Qafqaz karabidi
Qafqaz karabidi (lat. Carabus caucasicus) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin sərtqanadlılar dəstəsinin karabidlər fəsiləsinin karabid cinsinə aid heyvan növü. Əvvələr Carabus scabrosus növünün Qafqaz yarımnövü hesab edilirdi.
Qafqaz karabidi | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
Domen: Ranqsız: Amorphea Ranqsız: Obazoa Ranqsız: Opisthokonta Ranqsız: Holozoa Ranqsız: Aləm: Yarımaləm: Klad: ParaHoxozoa Klad: Nephrozoa Ranqsız: Tipüstü: Ranqsız: Ranqsız: Tactopoda Tip: Klad: Pancrustacea Yarımtip: Sinif: Ranqsız: Dicondylia Yarımsinif: Budaq: Metapterygota İnfrasinif: Ranqsız: Eumetabola Dəstə: Yarımdəstə: Ranqsız: Geadephaga Fəsiləüstü: Caraboidea Fəsilə: Yarımfəsilə: Triba: Carabini Cins: Növ: Qafqaz karabidi |
||||
Beynəlxalq elmi adı | ||||
|
||||
|
Qısa təsviri
Bədənin uzunluğu 40-50 mm, alt hisəsi qara, üst hissəsi isə metal parıltılı göy və ya bənövşəyi rəngdədir. Krım yarımnövündən ön döşün formasına görə fərqlənir. Belə ki, Qafqaz ilbizyeyən fışqırdanında ön döş qabaq tərəfdən daralmış və arxa küncləri bir qədər qalxmış vəziyyətdədir.
Yayılması
Azərbaycanda Böyük Qafqaz və Kiçik Qafqazın (Şuşa ətrafı, Daşaltı dərəsi) dağ və dağətəyi rayonlarında dəniz səviyyəsindən 1200 m-ə qədər yüksəklikdə yayılmışdır.
Yaşayış yeri və həyat tərzi
Meşə və bağlarda rütubətli yerlərdə yaşayır. Qışlayan böcəklər ilkin yazda təbiətdə görünməyə başlayır və yayın ortasına qədər rast gəlinirlər. Cütləşmə və yumurtaqoyma prosesi yazın sonunda gedir. Sürfələr yayda inkişaf edir, tezliklə, sentyabrın əvvəlində yeni nəslin böcəkləri əmələ gəlir və onlar oktyabrda qışlamaya gedir. Böcək yırtıcıdır, zərərli ilbizlərlə qidalanmaqla fayda verir. Narahat edilmiş böcəklər zəhərli maye ifraz edirlər. Təbii düşmənləri və xəstəlikləri məlum deyildir.[1]
Sayı
1917-ci ildə M. Vinovski tərəfindən Qubada 2 fərd, 1924-cü ildə Cəbrayıl rayonunda 1 fərd, 1927-ci ildə E. Sidorovina tərəfindən Şamaxıda 2 fərd, 1927-ci ildə F. Əskərov tərəfindən Qusarda 1 fərd, 1929-cu ildə E. Sidorovina tərəfindən Qubada 1 fərd, 2002-ci ildə İ. A. Nuriyeva tərəfindən Siyəzən rayonunun Qalaaltı kəndində 6 fərd, 2004-cü ildə 2 fərd, 2007-ci ildə 6 fərd, 2010-cu ildə 5 fərd qeydə alınmışdır.
Məhdudlaşdırıcı amillər
Böyük Qafqaz ilbizyeyəninin yayıldığı ərazilərdən olan Şuşa ətrafı, Daşaltı dərəsi işğal altında olduğundan bu ərazilərdə böcəyin sayı barədə dəqiq məlumat əldə etmək mümkün deyildir. Ilbizyeyənin yaşadığı Böyük Qafqazın meşə ərazilərində də antropogen təzyiqin güclü olmasının bu böcəyin sayının azalmasında rolu böyükdür. Meşələrin qırılması, qeyri-qanuni turizm obyektlərinin ətrafında meşə örtüyünün məişət tullantıları ilə çirkləndirilməsi, meşəaltı örtüyün mal-qara tərəfindən tapdanması Böyük Qafqaz ilbizyeyəninin sayına mənfi təsir göstərir. Böyük Qafqaz meşələrində tək (Lymantria dispar L.) və həlqəvi ipəksarıyanların (Malacosoma neustria L.) kütləvi artımı zamanı meşələrin pestisidlərlə plansız emalı böcəyin məhvinə səbəb olur. Bu böcəyin kolleksionerlər tərəfindən kommersiya məqsədi ilə kütləvi yığımı da onun sayına təsir göstərməyə bilməz. [2]
Qorunması üçün qəbul edilmiş tədbirlər
Rusiya Federasiyasının Qırmızı kitabına və Azərbaycanın Qırmızı kitabının I nəşrinə daxil edilmişdir.
Qorunması üçün məsləhət görülmüş tədbirlər
Böcəyin yayıldığı meşə massivləri qorunmalı, onun sayi və yayılma arealı barədə yeni məlumatların əldə edilməsi üçün hər il yasayis ərazilərinə monitorinqlər təşkil edilməlidir.
İstinadlar
- Богачев А.В. Животный мир Азербайджана. Академия Наук Азербайджанской ССР, Баку, 1951, с.320
- Azərbaycan Respublikasının "Qırmızı kitabı", II cild, Fauna, Bakı 2013