Can Bonomo

Can Bonomo (16 may 1987; İzmir, Türkiyə) — yəhudi əsilli türk müğənni.

Can Bonomo
Ümumi məlumatlar
Doğum adı Can Bonomo
Doğum tarixi
Doğum yeri Türkiyə Türkiyə, İzmir
Vətəndaşlığı
Həyat yoldaşı
Musiqiçi məlumatları
Fəaliyyəti Müğənni, aktyor
Fəaliyyət illəri 2011-dən
Janrlar caz , indi-rok
Musiqi alətləri gitara
Albom şirkəti We Play
canbonomo.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Musiqi həyatına, səkkiz yaşında, gitara çalmaqla başladı. Orta məktəb illəri boyunca və daha sonra getdiyi İstanbulda bunu davam etdirdi. Bilgi Universitetində kino-televiziya bölümündə oxudu. Səs istehsalı stajı üçün getdiyi Radio Klas və Number 1 FM-ə sonra radio aparıcılığı üçün müraciət etdi və qəbul edildi. Bundan sonra "Can Bonomo Show" adlı proqramını təqdim etməyə başladı. Bir müddət sonra Radio N101-ə keçərək proqramına burada davam etdi. MTV Türkiyədən gələn təklifi qəbul edərək "Rock'n Dark Express" adlı televiziya proqramını təqdim etməyə başladı. Universitet tapşırığı üçün hazırladığı "Hoppala" adlı qısa filmi daha sonra Facebook-a yüklədi və film internetdə paylaşılaraq xeyli maraq yaratdı. Serial layihəsi üzərində işləyən Səray Sevər, filmi izlədikdən sonra Can Bonomonu tapıb görüşməyə dəvət etdi. Görüşməyə gedən Bonomo təklifi qəbul edərək "+18" adlı serialda baş rol oynamağa başladı. Tanış olduğu albom prodüseri Can Sabana bir demo yazıb göndərdi. İki il davam edən proyektin ardından, Can Sabanın prodüserliyində "Meczup" adlı ilk albomu Yanvar 2011-də nəşr olundu. 24 və 26 mayda Bakıda keçirilmiş 2012 Avroviziya Mahnı Müsabiqəsində Türkiyəni "Love me back" adlı mahnı ilə təmsil etmişdir.

Təltifləri

  1. Radio 8 Musiqi Medalı - Ən yaxşı çıxış edən gənc müğənni
  2. Altun Kəpənək Medalları - Ən yaxşı çıxış edən solist
  3. OMÜ Media Təltifi - Ən yaxşı çıxış edən gənc mügənni

Xarici keçidlər

Əvvəlki:
Yüksək Sədaqət
Türkiyə Avroviziya Mahnı Müsabiqəsində
2012
Sonrakı:
'
  1. https://www.ntv.com.tr/galeri/yasam/oyku-karayel-ve-can-bonomonun-bebegi-dogdu,-jLqG_bA90yItaykGBZi-g.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.