Canyataq

CanyataqAzərbaycan Respublikasının Ağdərə rayonunun Canyataq kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Canyataq kəndi Tərtər rayonunun inzibati tərkibinə verilmişdir.[2] Kənd 20 sentyabr 2023-cü ildə Azərbaycan ordusunun nəzarəti altına keçmişdir.

Canyataq
40°08′19″ şm. e. 46°46′09″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 668 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 385 nəf. (2015)
Canyataq xəritədə
Canyataq
Canyataq

Toponimikası

Tədqiqatçıların fikrincə, bu toponim türk dillərindəki con/cona (iki çayarası col) və yataq sözlərindən düzəlib, "iki çay arasındakı sahədə yerləşən yataq" mənasındadır. Keçən əsrin əvvəllərində bu toponim Canıyataq variantında qeydə alınmışdır. Güman ki, maldarlıqla məşğul olan Canı adlı Şəxsə məxsus olan bu yataq onun adını daşımışdır.[3]

Tarixi

Canyataq kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. Canyataq kəndi də Tərtər rayonuna birləşdirilən kəndlərdən biridir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikasının nəzarətinə qaytarılmışdır.

5 dekabr 2023-cü ildə kənd Ağdərə rayonunun tərkibinə daxil edilib.[4]

Coğrafiyası və iqlimi

Kənd dağətəyi ərazidə yerləşir.

İstinadlar

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  2. "Azərbaycan Respublikasının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı". 2022-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-29.
  3. Canyataq // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
  4. "Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında Azərbaycan Respublikasının Qanunu" (az.). president.az (2023-12-28 tarixində nəşr olunub). 2023-12-05. 2023-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-27.

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.