Caucasus International (jurnal)

“Caucasus International” (CI) Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) tərəfindən xarici siyasət məsələlərinin təhlilinə dair 2011-ci ildən etibarən nəşr olunan beynəlxalq jurnaldır.[1]

Caucasus International
Növ Xarici siyasət məsələlərinin təhlili
Dövrilik İldə 2 dəfə
Format Çap formasında və online (PDF)
Tiraj 1000
İlk buraxılışı 10 iyul 2011 (2011-iyul-10)
Şirkət Strateji Araşdırmalar Mərkəzi
Ölkə Azərbaycan
Dil İngilis
Səhifə 200 - 250
Qiymət Ödənişsiz
cijournal.az

Haqqında

CI Cənubi QafqazTürkiyə ilə bağlı araşdırmalar aparan alim və tədqiqatçılar üçün keyfiyyətcə yeni bir müzakirə platforması təqdim edir. Jurnalda əsasən beynəlxalq münasibətlər və xarici siyasətin müxtəlif problemləri, Qafqaz regionunda cərəyan edən hadisələr, müxtəlif ölkələrin Qafqaz siyasəti, cəmiyyətiqtisadiyyat məsələlərinə dair elmi məqalələr dərc edilir.[2] Jurnal eyni zamanda nəinki Cənubi Qafqaz regionu, eləcə də ayrı-ayrı ölkələr üzrə (Türkiyə, Rusiya, ABŞ, Çin, Avropa ölkələri) geniş iqtisadi, siyasi və sosial məsələlərlə bağlı akademik müzakirələrə həm mahiyyət, həm də keyfiyyətcə kömək etmək və təşviq etmək məqsədli bir platforma təmin edir. Jurnalda bu vaxtadək Avropa, Amerika, Rusiya, Türkiyə, ÇinAzərbaycanın görkəmli alim və ekspertlərinin aidiyyəti mövzular üzrə məqalələri dərc edilmişdir.

CI-nin əsas məqsədi akademik dialoqu təşviq etmək və mümkün qədər geniş ictimaiyyətin cəlb edilməsi üçün intellektual forum yaratmaqdır. Jurnalın hər bir sayı qlobal və ya regional mövzulara həsr olunur və müxtəlif ölkələrin müəlliflərinin görüşlərini əhatə edir.[3] Jurnal əsasən Qafqaz regionunun qonşuluğunda baş verən hadisələrə qlobal kontekstdə diqqət yetirir. Jurnalda dərc edilən maqalələr aparıcı dövlətlərin - Türkiyə, İran, RusiyaABŞ-nin Cənubi Qafqazla bağlı siyasəti, eləcə də Avropa, AsiyaOrta Asiyada baş verən hadisələrin Cənubi Qafqaz perspektivindən və siyasi baxımdan təhlilini oxuculara çatdırır. CI-nin bölgə və onun qonşuları ilə bağlı təhlilləri qlobal kontekstə əsaslanır.[1]

Jurnal Bakı şəhərində "Vanur Poliqraf" MCC nəşr evində dərc olunur. Jurnalın hər buraxılışı 1000 tirajla nəşr olunur. CI Jurnalı satılmır, tam ödənişsizdir.

Redaksiya heyəti

  • Baş redaktor: Cavid Vəliyev
  • Baş redaktor müavini: İlqar Qurbanov
  • İcraçı redaktoru: Hüsrev Tabak
  • Köməkçi redaktor: Şəbnəm Məhərrəmova

Məsləhət Şurası

  • Ramiz Mehdiyev, Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki
  • Novruz Məmmədov, Prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri
  • Elmar Məmmədyarov, Azərbaycan Respublikasının Xarici İşlər Naziri
  • Fərhad Məmmədov, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru (SAM)
  • İbrahim Kalın, Türkiyə Respublikasının Prezidentinin baş müşaviri
  • Bülent Aras, Sabancı Universiteti, Türkiyə
  • Brenda Şaffer, Haifa Universiteti Siyasi Elmlər Məktəbinin baş müəllimidir
  • Frederik Starr, professor, Mərkəzi Asiya-Qafqaz İnstitutunun sədri, Jon Hopkins Universiteti
  • Glen E. Howard, Ceymstaun Fondunun Prezidenti
  • Neil MacFarlane, Oxford Universitetinin professoru
  • Svante Kornell, Araşdırma Direktoru, Mərkəzi Asiya-Qafqaz İnstitutu, İpək Yolu Araşdırmaları Proqramı, Jon Hopkins Universiteti
  • Zalmay Xəlilzad, ABŞ-nin Əfqanıstan, İraq və Birləşmiş Millətlər Təşkilatındakı keçmiş səfiri, Gryphon Partners şirkətinin prezidenti

Buraxılışlar

•      İslam həmrəyliyi (qış 2017)[2]

•      Cənubi Qafqazın 25 illik müstəqilliyi (yay 2017)[4]

•      Qafqazda və Mərkəzi Avrasiyada enerji təhlükəsizliyi (qış 2016)

•      Trans-Avrasiya nəqliyyat şəbəkəsi, Avrasiyada nəqliyyat siyasəti və iqtisadiyyat (yay 2016)

•      Gürcüstanın gələcəyi: regional və qlobal əməkdaşlıqdan münaqişələrin həllinə (qış 2015)

•      Beynəlxalq idarəetmənin və qlobal hökumətin uğursuzluğu (yay 2015)[5]

•      Deportasiya, qaçqınlar və miqrasiya (yaz 2015)

•      Post-sovet məkanında NATO-nun “Sülh naminə tərəfdaşlıq” təcrübəsi: 20 il ərzində (qış 2014-2015)

•      Avrasiyada seçkilər: fikirlər və perspektivlər (qış 2013-2014)

•      2014-cü ildə Əfqanıstanın təhlükəsizliyi: daxili, regional və beynəlxalq aspektlər (payız 2013)

•      Yeni Yaxın Şərq və yeni geostrateji təsəvvürün sərhədləri (yaz-yay 2013)

•      Avrasiyanın mübahisəsi: yeni paradiqmaların axtarışı (payız 2012)

•      Xəzərin enerji oyunu: yeni tərəfdaşlıq dövrünə doğru? (yay 2012)

•      Qafqaz və onun qonşuları: gələcək onilliyə doğru (yaz 2012)

•      Sosial media siyasətdə və xarici siyasət: bu, Avrasiyanı transformasiya edə bilərmi? (payız 2011)

•      Qafqaz beynəlxalq arenada: regional və qlobal perspektiv (yay 2011)[6]

İstinadlar

  1. "Mission and objectives - CI Journal". 2018-02-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-02-06.
  2. "Caucasus International" jurnalının yeni sayı işıq üzü görmüşdür". 2018-01-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-02-06.
  3. "Caucasus İnternational" jurnal BSU-da". 2017-11-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-06.
  4. ""Caucasus International" jurnalının yeni sayı işıq üzü görüb". 2023-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-06.
  5. "UNEC-də "Caucasus İnternational" akademik jurnalının təqdimatı". 2019-12-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-06.
  6. ""Caucasus international" jurnalının ilk sayı işıq üzü görüb". 2012-10-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-02-06.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.