Casus belli
Kazus belli (lat. casus belli) — Roma hüququ dövründə irəli sürülmüş hüquqi termin. Müharibə elan etmək üçün formal səbəb. Müasir tarix elmində geniş istifadə olunaraq, müharibəyə daxil olmaq şərtini bildirən casus foederislə müqayisə edilir.
Məsələn, 1914-cü il 28 iyun tarixində Mlada Bosna gizli təşkilatının üzvü olan 19 yaşlı serb tələbə Qavrilo Prinsip tərəfindən Avstriya-Macarıstan ershersoqu Frans Ferdinandın Sarayevoda öldürülməsi Serbiyaya ultimatum göndərilməsi üçün kazus belli rolunu oynamışdır. Avstriya-Macarıstan ultimatuma cavabdan məmnun qalmayaraq, Serbiyaya müharibə elan etmişdir.
Həmçinin bax
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.