Cavanşir Cahangirov

Cavanşir Cahangirov (tam adı: Cavanşir Muradxan oğlu Cahangirov; 30 oktyabr 1955, Bakı4 fevral 2020, Bakı) — Əməkdar jurnalist, 2009-cu ildən 2015-ci ilə kimi "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini vəzifəsində çalışmışdır.

Cavanşir Cahangirov
Cavanşir Muradxan oğlu Cahangirov
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (64 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Dəfn yeri Bakı, qurdqapısı qəbirsanlığı
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Təhsili Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsi
Tanınır jurnalist

Həyatı

Cavanşir Muradxan oğlu Cahangirov 30 oktyabrda 1955-ci ildə Bakıda anadan olub. 1962–1972-ci illərdə Bakıdakı 172 saylı orta məktəbdə təhsil alıb. 1982-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib.[1]

1983-cü ildə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində kiçik redaktor kimi fəaliyyətə başlayıb. 1986–1992-ci illərdə "Gənclik" redaksiyasında baş redaktor olub. 2009-cu ildən 2015-ci ilə kimi "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini vəzifəsində çalışıb. Vəfatından əvvəl isə Azərbaycan Radiosunun proqram direktorunun müavini və Teleradio Akademiyasının vəzifələrində çalışırdı.[2]

O, uzun müddət xəstəlikdən əziyyət çəkirmiş.

Maraqlı faktlar

Əməkdar jurnalist Cavanşir Canahgirov vaxtilə populyar olan "Çay dəstgahı" verilişinin müəllifi və aparıcısı kimi tanınıb.[3]

İstinadlar

  1. "Tanınmış jurnalist Cavanşir Cahangirov vəfat edib". 2020-08-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-04.
  2. "Jurnalist Cavanşir Cahangirov vəfat edib". 2021-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-04.
  3. "AzTV-nin keçmiş sədr müavini vəfat etdi". 2020-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-04.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.