Cavanşir Carçıyev
Cavanşir Əsgər oğlu Carçıyev — Qazax rayonu İcra hakimiyyətinin sabiq başçısı[1]
Cavanşir Carçıyev | |
---|---|
Cavanşir Əsgər oğlu Carçıyev | |
Qazax Rayon İcra Hakimiyyətinin başçısı | |
– 22 avqust 1993 | |
Sonrakı | Nəsimi Şahmalıyev |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1952 |
Doğum yeri | |
Vəfat tarixi | 1994 |
Partiya |
Carçıyev Cavanşir 1952-ci il yanvarın 5-də Qazax rayonunun Çaylı kəndində anadan olub. 1974-cü ildə Azərbaycan Dövlət Neft-Kimya institutunu bitirdikdən sonra təyinat yerinə işləməyə gedərək 1979-cu ilədək Qorki vilayətinin Vıksa şəhərində elektrik idarəsində usta vəzifəsindən idarənin rəisi vəzifəsinə qədər yüksəlib. 1979–1981-ci illərdə Gəncə elektrik quraşdırma idarəsində baş iş icraçısı və başqa illərdə müxtəlif vəzifələrdə işləyib.
Azərbaycanda Milli Azadlıq Hərəkatı başlayan illərdə öncüllərdən biri olub. 1989-cu ildən Azərbaycan Xalq Cəbhəsinin Qazax rayon şöbəsinin İdarə heyətinin üzvü, AXCP-nin hakimiyyəti illərində, Müharibənin ən qızğın dövründə Qazax Rayon İcra Başçısı vəzifəsində çalışıb. 1994-cü ildə faciəvi şəkildə dünyasını dəyişib.[2]
İstinadlar
- N. H. Şahmalıyevin Qazax rayonu İcra hakimiyyətinin başçısı təyin edilməsi və C. Ə. Carçıyevin həmin vəzifədən azad edilməsi haqqında Arxivləşdirilib 2023-07-05 at the Wayback Machine Azərbaycan Respublikası Prezidentinin 22 avqust 1993-cü il tarixli, 730 nömrəli Fərmanı. e-qanun.az (az.)
- "Arxivlənmiş surət". 2023-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-03.
Həmçinin bax
- Carçıyevlər