Cavanşir (film)
Cavanşir — rejissor Elçin Hami Axundovun 2002-ci ildə çəkdiyi hərbi-vətənpərvərlik mövzusunda olan cizgi filmi.
Cavanşir | |
---|---|
Janr |
döyüş müharibə |
Rejissor | Elçin Axundov |
Ssenari müəllifi | Elçin Axundov |
Rəssamlar |
Gülşən Quliyeva Elçin Axundov |
İstehsalçı | Azanfilm |
İlk baxış tarixi | 2002 |
Filmin növü | qısametrajlı cizgi filmi |
Müddət | 9,5 dəq. |
Ölkələr | Azərbaycan |
Dil | azərbaycanca |
İl | 2002 |
Texniki məlumatlar | 1 hissə |
Rəng | rəngli |
Məzmun
Hərbi-vətənpərvərlik mövzusunda olan bu kinolentdə yeniyetmə bir oğlanın Qarabağ müharibəsində göstərdiyi qəhrəmanlıqdan danışılır.
Film haqqında
- Cizgi filmi Azərbaycanda ilk dəfə olaraq kompüter vasitəsilə yaradılmışdır.
- Film Aylinə və onun həmyaşıdlarına həsr olunmuşdur.
- Film "Bəsmələ" ilə başlayır.
Filmin heyəti
Film üzərində işləyənlər
- Ssenari müəllifi: Elçin Hami Axundov (Elçin Axundov kimi)
- Quruluşçu rejissor: Elçin Hami Axundov (Elçin Axundov kimi)
- Quruluşçu rəssam: Gülşən Quliyeva, Elçin Axundov
- Multiplikasiya rəssamı: Firəngiz Quliyeva, Rauf Dadaşov, Gülşən Quliyeva, Arifə Hatəmi
- Multiplikator köməkçisi: Lalə Məmmədova, Samirə İsmayılova, Yuliya Maryaşkina, Aleksandra Şirinova
- Dekor rəssamı: Hüseyn Cavid İsmayılov
- Hərbi məsləhətçi: Mehdi Mehdiyev
- Musiqi tərtibatçısı: İsmayıl Dadaşov
- Qaralama montaj edən: Nisə Hacıyeva
- Səs operatoru: Teymur Abdullayev
- Kompüter yığımı və montajı: Konstantin Qavriş
- Kompüter qrafikası: Gülçin Özər
- İnzibatçı: İlqar Musayev, Nərminə Mehdiyeva
- Filmin direktoru: Heydər Dadaşov
- Musiqisindən istifadə edilən bəstəkar: Polad Bülbüloğlu
Filmi səsləndirənlər
- Almaz Mustafayeva-Cavanşir
- Kazım Abdullayev — Komandir;Erməni;Sərkərdələr
- Nicat Kazımov — Tarix müəllimi;Əlibala
- Şəfəq Əliyeva
- Əliqulu Səmədov — Doktor
- Nuriyyə Əhmədova
- Rəfael Qasımov
- Şahin Rəqibov
Tənqid
Azərbaycanlı kinoşünas Aygün Aslanlı bu filmi tənqid edib: “Cavanşir” cizgi filminə baxmaq mümkün deyil. Qəhrəmanın başı tərsinə dönür.. Ordan Babəkin başı çıxır, burdan Şah İsmayılın başı çıxır. Bu qorxu təlqin edə bilər, vətənpərvərlik yox.[1]
İstinadlar
- "Azərbaycan cizgi filmlərinin çoxu niyə maraqsızdır? (Debat)". 2022-12-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-18.
Mənbə
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004, səh. 380.
Xarici keçidlər
- YouTubeda filmi izlə ;
- Cizgi filmləri aləminə səyahət
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.