CanAz TV
CanAz TV (tam adı: Can Azərbaycan Televiziyası) — Türkiyədə yaşayan azərbaycanlıların televiziya kanalı.
Türkiyədə yaşayan azərbaycanlılar “Can Azərbaycan Televiziyası” adlı telekanalı 2010-cu ilin yanvarında yaradıblar.
Telekanalın verilişləri əvvəlcə yalnız internet, 2010-cu ilin sonunadək peyk (Türksat peyki) vasitəsilə yayımlanmışdır. Türkiyədə yaşayan azərbaycanlıların yaratdığı telekanal dünyada yaşayan azərbaycanlıların televiziyasıdır.
"CanAz" TV əsasən milli-mədəni dəyərlərə üstünlük verir. Televiziya milli mədəniyyətimizin yaşaması, yayılması, tanınması və inkişaf etməsini qarşısına məqsəd qoyub. 2010-cu il fevralın 1-dən yayıma başlayacaq telekanalın fəaliyyətini www.canaz.tv internet saytından izləmək mümkündür.
Xarici keçidlər
- Rəsmi saytı Arxivləşdirilib 2021-05-06 at the Wayback Machine (türk.)
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.