Callitropsis nootkatensis

Callitropsis nootkatensis (lat. Callitropsis nootkatensis) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinin callitropsis cinsinə aid bitki növü.

Callitropsis nootkatensis
Elmi təsnifat
Aləm:
Klad:
Streptophyta
Klad:
Embryophytes
Klad:
Polysporangiophytes
Klad:
Tracheophytes
Klad:
Gymnosperms
Şöbə:
Pinophyta
Yarımsinif:
Cupressidae
Dəstə:
Fəsilə:
Cins:
Callitropsis
Növ:
Callitropsis nootkatensis
Beynəlxalq elmi adı
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  183452

Təbii halda Şimali Amerikada yayılmışdır. KrımdaQafqazın Qara dəniz sahillərində təsadüf edilir. Boyu 40 m olan, konusvarı çətirə malik, ensiz-piramida formalı, şaxələnmiş qamətli ağacdır. Gövdəsinin qabığı qalın, bəzən nazik, dərin və ya zəif yarıqlı, əsasən qırmızı-qonur, bəzən qonur, uzun qatlarla açılır. Zoğları bir sahədə inkişaf etmiş, hamar, çox vaxt uzun, sallaqdır. İynəyarpaqları qabıqşəkilli, xaçşəkilli, zoğlara möhkəm yapışmış, kənarları bütöv və ya dişli, qabarıq, vəziciklidir. Yayda iynəyarpaqların rəngi yaşıl, mavi, qızılı, qızılı-alabəzək və gümüşü-alabəzək olur. Payızda iynəyarpaqların rəngi dəyişmir. Qozaları xırda, şarşəkilli olub, diametri təxminən 1 sm, qabıqları 6-8 ədəd, onlardan yuxarıdakı 2 qabıq digərlərindən iridir. Uzunömürlü olub, 500 ilə kimi yaşayır. İşıqsevən, torpağa az tələbkar, quraqlığa, soyuğa davamlıdır, ancaq sərt qışda dona da bilər. Gillicə torpaqlarda yaxşı bitir. Qumlu torpaqlara davamlıdır.

Abşeronda bəzək memarlığı əsasında yol kənarlarının yaşıllaşdırılmasında istifadə olunur.

İstinadlar

    Həmçinin bax

    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.