Cavad Fakuri
Cavad Fakuri (d. 1938, Təbriz, İran - ö. 30.09.1981) — əslən azərbaycanlı, İran İslam Respublikasının hərbi hava qüvvələrinin komandiri. General-mayor. 1980-1981-ci illər arası İran İslam Respublikasının 4-cü Müdafiə Naziri.
Cavad Fakuri | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Təbriz |
Vəfat tarixi | |
Vəfat yeri | |
Vəfat səbəbi | Təyyarə qəzası |
Dəfn yeri | |
Vətəndaşlığı | İran İslam Respublikası |
Milliyyəti | Azərbaycanlı |
Dini | islam |
İxtisası | Hərbiçi |
Fəaliyyəti | Hərbi Hava Qüvvələri general mayoru |
Fəaliyyət illəri | 1981-ci ildən |
Vikianbarda əlaqəli mediafayllar |
Əmək Fəaliyyəti
Cavad Fakuri:
- 1958-ci ildə "F-100" tipli qırıcı təyyarə pilotu olaraq İran Hərbi Hava Qüvvələrinə hərbi xidmətə daxil olub;
- 1967-ci ildə "F-4" tipli qırıcı-bombardmançı təyyarə pilotu olma vəsiqəsi qazanıb;
- Pəhləvi rejimi dövründə uçuş, eskadron, qanad və bir qrup "F-4" təyyarələrində uçuşlara rəhbərlik edib;
- 1978-ci ildə polkovnik rütbəsi alıb və Tehranda qərargah zabiti vəzifəsinə təyin olunub.
Əmisi oğullarından biri MEK-in aparıcı üzvü olmasına və 1980-ci ildə İsveçdən siyasi sığınacaq istəməsinə baxmayaraq, Cavad Fakuri Xomeyninin və Rəfsəncaninin etibarını qazanaraq[1], Xomeyninin razılığı ilə o zamankı prezident Abolhassan Banisadr tərəfindən 1980-ci ilin iyununda yüksək vəzifəyə təyin edilib.[2][3]
C. Fakuri İran-İraq müharibəsində İran Hərbi Hava Qüvvələrinin komandiri kimi iştirak edib. Eyni zamanda, 1981-ci ilin yazından 1981-ci ilin sentyabrına qədər İİR-in Müdafiə Naziri vəzifəsində çalışıb.[4] Bu zaman o əvvəlki müdafiə naziri Mustafa Kamranın İran–İraq müharibəsi zamanı təyyarə qəzasında öldükdən sonra bu vəzifəni tutmuşdur. C.Fakurini bu vəzifədə 1981-ci ildə Məhəmməd Salimi əvəz etdi.[4]
Vəfatı
C.Fakuri, Valiolla Fallahi və Musa Namju da daxil olmaqla digər yüksək rütbəli hərbi vəzifəlilər 29 sentyabr 1981-ci ildə Tehran yaxınlığında baş verən təyyarə qəzasında həlak olublar.[5] Hadisədən dərhal sonra çıxış edən Ayətullah Ruhollah Xomeyni bu hadisədə Xalq Mühacidləri təşkilatını günahlandırıb, amma birlavasitə sonçulara işarə etməyib.[6]
Cavad Fakuri ölümündən sonra general-mayor rütbəsinə layiq görülüb.
İstinadlar
- Ehteshami Anous. After Khomeini: The Iranian Second Republic. Routledge, Chapman & Hall, Incorporated. 1995. 22. ISBN 978-0-415-10879-9. İstifadə tarixi: 17 February 2013.
- Dilip Hiro. Iran Under the Ayatollahs. Routledge & Kegan Paul. 1987. 156. ISBN 978-0-7102-1123-1. İstifadə tarixi: 17 February 2013.
- "Iranian military chiefs reshuffled". Spokane Daily Chronicle. Associated Press. 19 June 1980. İstifadə tarixi: 27 August 2013.
- Sepehr Zabir. The Iranian Military in Revolution and War (RLE Iran D). CRC Press. 23 April 2012. 277. ISBN 978-1-136-81270-5. İstifadə tarixi: 17 February 2013.
- "Crash kills four top Iranian officers". The Daily Egyptian. 66 (29). Beirut. Associated Press. 1 October 1981. 7 August 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 August 2021.