Cavanşir Qafarov

Cavanşir Qafarağa oğlu Qafarov (10 fevral 1928, Gədəbəy, Gəncə qəzası6 yanvar 1994, Bakı) — vokalçı-aktyor, Azərbaycan SSR əməkdar artisti (1959).

Cavanşir Qafarov
Doğum tarixi
Doğum yeri Gədəbəy, Gəncə qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi (65 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Dəfn yeri Gədəbəy
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Fəaliyyəti vokalçı-aktyor
Fəaliyyət illəri 1953–1994
Təhsili Azərbaycan Dövlət Konservatoriyası
Teatr Azərbaycan Dövlət Opera və Balet Teatrı
Mükafatları "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1959

Həyatı

Cavanşir Qafarov 10 fevral 1928-ci ildə Gədəbəydə anadan olmuşdur. Gur, cingiltili və bariton səsi olan aktyor 1948–1953-cü illərdə Azərbaycan Dövlət Konservatoriyasında təhsil almışdır. 1953-cü ildə Azərbaycan Dövlət Opera və Balet Teatrına solist götürülüb.[1]

Cavanşir Qafarov 6 yanvar 1994-cü ildə Bakıda vəfat edib. Gədəbəydə dəfn olunmuşdur.[1]

Mükafatları

İfa etdiyi əsas rollar

TamaşaMüəllifRol
KoroğluÜzeyir HacıbəyovHəsən xan
Leyli və MəcnunÜzeyir HacıbəyovNofəl
Arşın mal alanÜzeyir HacıbəyovSüleyman
Aşıq QəribZülfüqar HacıbəyovŞahvələd
Şah İsmayılMüslüm MaqomayevAslan şah
NərgizMüslüm MaqomayevAğalar bəy
SevilFikrət ƏmirovAtakişi
ÖlülərVasif AdıgözəlovHacı Həsən ağa
AzadCahangir CahangirovYavər
Bahadır və SonaSüleyman ƏləsgərovSoltan
VaqifRamiz MustafayevVidadi və Qacar
TraviataCüzeppe VerdiJorj Jermon
AidaCüzeppe VerdiAmonasro
RiqolettoCüzeppe VerdiQraf Monterone
LakmeLeo DelibFrederik
ToskaCakomo PuççiniŞarrone
KarmenJorj BizeEskamilio və Morales
AlekoSergey RaxmaninovAleko
İolantaPyotr ÇaykovskiRobert
Qaratoxmaq qadınPyotr ÇaykovskiQraf Tomski
Knyaz İqorAleksandr BorodinKnyaz İqor
İvan SusaninMixail QlinkaKral Siqzmund

İstinadlar

  1. İlham Rəhimli. Azərbaycan Teatr Ensiklopediyası. I. 2016. səh. 261–262.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.