Casper Cons
Casper Cons (d.15.5.1930, Corciya ştatı, Oqasta) — Amerika rəssamı, heykəltaraş və qrafik.[1]
Casper Cons | |
---|---|
ing. Jasper Johns | |
Doğum tarixi | 5.15.1930 |
Doğum yeri | Corciya ştatı, Oqasta |
Vətəndaşlığı | ABŞ |
Fəaliyyəti | rəssam, heykəltaraş, kostyum dizayneri[d], dizayner, fotoqraf, qrafika ustası[d], rəssam-qravüraçı[d], illüstrasiyaçı |
Təhsili | Cənubi Karolina Universiteti |
Janrlar | Rəssamlıq, obyektlər |
Stillər | pop-art, neodada |
Tanınmış işləri | rəssam, heykəltaraş və qrafik |
Üzvlüyü |
|
Mükafatları | |
jasperjohns.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
1949–51-ci illərdə Cənubi Karolina Universitetində təhsil almış, 1952-ci ildə Nyu-Yorka köçmüş və oradakı kommersiya rəssamlıq məktəbində oxumuşdur. 1954-cü ildə R. Rauşenberqlə görüşmüşdür; onların birgə yaradıcılıq fəaliyyəti Amerika pop-artının əsasını qoymuşdur.[1]
Fəaliyyəti
Consun yaradıcılığında bu yeni istiqamət "Amerika bayraqları" (1954-cü ildən), "Hədəflər" (1955-ci ildən) silsilə əsərlərində öz əksini tapmışdır. Rəssam hamıya məlum işarələri bədii şəkildə təkrarlayaraq, bir növ təsviri tavtologiyalar yaratmışdır. 1960-cı ildə Cons məişət əşyalarının (pivə bankaları və s.) tunc surətlərindən ibarət seriya yaratmışdır ("Naxışlı tunc", 1960, Rəssamlıq muzeyi, Bazel). 1960-cı illərdə Cons litoqrafiya ilə məşğul olmuşdur; çap qrafikası üsulları onun 1970-ci illərdə yaratdığı əsərlərinin formal-plastik mövzusunu müəyyən etmişdir ("Adsız", 1972, Lüdviq muzeyi, Köln). 1980-ci illərdəki yaradıcılığında ötən dövrlərin müxtəlif motivləri birləşərək, onun əsərlərinə avtobioqrafik səciyyə vermişdir ("Qaçağan düşüncə lər", 1983, Vitni Amerika incəsənəti muzeyi).[1]
Həmçinin bax
İstinadlar
- Casper Cons// Büssel – Çimli-podzol torpaqlar / baş red. M. K. Kərimov. — Azərbaycan Milli Ensiklopediyası. — Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi, 2014. — 25 cilddə. — V cild. — Səhifələrin sayı: 592. — Səh.: 383–384. — 25 000 nüsx. — ISBN 978-9952-441-10-9.