Camal Qaşıqçı

Camal Qaşıqçı (türk. Cemal Kaşıkçı) və ya Camal Xaşuqci (ərəb. جمال خاشقجي; 13 oktyabr 1958, Mədinə2 oktyabr 2018[1], Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğu[d][2]) — Səudiyyə jurnalisti, yazıçısı. İki dəfə nüfuzlu "Əl-Vətən" qazetinin baş redaktoru olub. Səudiyyə hökumətinə qarşı müxalif yazıları ilə tanınırdı[3]. 2 oktyabr 2018-ci il tarixində itkin düşüb. Öldürülməsi ilə bağlı iddialar var.[4][5][6]

Camal Qaşıqçı
ərəb. جمال خاشقجي
Doğum tarixi 13 oktyabr 1958(1958-10-13)
Doğum yeri
Yoxa çıxıb
Vəfat tarixi 2 oktyabr 2018(2018-10-02)[1] (59 yaşında)
Vəfat yeri
Uşaqları 4
Təhsili
Fəaliyyəti jurnalist, siyasi publisist[d]
jamalkhashoggi.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı və təhsili

Camal Qaşıqçı1958-ci ildə Mədinə şəhərində anadan olub[3]. Onun babası Məhəmməd Qaşıqçı Kayseridən köçmüş, burada ərəb Samiha Əhməd adlı xanımla ailə həyatı qurmuş türk idi. Babası Səudiyyə Ərəbistanı krallığının qurucusu Əbdüləziz ibn Abdurrəhman Əs Səudun şəxsi həkimi idi[7]. Orta məktəbi Səudiyyədə bitirən Camal Qaşıqçı ali təhsil almaq üçün İndiana Dövlət Universitetinə daxil olur. 1982-ci ildə təhsilini bitirdikdən sonra isə vətənə geri dönür.

Fəaliyyəti

1991-ci ildən 1999-cu ilə qədər "Əl-Mədinə" qazetinin baş redaktoru olaraq fəaliyyət göstərib. Bu dövrdə Əfqanıstan, Küveyt, Sudan kimi ölkələrdə müxbirlik edib[3]. 1987–1995-ci illər arasında Üsamə bin Ladendən bir neçə dəfə müsahibə alıb. 1999-cu ildən 2003-cü ilə qədər Səudiyyə Ərəbistanının Arab News ingilis dilli qazetində yazı işləri üzrə müdir müavini olaraq fəaliyyət göstərib. Bundan sonra isə 2 ay Əl Vətən qazetində redaksiya müdiri olaraq fəaliyyət göstərən Qaşıqçı Səudiyyə Ərəbistanının dini quruluşu haqqında tənqidi yazılar yazdığına görə vəzifəsindən çıxarıldı[3][8][9]. Buna görə ölkəni tərk edərək Londonda səfir olan Şahzadə Türki Əl Fəysəl Əl Səudun məsləhətçisi olaraq fəaliyyət göstərir[10].

2007-ci ilin aprel ayında ikinci dəfə Əl Vətən qazetinin redaksiya müdiri təyin olunur. 2010-cu ilin may ayında yenidən yazdığı tənqidi məqaləyə görə vəzifəsindən istefa vermək məcburiyyətində qalır.

2010-cu ildə Əl Vətən qazetindən istefa verdikdən sonra Əl-Valid bin Talal tərəfindən Bəhreyndə yerləşən Al-Arab News Channel kanalına baş redaktor təyin olundu. Bundan başqa BBCƏl Cəzirə kimi kanallarda siyasi şərhçi kimi çıxışlar edir.

2016-cı ilin dekabr ayında Donald Trampı açıq şəkildə tənqid etdiyinə görə ona jurnalistika ilə məşğul olmaq qadağan edilir[11]. Məcburiyyətdən ölkəni tərk edir və 2017-ci ilin sentyabr ayından ABŞ-də yaşamağa başlayır. Burada o, Vaşinqton Post qazetində jurnalist olaraq fəaliyyət göstərir. Vaşinqton Post qazetindəki yazılarında o Səudiyyə Ərəbistanı taxt-tacının vəliəhdi Məhəmməd ibn Salmanı daha çox tənqid etməyə başlayır.

İtkin düşməsi

2 oktyabr 2018-ci ildə Camal Qaşıqçı Səudiyyə Ərəbistanının İstanbulda yerləşən baş konsulluğuna gedir. O buradan nikah üçün sənədlər almalı idi. Nişanlısı Xədicə Çingizə isə konsulluğa daxil olmağa icazə vermirlər. O, Qaşıqçını gecə yarısına qədər gözləyir lakin o konsulluqdan çıxmır[12]. Günlərlə jurnalistin harda olması ilə bağlı dəqiq bir məlumat alınmır. Səudiyyət rəsmiləri onun konsulluqdan çıxmasını iddia etsələr də Türkiyə rəsmiləri onun konsulluqdan çıxmadığını elə orada itkin düşməsini bildiriblər.

Türkiyə Prezident Aparatı sözçüsü İbrahim Kalın mövzu ilə bağlı 3 oktyabrda verdiyi açıqlamada, əldə olan məlumatlara görə, Camal Qaşıqçının hələ də Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulluğunda olduğunu bildirmişdi[13].

Məsələ ilə əlaqədar Səudiyyə Ərəbistanının Ankara səfiri Vəlid bin Əbdülkərim əl-Hireyci oktyabrın 3-də Xarici İşlər Nazirliyinə çağırılıb. Xarici İşlər naziri müavini Yavuz Səlim Sına görüş zamanı səfir V.Hireycidən səudiyyəli jurnalistin aqibətini soruşub. O deyib:

" Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulluğu konsulluq binasına girib-çıxdıqdan sonra jurnalist Camal Qaşıqçı itkin düşüb. Həqiqətin ortaya çıxarılması üçün Türkiyə rəsmilərilə birlikdə çalışılır. "

Türkiyə hüquq-mühafizə orqanları tanınmış türk əsilli səudiyyəli jurnalistin Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda öldürüldüyünü güman edir[14].

İstinadlar

  1. Jamal Khashoggi: Turkey says journalist was murdered in Saudi consulate. BBC News, 2018.
  2. Ḫāšuqǧī, Ǧamāl Aḥmad // Çex Milli Hakimiyyət Məlumat bazası.
  3. "Speakers". International Public Relations Association - Gulf Chapter (IPRA-GC). 2012. Archived from the original on 11 May 2012. İstifadə tarixi: 10 May 2012.
  4. "Journalist Detained in Saudi Consulate in Istanbul". The New York times. 2018-10-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 Oktyabr 2018.
  5. Conflicting Saudi, Turkish claims on Jamal Khashoggi whereabouts Arxivləşdirilib 2018-10-07 at the Wayback Machine, aljazeera
  6. Dehghan, Saeed Kamali. "Saudi dissident Jamal Khashoggi missing after visit to consulate". the Guardian. 3 Oktyabr 2018. 2018-10-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 Oktyabr 2018.
  7. "Who Is Jamal Khashoggi? A Saudi Insider Who Became an Exiled Critic". Bloomberg. 10 Oktyabr 2018. 2018-10-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-15.
  8. Murphy, Caryle. "Tactical Delivery". The Majalla. 11 Yanvar 2011. 2013-01-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 25 İyun 2012.
  9. "Q & A with Al Watan's Jamal Khashoggi". Asharq Alawsat. Jeddah. 25 Aprel 2007. 2013-06-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 5 Aprel 2013.
  10. Wright, Lawrence. "The master plan" (PDF). The New Yorker. 11 Sentyabr 2006. İstifadə tarixi: 8 Aprel 2012.
  11. Samuel Osborne. "Saudi Arabia bans journalist for criticising Donald Trump". The Independent. 5 Dekabr 2016. 2017-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-15.
  12. "Turkish police suspect Saudi journalist Khashoggi was killed at consulate". Middle East Eye. 2018-10-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-10-15.
  13. Camal Xaşoqqi haradadır?
  14. "ABŞ vitse-prezidenti: "Türkiyəyə gələ bilərik" Read more:". 2021-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-15.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.