Calut monastırı

Calut monastırıOğuz rayonunun Calut kəndində yerləşən V–VI əsrlərə aid alban monastırıdır. Kompleksə zəngin bəzədilmiş böyük kilsə, kiçik qədim bazilika və köməkçi binaların xarabalıqları daxildir.

Calut monastırı
41°05′11″ şm. e. 47°25′37″ ş. u.
Ölkə  Azərbaycan
Şəhər Oğuz
Yerləşir Calut
Aidiyyatı Alban Həvari Kilsəsi
Tikilmə tarixi V-VI əsrlər
İstinad nöm.4941
KateqoriyaMəbəd
ƏhəmiyyətiYerli əhəmiyyətli
Calut monastırı (Azərbaycan)
Calut monastırı

Qədim Calut bazilikası iri zal məbədidir. Məbədin qərb və cənub divarları qismən saxlansa da, şimal və şərq divarlarının çox az hissəsi salamat qalmış, daşları isə məbədin içinə tökülmüşdür. 1811-ci ildə kompleksə əlavə edilmiş Böyük kilsə isə dörd daxili sütuna malik, günbəzsiz, iri üçnefli bazilikadır.

Kompleksə daxil olan tikililər

Monastır Oğuz rayonunun Calut kəndinin şimal-şərqində yerləşir. Kompleksə zəngin bəzədilmiş böyük kilsə, kiçik qədim bazilika və köməkçi binaların xarabalıqları daxildir.

Qədim bazilika

İsanın çarmıxa çəkilməsi
Müqəddəs Məryəm

Qədim Calut bazilikası iri zal məbədidir. Onun ibadət zalı 6×4.30 m, altar apsidası isə 3,65×1.75 m ölçüyə malikdir.[1] Məbədin qərb və cənub divarları (2–2.6 metr arası hündürlükdə) qismən saxlansa da, şimal və şərq divarlarının çox az hissəsi salamat qalmış, daşları isə məbədin içinə tökülmüşdür. Zal, tağ örtüyünə malik olmuşdur ki, bunu da xarabalıqda saxlanmış konstruksiya qalıqları sübut edir.[2]

Qədim bazilika maraqlı divar hörgüsünə malikdir. Binanın tikilməsi üçün əhəng daşı, çaydaşı, bişmiş kərpic və butbetondan istifadə edilmişdir. Sonuncu material ehtimal ki, məbəd ərazisində aparılmış çoxsaylı inşaat işləri nəticəsində əldə edilmişdir.[2] Qədim bazilika binasında son inşaat işləri kitabənin qeydinə əsasən 1211-ci ildə aparılmışdır.[2] Məbədi tədqiq etmiş G. Məmmədovanın fikrincə, qərb divarının hörgüsü ilkin variantda dövrümüzə çatmışdır.[2]

Məbədin divarları qalınlıq və hörgü texnikası baxımından Gavurqala bazilikasını xatırladır. Yeganə fərq fasad daşlarının bərabər ölçü və formalara malik olmamasıdır. Belə qarışıq hörgü fonunda giriş qapısı, bütöv daşdan yonulmuş çərçivələr üzərində quraşdırılmış yarımdairəvi arkası ilə kontrast yaradaraq seçilir. Qərb divarının kiçik pəncərəsi bütöv düzbucaqlı daş üzərində xaç formasında yonulmuşdur. Şərq divarında, altar hissədən də məbədə işıq daxil olurdu. Kənar divarlarda pəncərələr olsa da, onlar dövrümüzə çatmamışdır.[3]

G. Məmmədova qədim bazilikanın ilkin tikili formasını erkən orta əsrlərə aid edərək, məbədin V əsrdən gec olmayaraq inşa edildiyini bildirir.[3] Yerli əfsanəyə görə isə, məbədin əsası I əsrdə Müqəddəs Yelisey tərəfindən qoyulmuşdur.[3]

Böyük bazilika

Böyük bazilika 1811-ci ildə inşa edilmişdir.[2] Bu yeni kilsə dörd daxili sütuna malik, günbəzsiz, iri üçnefli bazilikadır.

Kilsə xadimləri

İstinadlar

  1. Мамедова, 1985. səh. 55
  2. Мамедова, 2004. səh. 39
  3. Мамедова, 2004. səh. 40
  4. Ermənistan Milli Arxivi, fond 56, siyahı 12, dosye 531

Ədəbiyyat

  • Мамедова, Гюльчохра, Зодчество Кавказской Албании, Баку: Чашыоглу, 2004
  • Мамедова, Гюльчохра, Христианское култовое зодчество Кавказской Албании эпохи раннего средневековья, Баку: Элм, 1985
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.