Camal Biediç Universiteti
Camal Biediç Universiteti (bosn. Univerzitet "Džemal Bijedić" Mostar) — Bosniya və Herseqovinanın Mostar şəhəri ərazisində yerləşən universitet. Universitet 1993-cü ildə təsis edilmişdir. Uniuversitet siyası xadim Camal Biediç adını daşıyır. Universitetin tərkibinə 8 fakültə[1] daxilir. Ali təhsil ocağının dekanı 2012-ci ildən professor Sead Paşindir[2]. Universitetdə təhsil boşnak dilində aparılır.
Camal Biediç Universiteti | |
---|---|
Univerzitet "Džemal Bijedić" u Mostaru | |
43°21′18″ şm. e. 17°48′36″ ş. u. | |
Əsası qoyulub | 1993 |
Tip | Dövlət |
Rektor | Sead Paşiç |
Şəhər | Mostar |
Ölkə | |
Sayt | unmo.ba |
Tarixi
11 fevral 1977-ci ildə Motsarda Mostar Universiteti təşkil olunmuşdur. Bu universitet ilk əvvəllər Camal Biediç adını daşıyırdı. O, bir dövlət xadimi olaraq 1977-ci ildə avia qəzada həlak olmuşdur.
1992-ci ildə başlanan Bosniya müharibəsi zamanı Camal Biediç Universitetinin adı Mostar Universiteti olaraq dəyişdirilir. Bundan sonra universitetin rəsmi dili xorvat dili olur. 1993-cü ildə Universiteti tərk etmiş müsəlman professorlar Mostarda ikinci ali təhsil müəsisəsini təşkil etdirlər. Ali təhsil ocağı Camal Biediç Universiteti adlanır. O keçmiş Yuqoslaviya hərbi kazarmalarından birində yerləşir[3].
Universitetin təşkil olunduğu ilk illərdə olduqca böyük cətinliklər yaşamışdır. Kitabxanalarda kitab çatışmamazlığı, pedaqoq və personal azlığı his edilirdi. Bu problemlərin bəzisi iyanələr hesabına ödənmişdir[4].
2016-cı il məlumatına görə universitetdə 250 pedaqoq fəaliyyət göstərir və 3 mindən çox tələbə təhsil alır. Universitet 8 fakültədən ibarətdir: aqrar, humanitar, informatika, tibb, tikinti, maşınqayırma, pedaqoji, hüquq[5]. Bakalavr və magistr üçün hazırlanan proqram Boloniya qaydaları ilə uyğunlaşdırılır. Universitetin kitabxanasında 24 000 kitab vardır. Universitet müxtəlif bosniyalı, xarici elmi və təhsil müəssisələri ilə əməkdaşlıq edir[6].
Təhsil müəssisəninin auditoriyası, laboratoriyası və kabinetləri 4500 m² ərazini əhatə edir. Belə bir kiçik məkan universitetin inkişafı üçün ciddi bir məhdudlaşdırıcı faktordur[7].
İstinadlar
- "Mostar brosjyre 2016" (PDF). 2017-10-24 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2018-05-21.
- "UNMO.BA — Rectors". 2017-04-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-05-21.
- Gwyneth Owen-Jackson. Political and Social Influences on the Education of Children Arxivləşdirilib 2023-07-05 at the Wayback Machine. 2015
- UNMO 2 Arxivləşdirilib 2010-06-12 at the Wayback Machine, unmo.ba; accessed 16 October 2016.
- UNMO 4 Arxivləşdirilib 2010-06-12 at the Wayback Machine, unmo.ba; accessed 16 October 2016.
- "UNMO.BA". 2017-05-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-05-21.
- UNMO 5 Arxivləşdirilib 2010-06-12 at the Wayback Machine, unmo.ba; accessed 16 October 2016.