Cavad Qurbanov

Cavad Bahadur oğlu Qurbanov (1926, Şuşa - 2007, Bakı) — Azərbaycanın əməkdar idman xadimi[1], əməkdar məşqçisi, 12 dəfə qılıncoynatma üzrə Bakı və respublika çempionu[2], Ümumittifaq və Beynəlxalq dərəcəli hakim(1967)[1],Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü[3], professor.[4][1]

Cavad Qurbanov
Şəxsi məlumatlar
Doğum yeri

Həyatı

Cavad Qurbanov Şuşa şəhərində anadan olub. Azərbaycanın əməkdar bədən tərbiyəsi və idman xadimi (1967), əməkdar məşqçisi (1964), dəfələrlə qılıncoynatma üzrə respublika çempionu, Ümumittifaq və Beynəlxalq dərəcəli hakim olub.[5]

C.Qurbanov Azərbaycanda qılıncoynatma idman növünün əsasını qoyanlardan biridir.[6] O, uzun illər respublikanın yığma komandasının baş məşqçisi işləyib. Yetirmələri Avropa, dünya və olimpiya oyunlarının iştirakçısı və mükafatçısı olub.[7]

İstinadlar

  1. "Gənclər və İdman | Azərbaycan Respublikası Şuşa Rayon İcra Hakimiyyəti". shusha-ih.gov.az.
  2. "Cıdır düzündən dünya üzünə". Sportinfo.Az (az.). 2020-12-02. 2024-01-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-08.
  3. Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). 2022-12-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-08.
  4. "Arxivlənmiş surət" (PDF). 2023-07-12 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-01-08.
  5. "Cavad Bahadur oğlu Qurbanov Ümumittifaq və Beynəlxalq dərəcəli hakim". www.mykarabakh.com. 2024-01-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-09.
  6. "Azərbaycan Respublikası Qarabağ bölgəsi :: İdmançılar". www.mykarabakh.com. 2024-01-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-08.
  7. "Azərbaycanın əməkdar idman xadimi Cavad Bahadur oğlu Qurbanov". peoplepill.com. 2024-01-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-09.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.