, 2001)
Cavid Əliyev (11 avqust 2001, Gəncə – 3 noyabr 2020, Şuşa) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.[1]
Cavid Əliyev | |
---|---|
Cavid Samir oğlu Əliyev | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 11 avqust 2001(2001-08-11) |
Doğum yeri | |
Vəfat tarixi | 3 noyabr 2020(2020-11-03) (19 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2020 |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Qubadlının azad edilməsi • Zəngilanın azad edilməsi • Cəbrayılın azad edilməsi • Füzulinin azad edilməsi • Şuşanın azad edilməsi |
Təltifləri |
Həyatı
Cavid Əliyev Samir oğlu 11 avqust 2001-ci tarixində Azərbaycan Respublikasının Gəncə şəhərində anadan olmuşdur. 2008-ci ildə 8 saylı tam orta məktəbdə təhsil almağa başlamışdır. Daha sonra məktəbi dəyişərək 23 nömrəli tam orta məktəbə keçmişdir. Cavid Əliyev hələ 11 yaşlarından güləş idman növü ilə məşqul olmağa başlamış və idman həyatında bir neçə uğura imza atmışdır. 2019-cu ildə 23 nömrəli tam orta məktəbin məzunu olmuşdur.
Hərbi xidmət
8 yanvar 2020-ci ildə müddətli hərbi xidmətə yollanmışdır. 27 sentyabr 2020-ci il tarixində başlayan İkinci Qarabağ müharibəsində iştrak etmişdir.
Cavid Əliyev Tərtər (Suqovuşan kəndi), Xocavənd (Ağoğlan (Hadrut) qəsəbəsi), Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Şuşa rayonları uğrunda gedən döyüşlərdə böyük şücaət göstərmişdir. Füzuli istiqamətindəki döyüşlərdə, 19 yaşında olan qəhrəman, mühasirəyə alınaraq, düşmən tankını dəqiq bir zərbə ilə məhv edərək rotasını xilas etdi.
Bu döyüşdən çıxaraq, işğal olunmuş torpaqları azad edərək yoluna davam etdi.
Ən son 3 noyabr 2020-ci il tarixində Şuşa rayonu uğrunda gedən döyüşlərdə yaralı komandirini xilas etmək istəyərkən, qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalmışdır. 6 noyabr 2020-ci ildə Gəncə Şəhidlər Xiyabanında böyük izdihamla dəfn edilmişdir.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavid Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavid Əliyev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[3]
Təltifləri
- (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)[4]
- (29.12.2020) — "Şuşanın azad olunmasına görə" medalı (ölümündən sonra)[5]
İstinadlar
- "İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF) (az.). mod.gov.az. 2020-12-08. 2020-12-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-12-10.
- "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
- "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 29.12.2020-ci il tarixli Sərəncamı". 29.12.2020. 2020-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29.12.2020.
- "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.president.az (Azərbaycan Prezidentinin rəsmi saytı). 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
- "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 29.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az (Normativ hüquqi aktların vahid internet elektron bazası). 29.12.2020. 2021-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29.12.2020.