Cakao boğazı
Cakao boğazı — Sakit okeanın Karonados və Ankud körfəzlərini birləşdirir. Ciloe adasını materikdən (Çili)[1] ayırır. Parqua şəhəri və materik arasında bərə fəaliyyət göstərir. Boğazın uzunluğu 26 km-ə yaxındır, eni 1,852 (şərq), 4,65 km (qərb) təşkil edir. Sahilləri uca və sıldırımlıdır. Ölkənin 200 illiyi münasibət ilə əlaqədar körpü (2635) inşa edilməsi planlaşdırılır.
Cakao boğazı | |
---|---|
isp. Canal de Chacao | |
Ümumi məlumatlar | |
Eni | minimum 4,65 km |
Uzunluğu | 26 km |
Yerləşməsi | |
41°46′01″ c. e. 73°52′10″ q. u. | |
Ölkə | Çili |
Akvatoriyası | |
Ayırır | Ciloe adasını materikdən |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Naviqasiya
Boğazın dərinliyi çox iri gəmilərin fəaliyyətinə imkan verir. Fevral-aprel ayları ərazidə güclü dumanlar müşahidə edilir. Güclü axınlarda naviqasiyaya müəyyən maneələr törədir. Boğaz daxilində Donya-Sebastyan, Korinos və Lakao adaları vardır. Axınların sürəti 3–5 km/s-a çatır. Boğaz daxilində Liberiyaya məxsus olan batmış Andros Koral gəmisinin gövdəsi görünür.
Tarixi
1553-cü ildə ispan donanmasının zabiti Fransisko de Uloa ilk dəfə boğazdan keçmişdir. 1567-ci ildə ərazidə ilk liman olan San-Antonio-de-Cakao inşa edilir. 1602-ci ildə Migel, 1603-cü ildə isə San-Antonio hərbi şəhərcikləri salınır. Bir müddət sonra yeni-yeni koloniyalar inşa edilir.
İstinad
- Çili xəritəsi, QUQK 1986 il