Candaroğlu II İbrahim bəy

Candaroğlu II İbrahim bəy (v. may 1443, Sinop) — 9. Candaroğulları bəyi.[1][2]

II İbrahim bəy
Əvvəlkiİsfəndiyar bəy
Sonrakıİsmayıl bəy
Şəxsi məlumatlar
Vəfat tarixi may 1443
Vəfat yeri
Dəfn yeri Candarlılar türbəsi, Sinop
Atası İsfəndiyar bəy
Həyat yoldaşı Səlcuq Xatun
Uşaqları Xədicə Həlimə Xatun
Yusif bəy
İsmayıl bəy
Qızıl Əhməd bəy

Həyatı

Atası Candaroğlu İsfəndiyar bəydir. Hələ atasının sağlığında ikən qardaşları Xızır və Murad iqta torpaqları alaraq taxtdan uzaqlaşdırılmış, İbrahim bəy isə atası tərəfindən vəliəhd elan edilmişdi. 1424-cü ildə Osmanlı sultanı II Muradla bağlanan sülhə əsasən, qızı Xədicə Həlimə Xatun Osmanlı sultanıyla evləndirildi. Yenə bu sülhə əsasən, İbrahim bəy sultanın bacısı Səlcuq Xatunla, qardaşı Qasım bəy də digər bacısı Sultan Xatunla evləndirildi. Beləcə, gələcəkdə Osmanlı ilə sülh şəraitində hökmranlıq etməsi üçün şərait yaradılmış oldu.

Atasının ölümünün ardından 1440-cı ildə heç bir müqavimətlə qarşılaşmadan bəyliyi ələ aldı. Tacəddin ünvanıyla taxta çıxan İbrahim bəyin səltənətində hər hansı mühüm hadisə baş verməmişdir. Sultan Muradın həm qaynı, həm də qaynatası olan İbrahim bəy 1443-cü ilin mayında Sinopda vəfat etdi. Cənazəsi Sinopdakı İsfəndiyarlar türbəsinə dəfn eidlmişdir.

İstinadlar

  1. Yücel, Yaşar (1980). Anadolu Beylikleri Hakkında Araştırmalar I: Çoban-Oğulları Beyliği, Çandar-Oğulları Beyliği, Melikü’l-Ebsar’a göre Anadolu beylikleri (1988 bas.). Türk Tarih Kurumu Yayınları. ISBN 9789751600806
  2. Uzunçarşılı, İsmail Hakkı (1937). Anadolu Beylikleri ve Akkoyunlu, Karakoyunlu Devletleri (2019 bas.). Türk Tarih Kurumu Yayınları. ISBN 9789751624574
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.