Caner Ərkin

Caner Ərkin (4 oktyabr 1988[1][2][…], Edremit[d], Balıkəsir ili[3]) — sol cinahda çıxış edən türk futbolçu.

Caner Ərkin
Caner Ərkin
Caner Ərkin
Ümumi məlumatlar
Tam adı Caner Ərkin
Doğum tarixi
Doğum yeri Ədremit, Balıkəsir, Türkiyə Türkiyə
Vətəndaşlığı Türkiyə Türkiyə
Boyu 181 sm
Çəkisi 75 kq
Mövqeyi Sol cinah müdafiəçisi
Əsas ayağı Sol ayaq
Klub haqqında məlumat
Klub Türkiyə Beşiktaş
Nömrəsi 88
Karyerası
Gənclik karyerası
2002–2004 Türkiyə Manisaspor
Klub karyerası[* 1]
2004–2007 Türkiyə Manisaspor 43 (4)
2007–2009 Rusiya MOİK Moskva 33 (1)
2009–2010  Türkiyə Qalatasaray 20 (0)
2010–2016 Türkiyə Fənərbaxça 159 (9)
2016–2017 İtaliya İnter Milan 0 (0)
2016–h.h. Türkiyə Beşiktaş 21 (0)
2004–h.h. Cəmi 219 (14)
Milli yığma[* 2]
2004–2005 Türkiyə Türkiyə (17 yaşlılar) 19 (8)
2005 Türkiyə Türkiyə (18 yaşlılar) 3 (0)
2005–2006 Türkiyə Türkiyə (19 yaşlılar) 7 (4)
2006–2009 Türkiyə Türkiyə (21 yaşlılar) 15 (2)
2006–h.h. Türkiyə Türkiyə 51 (2)

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Karyerası

Caner Ərkin indiyə qədər Ziko, Frank Raykard, Valeri Qazzayev, Aykut Kocaman, Ərsun Yanal, İsmayıl Kartal, Şenol Günəş kimi məşqçilərlə işləmişdir.

Manisaspor

"Manisapor" klubunda yetişən Caner ilk peşəkar müqaviləsini 2004-cü ildə imzalamışdır. Peşəkar karyerasında və "Manisaspor" forması ilk çıxdığı oyun 18 dekabr 2004-cü ildə Türkiyə 1-ci Liqası çərçivəsində "Karşıyaka"ya qarşı oyun olub. 2005–06 mövsümündə "Manisaspor"un Super Liqaya çıxmasının ardından yavaş-yavaş tanınan Caner ilk Super Liqa oyununa 16 oktyabr 2005-ci ildə "Dənizlispor"la oyunda çıxmışdır. İlk Super Liqa qolunu isə dubl etdiyi "Malatyaspor" oyununda atmışdır. 2006–07 mövsümünün 17-ci həftəsində "Manisaspor"la son oyununu keçirən Caner Ərkin 3.5 milyon £ qarşılığında "MOİK" Moskvaya keçmişdir.

MOİK Moskva

"MOİK"-də oynayarkən

Caner Ərkin 7-si UEFA Çempionlar Liqası oyunu olmaqla "MOİK" Moskva formasını 33-də geymişdir, iki dəfə Rusiya kubokunun qalibi olmuşdur.

Qalatasaray

Caner Ərkin 31 avqust 2009-cu ildə "Qalatasaray" klubuna 1 illiyinə icarəyə verilmişdir. Məşqlərdəki performansı ilə ilk 11-ə girməyi bacarmışdır. Məşqlərin birində Arda Turan ilə dava etməsi komandadan ayrılmasına səbəb olmuşdur.

Fənərbaxça

30 iyun 2010-cu ildə Caner "Fənərbaxça" ilə 4 illik müqavilə imzalamışdır. "Fənərbaxça" ilə Caner iki dəfə Türkiyə çempionu, iki dəfə Türkiyə kubokunun və 1 dəfə Türkiyə Super kubokunun qalibi olmuşdur. 16 may 2012-ci ildə "Bursaspor"la keçirilən Türkiyə kuboku finalında 2-ci dəqiqədə qol ataraq komandasını hesabda önə keçirmişdir. Oyunu 4:0-lıq qələbə ilə tamamlayan "Fənərbaxça" 29 il sonra Türkiyə kubokunu qazanmışdır.

2012–13 mövsümündə Miroslav Stohun performansındakı düşüşündən sonra ilk 11-likdə yer alan Caner Ərkin sərgilədiyi oyun ilə özünü sübut etmişdir. 12-ci turda "Əskişəhərspor"la oyunda Veysəl Sarı ilə danışığında "lan" sözünü istifadə etdiyi iddia edilmiş və oyundan ixrac edilmişdir. Oyundan sonra Caner bu iddianı rədd etmişdir. Eyni zamanda həmin ifadənin Veysəl Sarı tərəfindən istifadə edildiyini bildirmişdir.

11 aprel 2013-cü ildə UEFA Avropa Liqasının ¼ final oyununun ikinci qarşılaşmasında "Latsio"ya qarşı vacib qol atmış və oyun 1:1 bitmişdir. Beləliklə, "Fənərbaxça" tarixində ilk dəfə UEFA Avropa Liqasının yarımfinalına çıxmışdır.

2013–14 mövsümündə baş məşqçi Ərsun Yanal tərəfindən müdafiənin sol cinahında oynadılmağa başlandı və ilk 11-likdə yerini qorumuşdur. Mövsümün ilk yarısında 14 məhsuldar ötürmə vermiş və 3 qol vurmuşdur. 17-ci turda "Fənərbaxça"nın 5:1 qələbəsi ilə bitən oyunda vurduğu qol həfətnin qolu seçilmişdir. 2013–14 mövsmündə "Fənərbaxça"nın Türkiyə çempionu olmasında böyük əməyi olmuşdur.

Beşiktaş

2016-cı ildə Beşiktaşa transfer olmuşdur. Fənərbaxçalı tərəfdarlar tərəfindən tənqid olunmuşdur.

Milli komanda

İlk olaraq 22 dekabr 2004-cü ildə Abdullah Avcı tərəfindən Türkiyə U-17 komandasına dəvət edilmiş, həmin gün oyuna çıxmış və qol vurmuşdur. Türkiyənin U-17, U-18, U-19, U-21, əsas komandalarında oynamışdır. 2005-ci ildə U-17 ilə yanaşı U-18 və U-19 forması da geyinmişdir. 2006-cı ildə U-21 komandasında oynamışdır. 2006-cı ildə isə ilk dəfə Türkiyə milli futbol komandasının formasını geyinmişdir. Bu oyun 2006-cı ilin 26 mayında keçirilmiş Türkiyə-Qana oyunu olmuşdur. Gənc milli komandalarda 43 oyuna 12 qol atmışdır. 2005-ci ildə U-17 FİFA Dünya kubokunda 4-cü yeri tutmuşdur.

Türkiyə milli futbol komandasında ilk qolunu Ukraynaya atmışdır.

Statistika

Klub

Peşəkar karyerası Liqa Kubok Liqa kuboku Super kubok Beynəlxalq Cəmi
MövsümKlubYerOyunQolÖtü.OyunQolÖtü.OyunQolÖtü.OyunQolÖtü.OyunQolÖtü.OyunQolÖtü.
Türkiyə TürkiyəLiqaTürkiyə kubokuLiqa kubokuSuper kubokUEFACəmi
2004–05Manisaspor1. Liqa 4-- ---- --- --- 4--
2005–06Super Liqa 2421 ---- --- --- 2421
2006 1521 2--- --- --- 1721
Cəmi 434224542
Rusiya RusiyaLiqaRusiya kubokuLiqa KubokuSuper kubokuUEFACəmi
2007MOİKPremyer Liqa 8-- ---- --- 2-1 10-1
2008 181- ---- --- 3-2 2312
2009 7-- ---- --- 3-- 7--
Cəmi 331834113
Türkiyə TürkiyəLiqaTürkiyə kubokuLiqa kubokuSuper kubokUEFACəmi
2009–10Qalatasaray (icarə)Super Liqa 20-2 632- --- 4-- 3034
Cəmi 20263243034
2010–11[[Fənərbaxça PFK|Fənərbaxça]]Super Liqa 2213 3--- --- 1-- 2613
2011–12 3324 511- 1-- --- 3935
2012–13 30-5 612- 1-- 1633 53410
2013–14 30314 ---- 1-- 2-- 33314
2014–15 2427 2--- 1-- --- 2727
Cəmi 1398331623419331781339
Karyera cəmi 23513372455431362942148

Milli komanda

No.TarixMilli komandaOyunQolÖtü.
1.2004–2005 Türkiyə198-
2.2005 Türkiyə3--
3.2005–2006 Türkiyə74-
4.2006–2007 Türkiyə141-
5.2006 Türkiyə2--
2007---
20081--
20093--
20102--
20111--
201291-
20138--
201431-
Əsas milli komanda cəmi292-
Gənc cəmi7215-

Milli komandada qolları

Uğurları

Komanda

  • Rusiya Super kuboku:(2007, 2009)
  • Rusiya kuboku: (2009)
  • Türkiyə Super Liqası: çempion (2011, 2014,2017)
  • Türkiyə kuboku: (2012, 2013)
  • Türkiyə Super kuboku: (2014)

Şəxsi

İstinadlar

  1. Caner Erkin // Transfermarkt (çd.). 2000.
  2. ERKIN CANER // Argentine Soccer Database (isp.).
  3. TFF Info Bank.
  4. "Lassa Yılın En Sağlam Futbolcusu Ödülünün Sahibi Gökhan Töre Oldu". Beşiktaş. 2015-10-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 6 avqust 2015.
  5. ""Lassa ilk yarının en sağlam onbiri" ve "en sağlam futbolcusu" belirlendi". Cumhuriyet. 2015-10-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 avqust 2015.
  6. "Süper Lig'in "en sağlam 11'i"". Hürriyet. 2015-10-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 avqust 2015.
  7. "Yılın En Sağlamları (Ödül Töreni)". NTV Spor. 2015-10-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 avqust 2015.
  8. "Sezonun en iyileri belirlendi". Sporx. 2016-08-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 avqust 2015.
  9. "Türkiye Profesyonel Futbolcular Derneği Ödülleri sahiplerini buldu". Milliyət. 2015-12-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 avqust 2015.
  10. "TPFD Ödülleri Sahiplerini Buldu: Yeşil sahaya ödül yağdı". tribundergi.com. 2016-03-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 avqust 2015.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.