Call of Duty 4: Modern Warfare
Call of Duty 4: Modern Warfare (azərb. Döyüş tapşırığı 4: Müasir Müharibə) — "Infinity Ward" studiyası tərəfindən yaradılmış və birinci şəxs-atıcı janrında olan multiplatformalı videooyun. Call of Duty adlı oyunlar seriyasından 4-cü. Oyunun süjeti digər Call of Duty-lərdən fərqlidir. Belə ki, Call of Duty 4 İkinci dünya müharibəsindən yox 2011-ci ildə baş verən hadisələrdən gedir. Oyunçu ABŞ əsgərləri və Böyük Britaniya xüsüsi təyinatlıları ilə oynayır. Oyunun süjeti Rusiya, Ukrayna, Azərbaycan və Yaxın Şərqdə baş verir.
Call of Duty 4: Modern Warfare | |
---|---|
Hazırlayan | Infinity Ward |
Yayımlayan | Activision, Steam |
Seriya | Call of Duty |
Buraxılış tarixi |
5 noyabr 2007. 9 noyabr 2007 |
Versiya | 1.7 |
Sonuncu versiya |
|
Sonuncu beta-versiya |
|
Janrlar | birinci üzdən şuter |
Yaş reytinqləri |
ESRB: M PEGI: 16+ BBFC: 15 OFLC: MA15+ |
Texniki məlumat | |
Platformalar | Microsoft Windows, Xbox 360, PlayStation 3 |
Mühərriklər | IW engine 3.0 |
Oyun rejimləri | birnəfərli oyun, Multipleyer |
İnterfeysin dili | ingilis dili[1], fransız dili[1], alman dili[1], italyan dili[1], ispan dili[1], rus dili |
Daşıyıcılar | DVD-DL, Blu-ray Disc |
Sistem tələbləri | 2.4 GHz CPU, İntel Pentium 4, 512 Mb ram, DirectX 9.0 |
İdarəetmə | Qeympad, Klaviatura və Maus |
Rəsmi saytı | |
Vikianbarda əlaqəli mediafayllar |
İlk 24 saat satış zamanı oyunun 600.000 nüsxəsi satılıb. Bütün dünyada 10 milyondan çox surəti hazırlanmış, oyun isə öz vaxtının ən satılan oyununa çevrilmişdir. Daha sonra bu titulu Call of Duty 4-ün varisləri Call of Duty: Modern Warfare 2 və Call of Duty: Black Ops qazandı.[2][3][4][5]
Süjet
Rusiya millətçisi İmran Zaxayev Rusiyada hakimiyyəti ələ keçirmək və Rusiyanın ərazilərini böyütmək istəyindədir. Zaxayev ABŞ-nin onun istəyinin reallaşmasına imkan verməyəcəyinə düşünərək Yaxın Şərqdə hərbi çevriliş təşkil edir. Zaxayevin fikrincə ABŞ ordusu Yaxın Şərqdə müttəfiqi Xalid-Əl-Əsəd tərəfindən edilmiş hərbi çevrilişə başı qarışan zaman Rusiyada hakimiyyəti ələ keçirəcək.
Oyunda SAS döyüşçüsü serjant Soap Maktavişin, SAS kapitanı Kapitan Praysın və ABŞ dəniz piyadası Pol Ceksonun başına gələn hadisələrdn danışılır.
Oyun qabağı artıq Call of Duty silsiləli oyunlarda adətə çevrilmiş missiya qabağı çarx gedir. Çarxda SAS döyüşçüləri bir-biri ilə dünya xəritəsi fonunda hara gedəcəklərini və nə edəcəklərini danışırlar.
Oyun başlayanda SAS döyüşçüləri arasında dialoq baş verir: Dünyada hər şey yaxşıdır. Rusiyada vətəndaş müharibəsi gedir. Və bizə yeni əsgər daxil olub. Maktaviş. Bundan sonra oyunçu MakTavişla döyüş təlimləri keçirir. Təlimdən sonra SAS alayının rəhbəri kapitan Praysın başçılığı altına helikopterlə Berinq körfəzində üzən eston gəmisinə hücüm edirlər. Nüvə silahı ilə bağlı lazımi sənədləri götürdükdən sonra uğurla təxliyə olunurlar.
Bu zaman Zaxayevin müttəfiqi Xalid Əl-Əsəd mərkəzi telekanalın canlı efirində, adı çəkilməmiş Yaxın Şərq ölkəsinin prezidenti Yasir Əl-Fulanini edam edir. Bu hadisələrlə eyni zamanda SAS döyüşçüləri Qafqaz regionuna gəlirlər. Rus loyalistləri ilə görüşən SAS döyüşçüləri separatçılara qarşı əməliyyat keçirirlər. Daha sonra Rusiyada Böyük Britaniya casusunu şifrələnmiş "Nikolay" adını daşıyan adamı tapıb xilas edirlər.
Bu arada isə ABŞ ordusu Xalid Əl-Əsədi öldürmək məqsədi ilə ölkəyə desant qüvvələri yeridir və hökumət çevrilişinin qarşısını almaq istəyir. Şəhərin içi ilə ağır döyüşlərlə hərəkət edən desant, böyük itkilərə baxmayaraq Əl-Əsədin olduğu təxmin edilən televiziya binasına daxil olur. Buradakı teleyayım avadanlıqları vasitəsilə Əl-Əsəd xalqa müraciət edir. Atışmalar binada yenidən başlayır. Sonda bir qrup desant içində baş qəhrəmanlardan biri – Paul Jakson olmaqla, Əl-Əsədin yayım apardığı otağa gəlib çıxır. Otağa hücüm edən hərbçilər Əl-Əsədi otaqda tapmır. Bəlli olur ki, otaqda Əl-Əsədin efirə çıxışını dayanmadan yayımlanan əvvəlcədən yazılmış video yazıdır.
Sabahısı gün ABŞ ordusu tələyə düşür və döyüşlərlə düşmənin atəş xəttini keçərək, bataqlıqda qalan Abrams tankına yaxınlaşır. Atışmalar nəticəsində sayca çoxluq təşkil edən və silahlarının keyfiyyəti ilə üstünlükdə olan ABŞ ordusu qalib gəlir və Abrams tankını bataqlıqdan çıxarmağa nail olur.
Qafqazda əməliyyatı bitirən SAS döyüşçülərinin helikopteri Komi Respublikasının üzərindən uçarkən vurulur. MakTaviş və sağ qalmış SAS döyüşçüləri helikopterdən çıxır və döyüşlərlə patruldan qaçırlar. Daha sonra AC-130 Spectre təyyarəsi SAS döyüşçülərini kapitan Price və digərlərini müdafiə edir.
ABŞ ordusu Abrams tankını müşayət edərək şəhərdə döyüşləri davam edir. Döyüşdən sonra ABŞ desantı Əl-Əsədin sonuncu adamlarını öldürmək məqsədi ilə helikopterlərlə yeni hücümlara başlayırlar. Döyüşlərin sonunda Paul Jakson sağ qalmışlarla hərbi helikopterlərdə Yaxın Şərqi tərk etmək istəyəndə şəhərə nüvə silahı atılır. Daha sonra Paul Jaksonson təyyarədən sürünərək çıxır. Paul sonda yıxılır və həlak olur.
Yaxın Şərqdə baş verənlər haqqında məlumat alan SAS alayı Əl-Əsədin gizləndiyi yeri tapır. Hərbçilər arasında belə bir dialoq baş verir:
-Ser biz Əl-Əsədin gizləndiyi yeri tapdıq. O, Şimali Azərbaycanda konspirativ mənzildə gizlənir.
-Aydındır. Əsgərləri deyin hazırlansınlar. Azərbaycana gedirik. -Ser deyilənə görə ilin bu fəslində ora çox gözəldir. |
Azərbaycana desant olunan SAS döyüşçüləri separatçıların yerli əhalini öldürdüyünü görür. Bir-bir evlərə hücümlar edərək sonda Əl-Əsədi tapırlar və dindirmə zamanı öldürürlər. Əl-Əsədin ölümündən sonra kapitan Price MakTavişə İmran Zaxayevi az qala öldürdüyünü deyir. Bu zaman oyunçu 15 il keçmişə gedərək Çernobıl faciəsindən sonra bərbad hala qalmış Pripyat şəhərində snayperlərlə separatçıları öldürərək (bəzi yerlərdə öldürməyərək gizli keçməkdə mümkündür) mehmanxananın ən yuxarı mərtəbəsində yer alır. MakMillian və kapitan Prays İmran Zaxayevi gözləyirlər. Nəhayət Zaxayev "Noxçiyço" nömrəli maşınla görüş yerinə gəlir. Görüşün ortasında külək səngiyən kimi Price atəş açır. Güllə Zaxayevin bir qolunu parçalayır. Əməliyyatın uğursuz bitdiyini görən MakMillian və Price şəhəri döyüşlərlə tərk edirlər.
SAS döyüşçüləri hələdə Azərbaycandadırlar və separatçıların gəldiylərini eşidib müdafiə yerlərin tuturlar. 10 dəqiqə sürən ağır atışma və döyüşlərdən sonra təxliyə edilirlər.
Daha sonra Zaxayevin yerini tapmaq məqsədi ilə oğlunun təqibinə başlayan SAS döyüşçüləri onu tapırlar. Dairəyə alınan və qaça bilməyəcəyini başa düşən Viktor Zaxayev başına atəş açaraq özünü öldürür.
Oğlunun öldürüldüyünü eşidən İmran Zaxayev hirslənərək bütün nüvə başlıqlarını döyüş vəziyyətinə gətirilməsinə əmr verir. SAS döyüşçüləri Zaxayevin və raketlərin mərkəzi komandanlığın yerini tapırlar. SAS alayı bütün heyətlə Altaya desant olunur. Əməliyyat zamanı əvvəlcə serjant Qriqqsi xilas edilir daha sonra isə separatçılara ümumi həmlə edilir. Açıq döyüşlərdən sonra SAS döyüşçüləri nüvə raketlərinin buraxılmasının qarşısını alır. Sağ qalmış döyüşçülər maşınlarla təxliyə zonasına gedirlər. Ancaq bu zaman separatçılar MakTaviş, Qriqqs və Praysın olduğu maşına hücüm edirlər. Helikopterin körpüya atəş açması nəticəsində onlar dayanmağa məcbur olurlar. Sağ qalmış SAS döyüşçüləri (10-15 nəfərə yaxın) müdafiə olunmağa başlayırlar. Kapitan Price Komarovdan kömək gözləsədə onlar vaxtında gəlib çıxmır. Sonda 5 nəfər hərbçi Qriqqs, Maktaviş, Prays və 2 SAS döyüşçüsü qalır. Separatçıların növbəti hücumu zamanı 2 hərbçi öldürülür və MakTaviş yaralanır. Yerə yıxılan Maktaviş Zaxayevi görür. Zaxayev iki separatçı ilə Qriqqsə, Praysa və Maktavişə yaxınlaşır. Qriqqs sonuncu gülləyəsinə qədər atəş açır və sonda separatçılar tərəfindən öldürülür. Bu zaman yaralı Prays tapancasını Maktavişə tərəf itələyir. Maktaviş silahı götürərək Zaxayevi və iki separatçını öldürərək huşunu itirir. Gözünü açanda Rusiya xüsusi xidmət orqanının əməkdaşı general Komarov gəlir və sağ qalmışları təxliyə edir.
Misiyaların siyahısı
Misiya | Əsas oyunçu | Tarix | Yer | Məqsəd |
---|---|---|---|---|
Proloq | ||||
Yeni əsgər | Soup MakTaviş | 20 iyun 2011 ci il | Böyük Britaniya, Kredenxill | Döyüşə hazırlıq kursu. |
Gəmi | Soup MakTaviş | 21 iyun 2011 ci il, 01:23 | Berinqov körfəzi | Gəmiyə hücüm edib, sənədləri ələ keçirmək. |
Çevriliş | Yasir Əl Fulani | 21 iyun 2011 il | Yaxın Şərq | Edama baxmaq |
1-ci Akt | ||||
Tam tutulma | Soup MakTaviş | 22 iyun 2011 ci il, 01:23 | Rusiya, Şimali Qafqaz | Rus loyalistləri ilə görüşmək. Rus xüsusi təyinatlılarına kömək etmək. Nikolayı tapıb, xilas etmək. |
Çarlini sörf etmirlər | Pol Cekson | 22 iyun 2011 ci il, 13:45 | Yaxın Şərq | Əl-Əsədi tapmaq. |
Bataqlıq | Pol Cekson | 23 iyun 2011 ci il, 05:00 | Yaxın Şərq | Abrams tankını tapmaq. |
Təqib | Soup MakTaviş | 22 iyun 2011 ci il, 03:02 | Rusiya, Komi Respublikası | Vurulmuş helikopteri tərk edib, təqibdən qaçmaq. |
Göydən göndərilən ölüm | АС-130 Operatoru | 22 iyun 2011 ci il, 04:20 | Rusiya | Kapitan Prays və SAS döyüşçülərini müdafiə etmək. |
Qaban | Pol Cekson | 23 iyun 2011 ci il, 16:30 | Yaxın Şərq | Abrams tankını müşayiət etmək. |
Şok və lərzə | Pol Cekson | 23 iyun 2011 ci il, 18:35 | Yaxın Şərq | Paytaxtda Əl-Əsədin sonuncu əsgərlərini məhv etmək. |
Nəticə | Pol Cekson | 23 iyun 2011 ci il | Yaxın Şərq | Nüvə partlayaşının nəticələrini izləmək |
2-ci Akt | ||||
Konspirativ mənzil | Soup MakTaviş | 24 iyun 2011 ci il, 02:00 | Şimali Azərbaycan, | Əl-Əsədi tapıb öldürmək. |
Hər şey kamuflyajda | Leytenant Prays | Payız 1996 ci il, 16:45 | Ukrayna, Pripyat | Pripyata daxil olmaq və otelin ən son mərtəbəsində snayper mövqeyi tutmaq. |
Bir atəşlə öldürmək | Leytenant Prays | Payız 1996 ci il, 13:40 | Ukrayna, Pripyat | Təxliyə öldürmək və Pripyatı tərk etmək. |
İstilik | Soup MakTaviş | 24 iyun 2011 ci il, 09:40 | Şimali Azərbaycan | Evakuasiya gözləyərək müdəfiələnmək |
Ataların günahları | Soup MakTaviş | 25 iyun 2011 ci il, 06:34 | Rusiya, | Zaxayevin oğlunu tutmaq. |
3-ci Akt | ||||
Ultimatum | Soup MakTaviş | 26 iyun 2011 ci il, 06:19 | Rusiya | Sejant Qriqqsı tapmaq, buraxılış qurğusunu söndürmək. |
Hər şey yerində | Soup MakTaviş | 26 iyun 2011 ci il, 07:16 | Rusiya | Buraxılış şaxtasına girmək. |
Komanda Punktunda | Soup MakTaviş | 26 iyun 2011 ci il, 07:35 | Rusiya, Altay | Raketlərin buraxılmasının qarşısını almaq. |
Oyun bitdi | Soup MakTaviş | 26 iyun 2011 ci il, 08:25 | Rusiya, Altay | Sağ qalmaq, Zaxayevi öldürmək. |
Epiloq | ||||
Buludların üstündə | Adı çəkilməmiş SAS döyüşçüsü | 2011 ci il | Hardasa göydə | VIP-ni xilas edib, təyyarəni tərk etmək. |
Qəhramanlar
Protaqonistlər
- Serjant Con MakTaviş ləqəbi Soap – (azərb. sabun). (21 iyun 1990) 22-ci SAS alayının hərbçisi. Əsas qəhrəman.
- Serjant Pol Cekson (22 may 1991 – 23 iyun 2011) – ABŞ dəniz piyadaları korpusunun dəniz piyadası. Baş qəhrəmanlarıdan biri.
- Kapitan Prays (16 noyabr 1961) SAS hərbçisi MakTavişin olduğu alayın komandiri.
- Adı çəkilməmiş ABŞ AC-130U təyyarəsinin operatoru
- Yasir Əl Fulani Adı çəkilməmiş yaxın şərq ölkəsinin prezidenti. Dövlət çevrilişi zamanı canlı efirdə Xaled Əl Əsəd və İmran Zaxayev tərəfindən edam edilir.
Antoqonistlər
- İmran Zaxayev (15 mart 1955 – 26 iyun 2011) – Rus ultramilliyətçi partiyasının lideri. 1996 cı ildə Serjant Praysın dəqiq atəşi nəticəsində İmran Zaxayev qolunu itirir. Daha sonra 2011 ci ildə Soup MakTavişin atəşi nəticəsində ölür.
- Xalid Əl-Əsəd (28 noyabr 1968 Səüdiyyə Ərəbistanı – 24 iyun 2011 Şimali Azərbaycan) – İmran Zaxayevin müttəfiqi şərqdə inqilab törətdikdən sonra ABŞ silahlı qüvvələrindən və SAS döyüşçülərindən Azərbaycanın şimalında konspirativ mənzildə gizlənirdi. Sonda SAS alayının döyüşçüləri Əl-Əsədi tapırlar və dindirmə zamanı öldürürlər
- Viktor Zaxayev (1 aprel 1972 – 25 iyun 2011) – İmran Zaxayevin oğlu və sağ əli. SAS döyüşçülərinin təqibinə məruz qaldı. Qaça bilməyəcəyini anlayandan sonra suiqəst edir.
İkinci dərəcəli qəhramanlar
- Leytenant Vaskes – ABŞ dəniz piyadaları korpusunda hərbçi. Pol Ceksonun polkunda Komandir
- Ştab-Sejant Qriqqs – ABŞ dəniz piyadaları korpusunda hərbçi.
- Qas – Kapitan Praysın sağ əli və MakTavişin dostu
- Kapitan MakMillian 22 SAS polkunun snayperi. 15 il qabağ Kapitan Praysla Pripyat əməliyyatında iştirak edib
- Nikolay (şifrələnmiş ad) Böyük Britaniya xsüsi xidmətlərinin Rusiyada informatoru.
- Serjant Komarov Rusiya xüsusi təyinatlıları komandiri.
- Leytenant Volker Sea-Knight helikopterində hərbçi
- Kapitan Pelayo Vurulmuş AH-1 helikopterində hərbçi
- Smit ABŞ snayperi
- Serjant Skalli ABŞ snayperi
- Siravi Royseviç ABŞ dəniz piyadaları korpusunun hərbçisi
- Siravi Meyssi ABŞ Dəniz piyadaları korpusunun hərbçisi
- Serjant Allen SAS hərbçisi Azərbaycanda kəndin müdafiəsində iştirak edib.
- Serjant Börton SAS hərbçisi Azərbaycanda kəndin müdafiəsində iştirak edib
Şəbəkə oyunu
İnternet və ya lokal xəttlə oynanıla biləcək komandalı oyunların siyahısı:
- Azad oyun – Free For All
Hər oyunçu öz tərəfindən oynayır düşməni öldürərk xal qazanmaq lazımdır. Təyin olumuş vaxt ərzində ən çox xal toplayan oyunçu qalib gəlir.
- Komandalı döyüş – Team Deathmatch
Oyunçular iki komandaya bölünürlər. Oyunun məqsədi digər komandanın oyunçularını öldürməkdir. Vaxt bitəndə hansı komanda daha çox xal yığıb qalib gəlir
- Birincilik – Domination
Oyunun məqsədi xəritədə fərqli yerlərdə yerləşən bayrağları götürüb saxlamaqdan ibarətdir.
- Qərərgah – Headquarters
Oyunun məqsədi qərərgahı tutub saxlamaqdan ibarətdir
- Sabotaj – Sabotage
Oyunun məqsədi bombanı ələ keçirərək düşmən zonasında yerləşdirməkdir.
- Tapıb Məhv etmək – Search & Destroy
Oyunçular iki komandaya bölünürlər buların biri hücümçu komandası digəri isə müdafiəçi komandasıdır. Hücümçu komandasının məqsədi xəritədə A və B adlanmış yerlərdən birində yerləşən obyektlərin birini məhv etmək, müdafiə komandasının məqsədi isə bomba qoşulmasının qabağını almağ və ya bomba artıq qoşulubsa onu sıradan çıxarmaq.[6]
Əsas Silah növləri
- Avtomatlar – M16, AK-47, M4, G3, G36C, M14
- Tapanca-pulyemyotlar – MP5, Scorpion, MINI UZI, AKC-74U, P-90
- Pulyemyotlar – M249, RPD, M60E4
- Droboviklar – Winchester 1200, M1014
Əlavə silah növləri
- Tapancalar – M9, USP 0,45, Kolt M1911, Desert Eagle
- Claymore – Piyadalara qarşı mina
- C4 – Radiodetonatorla Plastik partladıcı
- RPQ-7 – Sovet reaktiv tanka-qarşı qranatamyot.
- AT4 – Birdəfəlik tanka-qarşı qranatamyot
- FIM-92 Stinger – ABŞ yeriyən Zenit-Raket kompleksi
- FGM-148 Javelin – ABŞ yeriyən Zenit-Raket komleksi
- M134 Minigun – pulemyot
- MK-19 – ABŞ Avtomatik qranatamyotu
- Bıçaq
- Silah-altı qranatamyot – M203, QP-25
Qumbaralar
Oyunçu hər misiya başlanğıcında qəlpə qumbarası və 3 xsüsi qumbaradan: işığ, tüstü və səs qumbaralarından birini daşıyır.
Sursatlar
- Gecəgörmə cihazı
- Detonator
- Səs-boğucu
- Nişangahlar – ACOG Scope, EOTech, Optik nişangah, Lazerli nişangah, AN/PEQ-2
Oyunçular
- Hücümçu (Assault) – M16A4 silah-altı qranatamyotla avtomat
- Diversant (Spec Ops) – MP5 tapanca-pulemyotu, C-4 partladıcısı
- Pulyemyotçu (Machinegunner) – M249 SAW pulemyotçusu və 3 səs qumbarası
- Partladıcı (Demolisher) – W1200 karabini və RPQ-7 qumbarası
- Snayper (Sniper) – M40A3 snayperi, 3 işıq qumbarası
İstinadlar
- Steam. 2003.
- Reed, Kristan. "Call Of Duty 4 review". EuroGamer. 2012-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-07-27.
- "Call of Duty 4 – Review HD". Spike (TV channel). 2007-11-05. 2012-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-03-17.
- Williams, Bryn. "Call Of Duty 4 rewview". GameSpy. 2012-03-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-07-27.
- Goldstein, Hillary. "Call of Duty 4: Modern Warfare". IGN. 2013-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-3- 13.
- BradyGames. "Call of Duty 4: Modern Warfare Official Strategy Guide". BradyGames. 2007-10-30. ISBN 0-7440-0949-9. 2023-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-07-28.
Xarici keçidlər
- news.prnewswire.com saytı Arxivləşdirilib 2009-09-03 at the Wayback Machine
- Steffani Nunneley
- Planet Call of Duty Arxivləşdirilib 2012-11-10 at the Wayback Machine
- Clan-base saytı Arxivləşdirilib 2009-06-01 at the Wayback Machine
- başlıq
- CoD 4 turnirlərinin siyahısı Arxivləşdirilib 2009-07-01 at the Wayback Machine
- Fnatic.com saytı Arxivləşdirilib 2010-02-09 at the Wayback Machine
- Team eSuba
- team-empire saytı Arxivləşdirilib 2009-06-03 at the Wayback Machine
- Explosive saytı Arxivləşdirilib 2011-01-13 at the Wayback Machine
- CoD 4 rewiew
- gameinformer.com saytı Arxivləşdirilib 2008-02-16 at the Wayback Machine