Cavaxeti
Cavaxeti[1][2] və ya Cavaxetiya[3] (gürc. ჯავახეთი, erm. Ջավախք)[4][5] — Gürcüstanın cənubunda tarixi vilayət. Vilayətin əraziləri Axalkalaki, Aspindza (qismən), Ninotsminda bələdiyyələri və qismən də Türkiyənin Ərdahan vilayətini əhatə edir. Cavaxeti tarixən qərbdən Kür çayı ilə, şimaldan Şavşeti dağı ilə, cənubda Samsari dağı ilə və şərqdə Niyaliskuri dağı ilə həmsərhəddir. Bu vilayətdəki əsas iqtisadi fəaliyyət kənd təsərrüfatıdır.
Cavaxeti | |
---|---|
41°24′01″ şm. e. 43°29′46″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 3.300 m |
| |
Vikianbarda əlaqəli mediafayllar |
1995-ci ildə Axalkalaki və Ninotsminda rayonları qonşu Samtsxe diyarı ilə birləşdirilərək Samtsxe-Cavaxeti adlanan yeni bir inzibati vilayət yaradılmışdır. 2020-ci ilin yanvar ayında əldə olunan məlumata görə, Samtsxe-Cavaxetinin ümumi əhalisi 152,100 nəfərdir.[6] Vilayət əhalisinin əksəriyyətini ermənilər təşkil edir. 2014-cü ildə Gürcüstanda keçirilən əhalinin üsiyahıyaalınmasına görə, Axalkalaki bələdiyyəsində yaşayanların 93%-i (41,870) və Ninotsminda bələdiyyəsində yaşayanların 95%-i (23,262) ermənilər idi.[7]
İstinadlar
- Verdiyev, Ədalət. "Ermənistanın strateji planlarında Cavaxetiya məsələsi - ARAŞDIRMA (I YAZI)". Ordu.az (az.). 16 yanvar 2019. 2021-09-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 sentyabr 2021.
- Bağırov, Firuz. "Türkiyənin Cavaxeti ilə bağlı yeni planı: Keçmiş rus hərbi bazasının yerində türk kontingenti yerləşdiriləcək?". Ordu.az (az.). 16 iyul 2021. 2021-09-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 sentyabr 2021.
- Mamedov, Kamran. "Ermənistan - Azərbaycan konflikti Gürcüstandan necə görünür?". Politicon.co (az.). Topçubaşov Mərkəzi. 16 oktyabr 2020. 2021-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 sentyabr 2021.
- Rezvani, Babak. Conflict and Peace in Central Eurasia: Towards Explanations and Understandings. BRILL. 2014. səh. 1. ISBN 9789004276369.
...Javakheti (called Javakhk by Armenians).
- "Georgian Court Sentences Armenian Activist To 10 Years In Prison". Radio Free Europe/Radio Liberty. 8 aprel 2009. 2016-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 sentyabr 2021.
...Georgian region of Javakheti (Armenian Javakhk)...
- "Statistical information about Samtskhe-Javakheti region". National Statistics Office of Georgia. 2020-06-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 sentyabr 2021.
- "Population Census 2014". www.geostat.ge (ingilis). National Statistics Office of Georgia. noyabr 2014. 2018-08-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 sentyabr 2021.
Əlavə ədəbiyyat
- Lalayan, Yervand. Ջաւախք (erməni). Azgagrakan Handes. 1895.