Canıbəy Gəray

Canıbəy Gəray (1568 və ya təq. 15681636, Rodos) — XVIII Krım xanı.[1]

Canıbəy Gəray
1610 1623
ƏvvəlkiI Səlamət Gəray
SonrakıIII Mehmed Gəray
1628 1635
ƏvvəlkiIII Mehmed Gəray
Sonrakıİnayət Gəray
Şəxsi məlumatlar
Doğum tarixi 1568 və ya təq. 1568
Vəfat tarixi 1636
Vəfat yeri
Dəfn yeri
Fəaliyyəti suveren[d]
Ailəsi Gəraylar
Dini sünnilik

Krım xanı I Dövlət Gərayın nəvəsi, nurəddin Mübarək Gərayın (ö. 1593) oğludur. Əmisi II Qazi Gərayın hakimiyyətə gəlişinin ardından atası bütün ailəsiylə birlikdə Şimali Qafqaza qaçdı və burada vəfat etdi. Atasının vəfatının ardından qardaşı Dövlət Gərayla birlikdə əmiləri Fateh GəraySəlamət Gərayın himayəsində böyüdüldü. 1609-cu ildə kalqay Mehmed Gəray və nurəddin olan qardaşı Şahin Gəray (II Səadət Gərayın oğlanları) ayaqlandılar və bu səbəblə vəzifədən alındılar. Onların yerinə Canıbəy Gəray kalqay, qardaşı Dövlət Gəray isə nurəddin təyin edildilər. Bu vəzifədə ikən Moskva knyazlığı üzərinə tərtiblənən səfərlərdə iştirak etdilər.

1610-cu ildə əmisi Səlamət Gərayın vəfatıyla Canıbəy taxta çıxdı. Kiçik qardaşı Dövlət Gərayı kalqay, mərhum əmisinin oğlu Əzəmət Gərayı isə nurəddin təyin etdi. Vəzifədə ikən Osmanlı sultanının ən yaxın dəstəkçilərindən biri olan Canıbəy Gəray Səfəvilər və Lehistan üzərinə tərtiblənən səfərlərə qatıldı. Ancaq 1623-cü ildə Osmanlı sultanı II Osmanın taxtdan endirilməsi və I Mustafanın yenidən hakimiyyətə gəlməsinin ardından Canıbəy taxtdan endirildi və yerinə üsyankar III Mehmed Gəray xan elan edildi. Ədirnəyə gələn Canıbəy 1628-ci ilədək burada yaşadı. Ancaq III Mehmed Gərayın Osmanlı əleyhdarlığı və Krımda tayfalararası mübarizəni qızışdırması nəticəsində Canıbəy Gəray 1628-ci ildə yenidən xan təyin edildi. Mehmed Gəray isə qaçmağa məcbur oldu. Hakimiyyəti ələ aldıqdan sonra qardaşı Dövlət Gərayı yenidən kalqay, mərhum əmisinin oğlu Əzəmət Gərayı isə nurəddin təyin etdi.

Krıma qayıdan Canıbəy Gəray burada qıtlıq, vəba və tayfalararası daxili çəkişmələrlə üzləşdi. Qısa zamanda bölgədə sülhü təmin etdi. 1631-ci ildə qardaşının ölümüylə əmisi oğlu Əzəmət Gərayı kalqay təyin etdi ancaq onun üsyankarlığı bir il sonra ölümünə səbəb oldu. Onun öldürülməsi ilə öz oğlu Mübarək Gərayı kalqay, əmisi Səlamət Gərayın oğlu Mübarək Gərayı isə nurəddin təyin etdi.

1635-ci ildə Osmanlı sultanı IV Muradın İrəvan səfərinə dəstək üçün çağırılsa da, yaşlılığı səbəbilə bu səfərə qatılmaqdan imtina etdi. Bu səbəblə dərhal vəzifədən alındı və Rodos adasına sürgün edildi. Bir il sonra burada vəfat edən Canıbəy Gəray Murad Rəis məscidinin həyətinə dəfn olundu.

Mənbə

  • Oleksa Gaivoronsky «Повелители двух материков», Kiev-Bakhchisarai, 2007, ISBN 978-966-96917-1-2

İstinadlar

  1. Henry Hoyle Howorth, History of the Mongols, 1880, part 2, p 479
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.