Cavanşir Quliyev

Cavanşir Rəhim oğlu Quliyev (22 noyabr 1950, Nuxa) — Azərbaycan bəstəkarı, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (1992).

Cavanşir Quliyev
Ümumi məlumatlar
Doğum tarixi 22 noyabr 1950(1950-11-22) (73 yaş)
Doğum yeri
Vətəndaşlığı
Musiqiçi məlumatları
Fəaliyyəti bəstəkar
Musiqi alətləri tar, piano
Təhsili
Üzvlüyü
Mükafatları "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adı  — 1992 Azərbaycan LKGİ mükafatı  — 1982 "Humay" mükafatı — 2000 "Qızıl Dərviş" mükafatı — 2001
"Diaspor fəaliyyətində xidmətə görə" medalı  — 2021

Həyatı

Cavanşir Rəhim oğlu Quliyev 1950-ci il noyabrın 22-də Şəkidə doğulub. Orta rus məktəbini 1967-ci ildə, Şəki Musiqi Texnikumunu 1968-ci ildə bitirib. Həmin il Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının Xalq Çalğı Alətləri Fakültəsinin Tar Şöbəsinə daxil olub. İki ildən sonra Konservatoriyanın Bəstəkarlıq Fakültəsinə keçib və 1975-ci ildə görkəmli bəstəkar, professor Cövdət Hacıyevin sinfini bitirib.

Diplom işi — böyük simfonik orkestr üçün "Birinci Simfoniya" olub. Hələ tələbə ikən, C. Quliyev bəstəkarlıqda eksperimentlərinə başlamışdı. 2-ci kursda oxuyarkən yazdığı "Birinci Kvartetdə", gələcəkdə əsas yaradıcılıq prinsipi olan milli musiqinin çağdaş bəstəkarlıq texnikası ilə sintezləşdirərək, yeni musiqi tərzinin üzə çıxmasına nail olmuşdu. Əsər dinləyənlər tərəfindən böyük maraqla qarşılanmış, bəyənilmiş və uzun müddət "millilik və müasirlik" baxımından yaradıcı mübahisələrin səbəbi olmuşdur. Bir sıra Konservatoriyalararası konfranslarda, o zamanki SSRİ Bəstəkarlar İttifaqında (Moskva) səsləndirilmiş, və böyük maraq doğurmuşdur. Sonralar C.Quliyevin bu üslubda bəstələdiyi bir sıra başqa əsərləri Avropanın çeşidli ölkələrində və Amerikada ifa olunaraq, böyük rəğbət görmüşdür.

Cavanşir Quliyev müasir Azərbaycanın ilk hərbi marşının müəllifidir. C. Quliyev ilk dəfə sazı kamera musiqisində kamanla, violonçellə, fleyta ilə bərabər şəkildə tədbiq etmişdir. C.Quliyev ilk dəfə sazı və zurnanı simfonik və simfo-caz orkestrlərin tərkibinə daxil edərək, əsas alətlər şəklində işlətmişdir. Tələbəlik illərindən, yəni 1973-cü ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində səs rejissoru işləməyə başlayıb və həmin vəzifədə 17 il çalışıb.

1990–1993 illərdə Azərbaycan Dövlət Konsert Birliyinin bədii rəhbəri olub. 1980–1998 illərdə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında — Bakı Musiqi Akademiyasında, 1994–2003 illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim işləyib. Paralel olaraq 1992-ci il sentyabr ayının 1-dən 2005 ilə qədər Akademik Milli Dram Teatrında musiqi hissə müdiri işləyib. 2003-cü ildən Azərbaycən Milli Konservatoriyasının dosenti, 2005-ci ildən professoru, 2005-ci ildən — Şimali Kipr Türk Respublikasının Yaxın Şərq (Yakın Doğu) Universitetinin Səhnə Sənətləri fakültəsinin professorudur.

O, 19 il Şimali Kipr Türk Respublikasında yaşadıqdan sonra Azərbaycana qayıdıb.[1]

Şəxsi həyatı

2024-cü ildə Azərbaycanda prezident seçkiləri zamanı İlham Əliyevi dəstəklədiyini açıqlamışdır.[2]

Mükafatları

Əsərləri

  • Baletlər: Oğuznamə, "Tufan (balet)", "Kitabi Dədə Qorqud (balet)"
  • Zurna və orkestr üçün Üvertüra (1980);
  • Fleyta, saz və violonçel üçün "Karvan" (2000);
  • Simli orkestr üçün "Dastan" (2001);
  • 4 simfoniya
  • "Məhəbbət oyunu" Operettası /libretto — Q. Rəsulov/ (2001).
  • Rəqs
  • "Müşfiq ağıları" (oratoriya, 2020)[5]

Mahnıları

Video

Audio

Filmoqrafiya

  1. Ac həriflər (film, 1993)
  2. Ağ atlar üçün vals
  3. Ağ dünya (film, 1995)
  4. Anarla üz-üzə (film, 1989)
  5. Araqarışdıran (film, 1987)
  6. Arxada qalmış gələcək (film, 2004)
  7. Astana (film, 1986)
  8. Aşıq Qərib (film, 1988)
  9. Azərbaycan milli qəhrəmanları. Albert Aqarunov. Dostuma məkub... (film, 2010)
  10. Beşmərtəbəli evin altıncı mərtəbəsi (film, 1996)
  11. Bəxtiyar Vahabzadə (film, 1987)
  12. Buta (film, 2011)
  13. Canavar balası
  14. Cavid ömrü (film, 2007)
  15. Çalalar (film, 2000)
  16. Çətin məsələ (film, 1988)
  17. Daş yaddaş (film, 1986)
  18. Dirsə xan oğlu Buğac boyu (film, 2000)
  19. Dünya bir pəncərədir (film, 1990)
  20. Etiraf (film, 1992)
  21. Əzablı yollar (film, 1995)
  22. Fatehlərin divanı
  23. Fəryad (film, 1993)
  24. Girişmə, öldürər! (film, 1990)
  25. Günahsız Abdulla (film, 1984)
  26. Güzgü (film, 1990)(II)
  27. Haray (film, 1990)
  28. Həqiqətin anı (film, 1984)
  29. Xeyir və Şər (film, 1980)
  30. İtkin gəlin (film, 1994)
  31. Kəndlərin harayı (film, 1987)
  32. Qayıdış (film, 1992)
  33. Qəm pəncərəsi (film, 1986)
  34. Qırmızı qar (film, 1998)
  35. Qocalar, qocalar... (film, 1982)
  36. Lətifə (film, 1989)
  37. Mirzə Kazım bəy (film, 1983)
  38. Muğam (film, 1995)
  39. Nigarançılıq (film, 1998)
  40. Salur Qazanın evi talandığı boy (film, 2001)
  41. Sənsiz (film, 1989)
  42. Sonuncu məhəbbət (film, 1985)
  43. Sovet Azərbaycanı (film, 1982)
  44. Sübhün səfiri (film, 2012)
  45. Süd dişinin ağrısı (film, 1987)
  46. Şirbalanın məhəbbəti (film, 1991)
  47. Taleyin qisməti (film, 1996-1997)
  48. Topal Teymur (film, 1983)
  49. Yağışdan sonra (film, 1998)
  50. Yarımştat (film, 1996)
  51. Yaşıl eynəkli adam (film, 1987)
  52. Yaşıl eynəkli adam-2 (film, 1999)
  53. Yaşıl eynəkli adam-3 (film, 2002)
  54. Yeniləşmiş diyar (film, 1984)
  55. Yumurta (film, 2003)
  56. Səttar Bəhlulzadə (film, 1988)

Teatr tamaşalarına musiqi

  • M. F. Axundov "Xırsquldurbasan" /rejissor: Cahangir Novruzov/Şəki D. D. Teatrı/"
  • "Hərənin bir ulduzu" /rej: H. Atakişiyev/Şəki D. D. Teatrı/"
  • "Evlərin axşamları"/Şəki D. D. Teatrı/"
  • "Sevgililərin cəhənnəmdə vüsalı" /müəllif — İ. Əfəndiyev/ (1991);
  • "İydə ağacı" /müəllif — İ. Əfəndiyev/ (1992);
  • "Özümüzü kəsən qılınc" /müəllif — B. Vahabzadə/ (1999);
  • "Dar ağacı" /müəllif — B. Vahabzadə/, "Aydın" /müəllif — C. Cabbarlı/ (2000).

Məqalələri

  • "Azərbaycan mahnısı: Yol ayrıcında". "Musiqi dünyası" jurnalı, № 1, 1999; Musiqili kompüter proqramları. "Musiqi dünyası", № 2, 2000.

Həmçinin bax

İstinadlar

  1. "Məşhur bəstəkar Cavanşir Quliyev 19 ildən sonra xaricdən Azərbaycana köçüb". 2022-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-16.
  2. ""İlham Əliyevi favorit görürəm və ona səs verməyi düşünürəm" — Cavanşir Quliyev". Qafqazinfo. 21 dek 2023. 2023-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-25.
  3. Kulis. "Cavanşir Quliyev, Mehriban Zəki və Cavid Əhədova kino mükafatı verildi" (az.). kulis.az. 31.07.2015 10:47. 2015-08-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-08-03.
  4. Report. ""Qızıl Pəri" mükafatları təqdim olunub" (az.). Report.az. 29 dekabr 2015. 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-30.
  5. Azərbaycan Kinematoqrafçılar İttifaqı. "Cavanşir Quliyevdən "Müşfiq ağıları" oratoriyası" (az.). AKİ.az. 14.06.2020. 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-14.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.