Caucasus Online

Caucasus OnlineGürcüstanın ən böyük internet provayderlərindən biri. Gürcüstanın internet rabitə bazarının böyük hissəsinə nəzarət edir. Caucasus Online 2006-cı ildə Gürcüstanın bir neçə iri provayderinin: Caucasus Network, Georgia OnlineSaNet-in birləşməsi nəticəsində yaranıb.[1] 2008-ci ildən Gürcüstanda simsiz və fiber-optik internetin əsas provayderi Telenet Caucasus Online ilə birləşdi.

Caucasus Online
Ümumi məlumatlar
Sənaye Telekommunikasiya
Məhsulu İnternet
Təsis tarixi 1998
Baş qərargahın yeri
co.ge

2008-ci ildən Caucasus Online Tyco Electronics (bu gün TE Subcom kimi tanınır) tərəfindən inşa edilmiş 1200 km uzunluğunda sualtı fiber-optik kabelin yeganə sahibidir və bu kabel vasitəsilə Avropadan Cənubi Qafqaza və Xəzər regionuna internet trafikini tranzit edir. FOC Avropadan Qafqaz regionuna və Yaxın Şərqə birbaşa, yüksək keyfiyyətli fiber-optik internet bağlantısı təmin etmək üçün Qara dənizin dibində çəkilib. Layihə 2008-ci ildə Tyco Electronics ilə əməkdaşlıqda Caucasus Online tərəfindən hazırlanıb. 2016-cı ilin sentyabrında Caucasus Online öz pərakəndə biznesini MagtiCom-a satdı və hazırda Caucasus Online regionda əsas topdansatış operatorudur.

2019-cu ildə Azərbaycan şirkəti NEQSOL Holding Caucasus Online-ın 49%-ni 61 milyon dollara satın alıb. 24 mart 2021-ci ildə isə şirkətin 100%-ni satın alıb.[2]

Həmçinin bax

İstinadlar

  1. "About Caucasus Online". 2011-06-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-05-01.
  2. "Azerbaijani Neqsol Holding becomes 100% owner of Georgian internet provider Caucasus Online". Agenda.ge. 24 March 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 August 2021.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.