Canavar
Canavar (lat. Canis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin i̇tlər fəsiləsinə aid heyvan cinsi.
Canavar | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Amorphea Ranqsız: Obazoa Ranqsız: Opisthokonta Ranqsız: Holozoa Ranqsız: Aləm: Yarımaləm: Klad: ParaHoxozoa Klad: Nephrozoa Tipüstü: Tip: Klad: Olfactores Yarımtip: İnfratip: Klad: Eugnathostomata Klad: Teleostomi Klad: Euteleostomi Klad: Klad: Rhipidistia Klad: Tetrapodomorpha Klad: Eotetrapodiformes Klad: Elpistostegalia Klad: Stegocephalia Sinifüstü: Klad: Reptiliomorpha Klad: Amniota Sinif: Klad: Theriimorpha Klad: Theriiformes Klad: Trechnotheria Klad: Cladotheria Klad: Prototribosphenida Klad: Zatheria Klad: Tribosphenida Yarımsinif: Klad: İnfrasinif: Maqndəstə: Boreoeutheria Dəstəüstü: Klad: Scrotifera Qranddəstə: Ferungulata Mirdəstə: Klad: Pan-Carnivora Klad: Carnivoramorpha Klad: Dəstə: Yarımdəstə: Fəsilə: Yarımfəsilə: Caninae Triba: Canini Yarımtriba: Canina Cins: Canavar |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Qurdun qidası ilin mövsümündən asılı olaraq müxtəlif növ gəmiricilər, quşlar, sürünənlər, onların yumurtaları, qurbağalar, kərtənkələlər, xırda yırtıcılar və kənd təsərrüfatı heyvanları təşkil edir. Yuvalarını qayalıqlarda və suya yaxın yerlərdə düzəldirlər.
Etimologiya
- Farscadan gələn Canavar sözü (جانور) fars dilində "Qurd" yox, "qulyabani, xoxan, bədheybət varlıq, monster" anlamını daşıyır, lakin Azərbaycan dilinə "qurd" anlamında daxil olub.
- Qurd indiki anlamında (köpəkkimilərdən bir yırtıcı heyvan) sözü birinci dəfə "Divanü Lüğat-it-Türk"də (1072–1074 illər) قُرتْ [kurt] şəklində istifadə olunub və yazarın bildirdiyinə görə, qurd sözünü bu anlamda ancaq oğuzlar işlədir, başqa türk dillərində isə bu söz yalnız soxulcan anlamını daşıyır.
- Börü (بُرى / 𐰋𐰇𐰼𐰃) sözü bütün türk dillərində müxtəlif formalarda işlənilir (büre, börö, böri və s.) və tarixdəki ən əski qaynağı 731-ci ildə ölən Kültəkinin qəbirüstü yazısıdır.
Qısa məlumat
Qurdlar yaz başları cütləşirlər. Boğazlıq müddəti 63–65 gündür. Qışda cütləşir, yazda küçükləyirlər, 5–6 bala doğurlar. Balalar cütləşmədən iki ay sonra dünyaya gəlir. Bala dünyaya gələnə qədərsə erkək qurd dişisinin rahatlığı üçün əlindən gələni edir. Bunun üçün əvvəlcə erkək yerin altında bir yuva düzəldir və heç yorulmadan yuvanı və yuvaya gedən lağımı qazmağa başlayır. Lağımın uzunluğu adətən 9 metr olur. İşini başa çatdırdıqdan sonra isə hamilə yoldaşını yeraltı yoldan keçirərək yeni evinə aparır. Burda onu hər cür təhlükədən mühafizə edərək 2 ay müddətində dişisinə qulluq edir. Erkək qurd gecələr ova çıxır, əlinə nə keçirsə, toxunmadan dişisinə gətirir. Beləcə, 2 ayın tamamında bala dünyaya gəlir. Qurdların bir dəfəyə 4-dən 10-a qədər balası olur.
Balalar doğulduğu zaman gözləri görmür. Çəkik, mavi gözlər qurd balası doğulduqdan doqquz gün sonra gün işığını görməyə başlayır. Başlanğıcda balalarını ana südü ilə qidalandıran ana, iki həftə sonra onları süddən kəsir. Bundan sonra isə qəribə bir qidalanma taktikası başlayır. Balaların dişləri çıxmadığından, həmçinin mədələri möhkəm qidaya hazır olmadığından ana qurd mədəsindəki yarı həzm olunmuş qidaları qusaraq balalarını bununla doyuzdurur. Bir müddət sonra isə onlara erkəyi ilə bərabər yedikləri yeməkdən verməyə başlayır. Balalar 3 həftəlik olduqları zaman ana və ata birlikdə balaları yuvadan çölə çıxarır və onlara bundan sonra gündəlik həyata qatılaraq ovlamağı, başlarının çarəsinə baxmağı öyrədirlər.
Qurdlarda balası olan qurd ailəsinə çox qəribə bir diqqət olur. Məsələn, balaları olan erkək qurd bir gün ov tapa bilməmişsə, o günü ətrafdakı qohum qurdlar öz ovlarından həmin ailəyə pay aparırlar.
Qurdların arasında ailə bağları çox qüvvətlidir. Dişisi və balaları yuvada yatdıqları zaman erkək qurd bir təpənin başında oturaraq keşik çəkir. Hər hansı bir təhlükə hiss etdiyi anda isə ilk öncə kəsik-kəsik hürərək ailəsinə xəbər edir, daha sonra ucadan ulayaraq düşməni uzaqlaşdırmağı bacarır.
Balalar böyüyənə qədər ailədə bol sevgi nümayişi gözə dəyir. Ailənin bir üzvü tələyə düşmüş olsa, qohumları onu qurtarmaq üçün əllərindən gələni edərlər.
İnkişafa qaldıqda isə dişi qurdlar erkəklərə nisbətən daha tez böyüyürlər. Erkək üç yaşından əvvəl yetkin sayılmasa da, iki yaşındakı dişi artıq bala doğmağa hazır olur. On, on iki yaşına çatmış qurd qocalmağa başlayır və qurdların ən uzun ömürlüsü 20 yaşına qədər yaşayır.
Həyat tərzi
Onların baxışlarından "heyvanlığa" xas olmayan zəka süzülür. Yırtıcıdırlar, vəhşidirlər, ancaq təhrik edilmədikləri halda insanlara dişlərini qıcatmazlar. Qurdların əhliləşməklə araları yoxdur, azadlıqlarına çox bağlıdırlar. Ən hündür zirvələrə çıxmağı və ordan ətrafa nəzarət etməyi çox sevirlər. "Mərdlik" sözü onları ən yaxşı xarakterizə edən sözdür. Onlar azadlığın, hürriyyətin, cəsarətin, qəhrəmanlığın və çevikliyin simvoludurlar.
Erkək qurdlar əksər kişilərə örnək ola biləcək bir həyat tərzi yaşayırlar. Onlar ömürlərində yalnız bir dəfə bir dişi ilə cütləşər, bizim təbirimizcə desək, ailə qurar və həyatlarının sonunacan öz dişisinə sadiq qalarlar. Dişinin hər hansı bir səbəbdən öldüyü zaman isə erkək qurd dağlara çəkilər və yalquzaq həyatı yaşayaraq ölər. Əgər balaları varsa, onlara analarının yoxluğunu hiss elətdirməmək üçün hər şeyi edərlər. Məsələn, ananın etdiyi kimi balalarını yedirər, balalar yatarkən onları qarnının altında alaraq qucaqlayar, bərabər gəzməyə çıxar.
Görünüşü
Uzunluğu 105–160 sm. Quyruğunun uzunluğu 29–50sm. Quruluşu mütənasibdir. Beli bir qədər enişlidir, yalından sonra. Əzaları nisbətən hündür və güclüdür. Mülayim uzantılı, küt burunlu, enli almacıq sümüklü böyük başı var. Xırda gözləri aralı yerləşmişlər. Qulaqları üçbucaq formasındadır, kiçikdirlər, geniş yerləşmişlər. Tüklü quyruğu tullanma əyləminə çatır. Tük örtüyü qışda hündür, sıx, ama sərtdir. Rəngi ağımtıl-bozdan sarımtıl-qum rənginə qədər, çox vaxt narıncıvari ya da qaramtıl çalarlıdır. Qarın rəngi daha açıqdır. Bəzən belin ortasından uzunamasına qara zolaq olur.
Yayılma arealı. Həyat tərzi
Əvvəllər Şimal yarımkürəsinin bütün mülayim sahəsi üzrə yayılmışdılar. Hal-hazırda ABŞ və Avropa ərazisində tamamilə məhv olublar, ya da buna yaxın vəziyyətdədirlər. Əvvəlki tək, cənub ştatlarından başqa Kanadada geniş yayılıblar. ABŞ-də az sayda Minnesota ştatında və Alyaskada, eləcə də Yelloustoun və Qleşier milli parklarında və bəzi bitişik toxunulmamış yerlərdə qalıblar. Ola bilsin ki, Meksikanın insan məskənlərindən uzaq yerlərində də qorunublar. Avropada azsaylı populyasiyaları Kantabriyanın, Appeninin və Karpatların ucqar yerlərində qalıblar. Ayrı-ayrı başları italyan və transilvan Alplarında da qorunublar. Şərqi Avropada və Rusiya Federasiyasının Avropa hissəsində yayılıblar. Şərqdə bütün Sibirdə, Qafqazda, Türküstanda(Orta Asiyada), Monqolustanda, Tibetdə, Koreyada cənuba doğru Hindistan, Bəlucistan və Kəşmirə qədər geniş yayılıblar. Cənub-şərqi Asuyada İrandan Ərəbistana qədər yayılıblar. Qərbi, Şimali və Mərkəzi Avropada tamamilə məhv olublar. Müxtəlif yerlərdə, tundrada, meşələrdə, çöldə və səhraların qıraqlarında yaşayırlar. 3–4 min metr dəniz səviyyəsindən yuxarı da rast gəlmək olar. Adətən təkliklə, cütlərlə və ailə qruplarında birləşirlər. Nadir hallarda sürü şəklində. Oturaq, nadir hallarda köçəri həyat sürürlər.
Qidalanma
Dırnaqlıları, gəmiriciləri və dovşanları ovlayırlar. Yay vaxtı quş, eləcə də giləmeyvə və yumurta ilə qidalanırlar.
Cütləşmə. Laktasiya
Monoqamdırlar. Qızışma dövrü, coğrafiyadan asılı olaraq dəyişkəndir. Boğaz olma zamanı 62–75 gün. Dişi ildə bir dəfə balalayır. 9–14 qədər , ortalama 4–6 küçük gətirir. Dişi təbii şəraitdə təşkil olunan mağarada balalayır. Laktasiya təxminən 1,5 aydır. Erkək balaların tərbiyəsində iştirak edir. Cinsi yetkinlik iki yaşlarından başlayır.
Sayları
Ümumi sayları bəlli deyil. Kanadada onlar yetərincə çoxdur, Britaniya Kolumbiyasında və Yukonda 1979-cu ildə sayları 10 min idilər. ABŞ-də Alyaskada 1979-cu ildə 10–15 min , Minnesotada — 1200, Miçiqan və Viskonsin ştatlarında — 60, 1978-ci ildə Qleşier milli parkında (Montana ştatı)- 10–20. 1980-ci ilin əvvəlində Meksikada canavarların sayı 50 -yə çatırdı. İberiyada, İspaniyada və Portuqaliyada 1980-ci ildə 200 keçmirdi. 1979-cu İtaliyada 100 yaxın idi; 1979-cu ildə Finlandiyada (hamısı Rusiyadan gəlmə) yenə −100. Rumıniyada — 2000; Polşada 1981-ci ildə — 517; 1973-cü ildə Qazaxıstanda 30 min; Qafqazda, Mərkəzi Sibirdə və Qırğızıstanda çoxsaylı idilər. 1980-ci ildə Türkiyədə çox azaldı, xüsusi ilə qərbində və şimal-qərbində. İranda 1979-cu ilə qədər 1500. Əfqanıstanda, xüsusi ilə dağlıq yerlərdə çoxsaylı idi. Pakistanın şimalında az deyil. Hindistanda 500-dən çox deyildilər. Monqolustanda çoxdurlar. Sayların azalması ovlanması bağlıdır.
Qurd müxtəlif xalqların mifologiyasında, folklorunda
Qurdlar müxtəlif xalqların mifologiyasında, folklorunda, deyimlərində yer alıb.
Canavarla bağlı əfsanələr
Qədim Roma müəllifləri şəhərin qurucuları kimi Rem və Romul qardaşlarının adlarını çəkirlər. Əfsanəyə görə, zalım dayının əmri ilə meşəyə atılan qardaşları dişi bir canavar tapır və onlara süd verərək bəsləyir. Sonra tifilləri bir çoban tərbiyə edib boya-başa çatdırır.
Qurdla bağlı bu cür əfsanələr digər xalqların mifologiya və folklorunda da var. Məsələn, Cənubi Amerika hinduları qurdu döyüşə aparan sərkərdə kimi qəbul edirlər. Ümumiyyətlə, əgər Avrasiyada qurd daha çox yol göstərən kimi xarakterizə edilirsə, Qərbi Avropada ona daha çox ilkin başlanğıc kimi münasibət bəsləyirlər.
Qurdlarla bağlı Hans Bidermanın məşhur "Simvollar ensiklopediyası"nda xeyli maraqlı məlumatlar var. Məsələn, Qədim misirlilər qurd başlı tanrılara müharibə tanrısı kimi sitayiş edirdilər. Slavyan mifologiyasında isə qurda şərin elçisi kimi yanaşılır[3]. Yazdıqlarımızı ümumiləşdirərək belə nəticəyə gəlmək olur ki, bütün hallarda qurd bəşəriyyətin əzəl çağlarından insanların düşüncəsində, arzu və niyyətlərində özünə möhkəm yer eləyib. Türklər isə qurd kultuna xüsusi bir ehtiramla bağlıdırlar.
Türklərin Ərgenəkon dastanına görə, hiyləylə rastlaşaraq düşmənə yenilən türklərdən sağ qalan bir neçə nəfər qorunmaq üçün dağların arasında tək adamın zorla keçəcəyi yolla özlərinə kiçik yurd seçib, illərlə burada yaşayırlar. Bu məkana Ərgənəkon adı verən türklər düz dörd yüz il sonra həm özləri, həm də sürüləri o qədər çoxaldı ki, yurda sığmaz oldular. Qərara gəldilər ki, əvvəlki vətənlərinə qayıtsınlar. Türklər bu dağdan çıxmaq üçün çıxış yolu aradıqları zaman bir dəmirçi dedi: "Bu dağda dəmir mədəni var. Dəmiri əritsək, buradan çıxa bilərik". Beləcə, dağın geniş yerinə bir qat odun bir qat kömür qoyub od vurdular. Dəmir dağ əridi, türklər Ərgənəkondan çıxdılar və Bozqurdun onlara göstərdiyi yolla qurtuldular.
Bozqurdlar
Bozqurdlar qurdların bir növüdür. Bozqurdlar, ümumiyyətlə, evcil heyvanlardan adətən qoyunlara, mallara və atlara tələ "qururlar" və onlar əsla quzulu qoyunlara hücum etməzlər. Maraqlıdır ki, onlar balası yanında olan heç bir heyvana yaxın durmurlar. Bozqurd sürüdən yalnız bir heyvanı tələf edər və bunun da yarısını özü yeyər. O biri yarısını isə varsa ailəsinə, yoxsa ova çıxa bilməyəcək qədər yaşlı olan bozqurdlara aparar.
Bozqurdlar qurdlar arasında gələnəyə ən çox bağlı varlıqlardır. Qış gecələrində Şimali Amerikanın ucsuz-bucaqsız düzənliklərində gecələyən insanlar qəribə bir hadisənin şahidi olublar. Onlar deyirlər ki, qurdlar onların yandırdıqları atəşin üç metr yaxınına qədər gəlmiş, dayanıb insanları seyr etmiş və heç bir hərəkət etmədən geri dönmüşlər. İnsanlar isə əsrlər boyunca bozqurda qarşı mənasız bir savaş elan etmiş və onların sayını get-gedə azaltmağa başlamışdır. Qurdlar da insanlardan gördüyü bu vəhşi davranış nəticəsində kimsəsiz bölgələrə çəkilmək məcburiyyətində qalmış və sayları xeyli azalmışdır.
Bozqurdlar məğrur və heç nəyə baş əyməyən heyvanlardır. Onlar heç bir zaman ev heyvanları ola bilməzlər. İnsanla dost olarlar, amma it, ya da başqa heyvan kimi insana tabe olmaz, kölələşməzlər. Çünki bozqurd ev itləri kimi havayı yemək üçün sahibinə yaltaqlanmaqdansa, hürr şəkildə aclıqdan ölməyi üstün tutur. Onlar məğlub ola bilərlər, amma əyilməzlər, öldürülərlər, diz çökməzlər, ovlanarlar, həbsə düşməzlər. Bu baxımdan, türklərin bozqurdları yüksək dəyərləndirmələri əbəs deyil. Belə ki, bozqurdlarda da qədim türk gələnəklərinə uyğun bir həyat tərzi var – ataya bağlıdırlar, bir təşkilat halında yaşayırlar və onlarda da hamının tabe olduğu lider var. Savaş zamanı bozqurdlar da türklər kimi yarım aypara şəklində sıralanaraq hücuma keçirlər. Bütün bu kimi xüsusiyyətlərə görə, türklər azadlıqlarının timsalı olaraq Bozqurdu özlərinə simvol seçiblər. Məhz buna görə, Bozqurd türk hürriyyətinin, türk dəyanətinin simvoludur.
İstinadlar
- Integrated Taxonomic Information System (ing.). 2006.
- Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0
- Hans Biderman, "Simvollar ensiklopediyası".