Candaroğlu Qızıl Əhməd bəy
Candaroğlu Qızıl Əhməd bəy (bilinmir – ən tezi 1500, Plovdiv) — sonuncu Candaroğulları bəyi.[1][2][3]
Qızıl Əhməd bəy | |
---|---|
Osmanlı türkcəsi: قزيل احمد بك | |
Əvvəlki | İsmayıl bəy |
Sonrakı | - |
Şəxsi məlumatlar | |
Doğum tarixi | bilinmir |
Vəfat tarixi | ən tezi 1500 |
Vəfat yeri | |
Atası | II İbrahim bəy |
Uşaqları |
Musa Paşa Mirzə Mehmed Paşa |
Həyatı
Atası Candaroğlu II İbrahim bəydir. Atası Çələbi Mehmedin qızlarından Səlcuq Xatunla evli olsa da, Əhməd bəy onun başqa xanımdan doğulan oğludur. Uşaqlıq və gənclik illərində Cəmaləddin ünvanıyla anılmışdır. Həyatının ilk illəri haqqında məlumat yoxdur. Atasının ölümünün ardından (1443), bəyliyi ələ alan böyük qardaşı İsmayıl bəyə qarşı ayaqlandı. Ancaq məğlub olub Osmanlılara sığındı. Buna baxmayaraq Osmanlılardan istədiyi dəstəyi ala bilmədi və Bolu sancaqbəyliyini alaraq kifayətləndi.
Konstantinopolun fəthindən sonra Fateh Sultan Mehmedin Anadolu birliyini təmin etmə siyasətindən Candaroğulları da öz payını aldı. Belə ki, 1461-ci ildə çıxılan Trabzon səfəri əsnasında Candaroğulları bəyliyi də ələ keçirildi. İsmayıl bəy və oğlu Həsən bağışlandı və Osmanlı təbəəliyini qəbul etdilər. Qızıl Əhməd bəy isə Moreya sancaqbəyi təyin edildi. Ancaq buna etiraz edən Qızıl Əhməd bəy sədrəzəm Mahmud Paşanın onu bəyliyin başına gətirəcəyini vəd etdiyini iddia edərək bu qərara qarşı çıxdı. Ardından Boluya qaçaraq öncə Qaramanoğlu İbrahim bəyə, ardından Ağqoyunlu sultanı Uzun Həsənə sığındı və uzun illər onun yanında qaldı.
Bu illər ərzində Uzun Həsənin hərbi əməliyyatlarında iştirak edən Qızıl Əhməd bəy 1464-cü ildə tərtib edilən Qaraman səfərinə qatıldı və 500 süvari əsgəriylə birlikdə Qaramanoğlu İshaq bəyə dəstək verdi. Ancaq Osmanlı dəstəyini alan Qaramanoğlu Pir Əhməd bəyin bölgəyə gəlişiylə Qızıl Əhməd bəy yenidən Ağqoyunlu sarayına sığındı (1466).
Daha sonra 1472-ci ildə Tokata hücum edən Ağqoyunlu qüvvələri arasında yer alan Qızıl Əhməd bəy, həmin il Şahzadə Mustafa idarəsindəki Osmanlı birliklərinə məğlub olub geri çəkildi. Otluqbeli müharibəsinin əsas səbəbkarlarından biri olan Qızıl Əhməd bəy, Osmanlı qələbəsinin ardından Uzun Həsənə qulluq etməyə davam etdi. Hətta Uzun Həsənin 1478-ci ildə vəfatından sonra yaranan taxt mübarizəsində onun Diyarbəkir valisi olan oğlu Yaqub bəyi dəstəkləyərək bu mübarizədə mühüm rol oynadı.
Sultan Bəyazid dönəmində bağışlanaraq Osmanlı mülkünə geri dönən Qızıl Əhməd bəyə Bolu sancaqbəyliyi verildi. Həyatının son illəri və ölüm tarixi bilinmir. Ancaq 1485-ci ildə başlayan Osmanlı-Məmlük müharibəsində iştirak etdiyi, ardından Sultan Bəyazidin Modon səfərinə qatıldığı, səfərin arından Plovdivə göndərildiyi və burada vəfat etdiyi bilinmir.
Övladları
- Musa Paşa
- Mirzə Mehmed Paşa — İlk evliliyi 1482-ci ildə Sultan Bəyazidin qızlarından Fatma Sultanla baş tutdu. Bu evlilikdən bir oğlu dünyaya gəldi. İkinci evliliyi isə 1509-cu ildə Sultan Bəyazidin oğlu Şahzadə Abdullahın qızı Şahnisə Sultandır. Bu evlilikdən də iki oğlu dünyaya gəldi.
- Sultanzadə Mehmed bəy — Yavuz Sultan Səlimin qızı Gövhərxan Sultanla evlənmişdir.
- Sultanzadə Əhməd Paşa
- Sultanzadə Mustafa Paşa
Mənbə
- Kıvâmî, Fetihnâme-i Sultan Mehmed (nşr. Fr. Babinger), İstanbul 1955, s. 211 vd.
- Ebû Bekr-i Tihrânî, Kitāb-ı Diyārbakriyye (nşr. Necati Lugal – Faruk Sümer), Ankara 1993, II, 543.
- Âşıkpaşazâde, Târih, s. 156-157, 160, 168.
- Tursun Bey, Târîh-i Ebü’l-Feth (nşr. Mertol Tulum), İstanbul 1977, s. 153, 156.
- Rûhî Târihi (nşr. Halil Erdoğan Cengiz – Yaşar Yücel, TTK Belgeler, XIV/18 [1992] içinde), s. 455.
- Huncî, Târîḫ-i ʿÂlemʾârâ-yı Emînî: Persia in A.D. 1478-1490 (nşr. J. E. Woods, trc. V. Minorsky), London 1992, s. 150, 153.
- Neşrî, Cihannümâ (Unat), II, 744, 746, 748, 754, 774, 802.
- Hadîdî, Tevârîh-i Âl-i Osman: 1299-1523 (haz. Necdet Öztürk), İstanbul 1991, s. 254-255, 260, 272.
- İbn Kemal, Tevârîh-i Âl-i Osmân, VII, 185-186, 190-191, 199-201, 207; VIII, 205.
- Mecdî, Şekāik Tercümesi, s. 374.
- Hoca Sâdeddin, Tâcü’t-tevârîh, I, 473 vd., 476, 482, 498-499; II, 56, 61.
- Müneccimbaşı, Sahâifü’l-ahbâr, III, 375, 377.
- Hammer (Atâ Bey), III, 58, 60.
- Osmanlı Müellifleri, I, 69.
- Uzunçarşılı, Anadolu Beylikleri, s. 29-30, 135-136, 137, 147, 191.
- Danişmend, Kronoloji2, I, 291, 292, 296, 322.
- Selahattin Tansel, Osmanlı Kaynaklarına Göre Fatih Sultan Mehmed’in Siyasî ve Askerî Faaliyetleri, Ankara 1953, s. 256, 257, 258-259, 282, 284, 286, 300, 307.
- Yaşar Yücel, Çoban-oğulları Candar-oğulları Beylikleri, Ankara 1980, s. 7, 100-101, 109, 112, 115, 117-123.
- Ali, “Candaroğlu Hükümeti”, TOEM, XIV/1 (1340), s. 20 vd.
- R. Anhegger, “Muâlî’nin Hünkârnâmesi”, TD, I/1 (1949), s. 150 vd., 153.
- Adnan Sadık Erzi, “Akkoyunlu ve Karakoyunlu Tarihi Hakkında Araştırmalar”, TTK Belleten, XVIII/70 (1954), s. 217.
İstinadlar
- Yücel, Yaşar (1980). Anadolu Beylikleri Hakkında Araştırmalar I: Çoban-Oğulları Beyliği, Çandar-Oğulları Beyliği, Melikü’l-Ebsar’a göre Anadolu beylikleri (1988 bas.). Türk Tarih Kurumu Yayınları. ISBN 9789751600806
- Uzunçarşılı, İsmail Hakkı (1937). Anadolu Beylikleri ve Akkoyunlu, Karakoyunlu Devletleri (2019 bas.). Türk Tarih Kurumu Yayınları. ISBN 9789751624574
- Afyoncu, Erhan; Yılmaz, Coşkun (2015). Fetih Ruznamesi. Düşten Fethe İstanbul. Üsküdar Belediyesi Başkanlığı. s. 83. ISBN 9786058493469