Cahangir Rüstəmov (polkovnik)

Rüstəmov Cahangir İsgəndər oğlu — keçmiş Sovet ordusunun "Qırmızı Ulduz" ordeni nişanlı batalyon komandiri olmuş, ölmündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunmuş, Milli Ordumuzun hərbçi polkovniki, alay komandiri.

Cahangir Rüstəmov
Cahangir İsgəndər oğlu Rüstəmov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Düz Rəsullu, Gədəbəy rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (54 yaşında)
Vəfat yeri Qaravəlilər, Gədəbəy rayonu, Azərbaycan
Vəfat səbəbi Şəhid
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti Azərbaycanlı
Atası İsgəndər Rüstəmov
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 1972-1994
Rütbəsi Polkovnik
Vəzifəsi Alay komandiri
Döyüşlər Qarabağ müharibəsi
Təltifləri "Azərbaycan Bayrağı" ordeni "Qırmızı ulduz" ordeni

Həyatı

Cahangir Rüstəmov 1939-cu ildə Gədəbəyin Düz Rəsullu kəndində anadan olmuşdur.

Orta məktəbi bitirdikdən sonra ordu sıralarına çağırılmış, hərbi xidməti başa vurub hissə komandirinin göstərişi ilə zabit kimi fəaliyyətini davam etdirmişdir. 1972-ci ildə Vasilkov Hərbi Aviasiya Texniki Məktəbini bitirmiş, ordu hissələrində müxtəlif vəzifələrdə işləmişdir. Sovet ordusunda alay komandiri vəzifəsinə qədər yüksəlmişdir.

Cahangir Rüstəmov 1991-ci ildə Şəmkirin Dəllər qəsəbəsindəki hərbi aerodromda 35 il sovet ordusunda xidmət keçəndən sonra, 1988-ci ildə polkovnik rütbəsində, batalyon komandiri vəzifəsində təqaüdə çıxıb. sovet ordusunun ali ordeni olan "Qırmızı Ulduz" nişanı ilə təltif edilmişdir.

Cahangir Rüstəmov Qarabağ müharibəsi başlayanda yenidən hərbiyə qayıdaraq Azərbaycan Milli ordusunun tərkibində Azərbaycanın ərazi bütovlüyü uğrunda döyüşlərə qatılmışdır. 1992-ci ildə erməni qoşunları Gədəbəy, Tovuz, Qazax zonasına hücumlara başlayanda C. Rüstəmov vətənin peşəkar zabitlərə ehtiyacının olduğunu görüb və yenidən ordu sıralarına qayıdıb. O dövrdə Azərbaycan Milli Ordusunun yaranmasında yaxından iştirak edib. 1992-ci ilin aprel ayında Şəmkir rayonunda yerləşən rus hərbi hava qüvvələri Azərbaycanı tərk edərkən hərbi texnikanın rus hərbçiləri tərəfindən qaçırılmasına, talan edilməsinə və zərərsizləşdirilməsinə imkan verməmiş, 11 ədəd "SU-24″ 5 ədəd "MİQ-25″ müasir qırıcı təyyarələr, 3 ədəd "İL-76″ ağır yük təyyarələri, 1 ədəd "Mİ-8″ vertolyotu, külli miqdarda aviatexnika, hərbi silah və sursat müsadirə etmişdir[1] Onun rəhbərliyi ilə sonradan briqadaya çevrilən Gədəbəy özünümüdafiə batalyonu, Şəmkir batalyonu, Daşkəsən batalyonu birləşdirilib, alay yaradılıb. Müdafiə naziri tərəfindən C. Rüstəmov alay komandiri təyin edilmişdir. Bu alay Gədəbəylə Ermənistan arasındakı 223 km-lik sərhəddin müdafiəsinə cavabdeh olmuşdur. Gədəbəyin sərhəd kəndlərinin qorunması bilavasitə C. Rüstəmovun adı ilə bağlıdır.

Başkənd əməliyyatı

Başkənd qəsəbəsi 1920-ci illərdə Sovet rəhbərliyi tərəfindən haqsız olaraq Ermənistana verilmiş və 1992-ci ilə qədər Azərbaycanın Gədəbəy rayonunun içərisinə doğru erməni anklavı kimi qalırdı. Qəsəbədə 3 minə qədər əhali yaşayırdı. Ermənilər tarixi Başkənd adını unutdurmaq üçün qəsəbəyə "Arsvaşen"adını qoymuşdular. Qarabağ müharibəsi zamanı düşmən Başkəndi güclü istehkama çevirir və oradan Gədəbəyin kəndlərinə daim təhlükə yaradırdı. Müharibə gedən dövr ərzində, rayon iki hissəyə bölünmüşdü — Şınıx zonası və Gədəbəy zonası. Şınıx zonasına gediş-gəliş mümkün olmurdu. Başkəndin adını ermənilər "Balaca Qarabağ qoymuşdular, və çoxsaylı erməni quldur birləşmələrini Başkəndə doldurmuşdular. Qanlı hadisələrdən biri 1991-ci il yanvarın 31-də törədildi, erməni yaraqlıları Başkənddən keçib Şınıx tərəfə gedən yolun Başkəndə yaxın hissəsində 6 azərbaycanlını qətlə yetirdilər. 1992-ci il avqustun əvvəlində vəziyyət daha da gərginləşdi. Ermənistan hərbi birləşmələri avqustun 5-də Başkənddən və Ermənistanın Krasnoselsk rayonu tərəfdən hücuma keçərək, Gədəbəyin Şınıx bolgəsini işğal edib, Gədəbəy torpaqlarını Ermənistana birləşdirməyi qərara aldılar. Ermənilər bu istiqamətdə minə yaxın canlı qüvvə, 4 tank, 14 zirehli maşın və digər texnika yeritmişdilər. Ermənilərin güclü hucumu nəticəsində Şınığın 2 kəndi Mutudərə və Qasımağalı kəndləri işğal olunaraq yandırıldı. C. Rüstəmovun başçılıq etdiyi alayın əsgərləri sonacan vuruşaraq dinc əhalinin itgisiz kəndi tərk etmələrinə şərait yaratdılar.

Cahangir Rüstəmov işğal olunmuş 2 kəndin azad olunması və bütövlükdə Gədəbəyin Şınıx bölgəsində ki, 28 kəndimizi blokadadan çıxarmaq üçün Başkənd əməliyyatı hazırlayır və planın icrasına şəxsən rəhbərlik edir. Avqustun 6-da Cahangir Rüstəmovun əmri ilə Başkənd əməliyyatı başlayıb. Düşmənin möhkəmləndirilmiş mövqeləri 2 gün müddətində bütün növ artilleriya silahlarından atəşə tutmaqla məhv edilib. Avqustun 8-də Başkənd hücumla ələ keçirilib və bununla da 28 kəndimiz blokadadan azad olunub.

Qarabağ müharibəsi tarixində Başkənd əməliyyatının xüsusi yeri var. Azərbaycan hərb tarixinə qızıl hərflərlə yazılacaq uğurlu əməliyyatatlardan biri də, Cahangir Rüstəmovun başçılıq etdiyi alay tərəfindən 8 avqust 1992-ci ildə həyata keçirilmiş, Başkənd əməliyyatıdır. Əməliyyat nəticəsində həm Gədəbəy rayonunun işğal altında olan 2 kəndi, həm də 4600 hektardan artıq tarixi torpaqlarımız azad edilib. Elə bu döyüşdə də Cahangir Rüstəmovun sərkərdəlik bacarığı, mahir hərbçi olmaq keyfiyyətləri aşkara çıxdı.

Vətən torpaqlarının erməni quldurları tərəfindən işğalına yol verməyən polkovnik C. Rüstəmovun ömür yolu 1994-cü ilin mart ayında başa çatdı. Polkovnik Cahangir İsgəndər oğlu Rüstəmov 28 mart 1994-cü il tarixdə Gədəbəy rayonunun Qaravəlilər kəndi ətrafında xidməti vəziyfəsinin yerinə yetirərkən qəhrəmancasına həlak oldu.

Mükafatları

Xatirəsi

  • 27 mart 2015-ci iıdə Gədəbəy gənclərinin və ziyalılarının təşşbbüsü ilə Bakı şəhərində Böyük Sərkərdə Polkovnik Cahangir Rüstəmovun anım tədbiri keçirilmişdir.[2][3]
  • 2017-ci ildə Gədəbəy Rayonu Novo-Saratovka kəndində hərbi qərargahın qabağında Polkovnik Cahangir Rüstəmovun büstü ucaldılıbdır.
  • 2015-ci ildə Qoca dağdakı strateji əhəmiyyətli hərbi yüksəklikdə yerləşən mövqeyimizə C. Rüstəmovun adə verilib və həmin yüksəklikdə Polkovnik Cahangir Rüstəmovun barelyevi qurulubdur.

Adının əbədiləşdirilməsi

Cahangir Rüstəmov Azərbaycanın ərazi bütovlüyü uğrunda gedən döyüşlərdə Vətən yolunda qəhrəmanlıqla şəhid olduğu üçün onun adı xalqımızın qan yaddaşında əbədi yaşayacaqdır.

  • Gədəbəy rayonunun Şınıx bolgəsində çox saylı alim və ziyalıların yetişdiyi Çay Rəsullu kənd tam orta məktəbi[4] Cahangir Rüstəmovun adına verilmişdir.
  • Şəmkir şəhərində ən böyük tam orta məktəblərdən biri[5], köhnə Karl Marks adına orta məktəb (Ünvan: Şəmki şəhər Hüseyin Cavid küçəsi № 1)[6] Cahangir Rüstəmovun adına verilmişdir.
  • Şəmkir şəhərində ən böyük küçələrdən biri Cahangir Rüstəmovun adını daşıyır.
  • Gədəbəy rayonunda yerləşən hərbi hissənin qərərgahının qarşısında büstü ucaldılıb.
  • Gədəbəy rayonu ərazisində Ermənistanla sərhəddə hərbi hissənin döyüş mövqelərindən biri polkovnik Cahangir Rüstəmovun adına verilmişdir.

Haqqında yazılanlar

  • "Dağlardan boylanan günəş" kitabın müəllifi, şairə Aybəniz Qafarlı
  • Bu dağlardan bir Cahangir keçdi / R. Ə. Rüstəmov ; red. N. A. Əhmədli. — Bakı : Elm və təhsil, 2015. — 296 s. ; [4] s. : il. ; 21 sm. — 500 экз.[7]

İstinadlar

  1. "Arxivlənmiş surət". 2023-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-20.
  2. "Arxivlənmiş surət". 2019-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-01.
  3. "Arxivlənmiş surət". 2023-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-01.
  4. "Arxivlənmiş surət". 2023-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-01.
  5. "Arxivlənmiş surət". 2019-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-01.
  6. "Arxivlənmiş surət". 2022-06-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-01.
  7. http://elibrary.az/cgi/irbis64r/cgiirbis_64.exe?LNG=&Z21ID=&I21DBN=IBIS_PRINT&P21DBN=IBIS&S21STN=1&S21REF=&S21FMT=fullw_print&C21COM=S&S21CNR=&S21P01=0&S21P02=1&S21P03=A=&S21STR=R%C3%BCst%C9%99mov%2C%20R%C3%BCf%C9%99t%20%C6%8F%C5%9Fr%C9%99f%20o%C4%9Flu%5B%5D
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.