Canaxır
Canaxır və ya Aşağı Əlik — Azərbaycan Respublikasının Xaçmaz rayonunun Hülövlü inzibati ərazi vahidində kənd.
Canaxır | |
---|---|
41°25′ şm. e. 48°49′ ş. u. | |
Ölkə | Azərbaycan |
Rayon | Xaçmaz rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 77 m |
Saat qurşağı | |
|
Adının mənası
Kəndin əsasını əslən Quba rayonunun Əlik kəndindən olan əliklilər "Canaxır" adlanan yerdə qoymuşdur. Kənd əvvəllər Aşağı Əlik də adlanmışdır. Oykonim "əkin sahəsi üçün yararsız yer" mənasındadır. Belə ki, Azərbaycan dilinin əksər dialektlərində "cana" sözü "yararsız" və ya "pis", "xır" sözü isə "əkin sahəsi" mənalarında işlənir[1].
Tarixi
Bu ərazidə kəndin yaranması tarixi dəqiq məlum deyildir. Lakin əliklilərə məxsus bəzi ailələr bu əraziyə köçərək, burada daimi məskunlaşmışması nəticəsində bu ərazidə kənd salınması məlumdur[1].
Coğrafiyası və iqlimi
Samur-Dəvəçi ovalığındadır[1].
Əhalisi
Kəndin əhalisinin etnik tərkibini Şahdağ xalqlarından biri olan əliklilər təşkil edir.
Həmçinin bax
İstinadlar
Xarici keçidlər
- azerbaijanphoto.com saytındakı şəkilləri Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine