Cahi döyüşü
Cahi döyüşü — firon III Ramzesin qüvvələri ilə Misiri işğal və fəth etmək niyyətində olan dəniz xalqları arasında böyük quru döyüşü. Münaqişə Misir imperiyasının ucqar şərq sərhədində, Cahi və ya indiki Livanın cənubunda, III Ramzesin hakimiyyətinin səkkizinci ilində və ya təxminən e.ə. 1178-ci ildə baş tutmuşdur.
Battle of Djahy | |
---|---|
Tarix | təq. e.ə. 1178 |
Yeri | |
Bu döyüşdə III Ramzesin başçılığı ilə misirlilər qurudan və dənizdən Misiri işğal etməyə çalışan dəniz xalqlarını məğlub etmişdilər. Döyüş haqqında məlum olanların demək olar ki, hamısı Mədinət Habuda III Ramzesin meyitxanasından gəlir. Döyüş və məhbusların təsviri məbədin divarlarında ətraflı şəkildə sənədləşdirilmişdir ki, bu da məlum olan ən uzun heroqlif yazıya malikdir. Məbədin relyeflərində döyüşdə məğlub olmuş çoxlu bağlı əsirlər təsvir edilmişdir.
Döyüş
Döyüşdən əvvəl dəniz xalqları Misir imperiyasının sərhədinə yaxın olan Amurru adlı het vassal dövlətini talan etmişdilər. Bu, III Ramsesə gözlənilən işğala hazırlaşmaq üçün vaxt verdi. Mədinət Habuda meyitxana məbədindən bir kitabədə deyir: "Mən onların qarşısında hazırlanmış Cahidə sərhədimi təchiz etdim".[1] Hetoloq Trevor Bris yazmışdır ki, dəniz xalqlarının "quru qoşunları Levant sahilləri boyunca cənuba və Fələstin vasitəsilə hərəkət edirdilər, onlar Ramzesin qüvvələri ilə sonradan adlanan Finikiya Cahi regionunda Misir sərhəddində qarşı-qarşıya qalmış və onları dayandırmışdılar".[2]
III Ramzes dəniz xalqları ilə döyüşünü sərt, barışmaz sözlərlə ifadə edir:
Mənim hüduduma çatanlar, onların toxumları çürümüş, ürəkləri və ruhları əbədi olaraq sona çatmışdır. Onlardan əvvəl dənizə toplaşanlara gəlincə, onların önündə bütöv bir alov limanın ağzında dayanmış və sahildə metal divar onları əhatə edirdi. Onlar sürüklənmiş, aşnış və sahilə yıxılmışdılar, onlar öldürülmüş və qaleralarının ucundan yayına qədər yığınlar düzəltmişdilər, onların bütün əşyaları suyun üzərinə atılmışdı.[3] |
İstinadlar
- Extracts from Medinet Habu inscription, trans. James H. Breasted 1906, iv.§§ 65-66
- Trevor R. Bryce, The Kingdom of the Hittites, sub-chapter 'The Fall of the Kingdom and its Aftermath', Oxford University Press, 1998. p.371
- James H. Breasted, Extracts from Medinet Habu inscription, trans. 1906, iv.§§65-66