Cahangir Nağıyev

Nağıyev Cahangir Musa oğlu (31 mart 1903, Gəncə, Rusiya imperiyası - 15 noyabr 1929, Azərbaycan SSR) - azərbaycanlı filosofuAzərbaycan Kommunist Partiyasının fəal üzvü.[1]

Cahangir Nağıyev
Nağıyev Cahangir Musa oğlu
Doğum tarixi
Doğum yeri Sofulu məhəlləsi (Gəncə) Gəncə
Vəfat tarixi (26 yaşında)
Vətəndaşlığı SSRİ
Həyat yoldaşı Rozaliya Nağıyev
Milliyyəti Azərbaycanlı
İxtisası Fəlsəfə
İqtisadiyyat
Təhsili Moskva Dövlət Universiteti
Qırmızı Professorlar Məktəbi

Həyatı

1903-cü il martın 31-də Gəncədə anadan olub. Atasını çox tez, 1905-ci ildə itirmişdir.

1929-cu il noyabrın 15-də C.Nağıyev və arvadı Rozaliya Nağıyeva faciəli surətdə həlak olmuşlar.

Təhsili

1910-cu ildə Cahangir Nağıyev Gəncədə ikisinifli ibtidai rus-tatar məktəbinə daxil olmuş, 1912-ci ildə oranı müvəffəqiyyətlə bitirib, 1919-cu ildə Gəncə Kişi Gimnaziyasına daxil olmuşdur. Orada o, 6-cı sinifdən birbaşa 8-ci sinifə keçirilmiş və 1920-ci ildə həmin Gimnaziyanı əla qiymətlərlə bitirmişdir. 16 yaşlı C.Nağıyev Gimnaziyada oxuduğu illərdə dayısı Məmməd Xəlilovun vasitəsilə Kommunist partiyası sıralarına daxil olmuşdur.[1]

1922-ci lin sonunda C.Nağıyev Azərbaycan KP göstərişi ilə Moskva Dövlət Universitetinin iqtisadiyyat fakültəsinə oxumağa göndərilir. O, 1924-cü ilədək burada oxuyur və fəlsəfəyə xüsusi maraq göstərir. Bunu nəzərə alaraq Azərbaycan KP MK-i, habelə Moskvada nəşr olunan "Kommunist" jurnalının zəmanəti ilə C.Nağıyev universitetin iqtisadiyyat fakültəsindən Qırmızı Professorlar İnstitutunun fəlsəfə fakültəsinə köçürülür. Son kursda C.Nağıyev ağır xəstələnir. Buna baxmayaraq o, Qırmızı Professorlar İnstitutunun fəlsəfə fakültəsini müvəffəqiyyətlə bitirir və işləmək üçün Bakı şəhərinə göndərilir. Bakıya qayıtdıqdan sonra BDU-da fəlsəfədən mühazirə oxumuşdur.

Fəaliyyəti

Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra C.Nağıyev əvvəlcə Gəncədə Quberniya Komitəsinin, sonra isə Gəncə Dairə Komitəsinin məsul katibi işləmişdir. 1922-ci ilin yanvar ayında o, Azərbaycan KP Bakı Komitəsinin təbliğat və təşviqat şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir.

Bakıya qayıtdıqdan sonra həkimlərin məsləhəti ilə müalicə almaq üçün FransaAlmaniyaya göndərilir. Avropa səfərindən qayıtdıqdan sonra "Deşan fəlsəfi sistemi" adlı əsər yazmışdır. Nağıyev alman və fransız dillərini mükəmməl öyrənmiş, farsərəb dillərini mənimsəmişdi. Onun "Marksın materializmi", "Adam Smitin dəyər nəzəriyyəsi və ümumi metodoloji nisbət: Smit-Marks" əsərlərinin əlyazması qalmışdır. Bakıya qayıtdıqdan sonra o, yenicə təşkil olunmuş Azərbaycan Elmi-Tədqiqat İnstitutunun fəlsəfə şöbəsinə başçılıq edir və Azərbaycan Dövlət Universitetində dialektik materializmdən dərs deyir, bir qədər sonra isə həmin universitetdə dialektik materializm kafedrasının müdiri olur.[1]

Mənbə

  • Fəlsəfə ensiklopedik lüğəti

İstinadlar

  1. "Cahangir Musa oğlu Nağıyev". ganca.org. 2021-07-28 tarixində arxivləşdirilib.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.