Caqar
Caqar — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd.
Caqar | |
---|---|
41°20′38″ şm. e. 48°11′58″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.258 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
|
Toponimikası
Bəzi tədqiqatçıların fikrincə, toponim türk dillərindəki caqar (qaladan kənarda divarla əhatə olunmuş, möhkəmləndirilmiş yer) sözü ilə bağlıdır. Lakin caqar sözü dilimizdə "cadarlanmaq" mənasında da işlənir.[2]
Əhalisi
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 417 nəfər əhali yaşayır.[3]
Coğrafiyası və iqlimi
Kənd Qızılqaya dağının (Böyük Qafqaz) yamacında yerləşir.
İqtisadiyyatı
Rayon ərazisində çəkilmiş və 1973-cü ildə istifadəyə verilmiş Caqar-Cibir kanalı bu ərazilərin həqiqətən də susuz olduğunu göstərir. Samurçaydan başlanan bu kanal 45.6 km. uzunluğa malik olub, Qusar rayonu ərazisində 4 min ha. torpaq sahəsinin suvarılmasına xidmət edir.
İstinadlar
- https://www.stat.gov.az. 2009, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi.
- Caqar // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
- Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Həmçinin bax
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.