Cahangir Məmmədli

Məmmədli Cahangir Əbdüləli oğlu — Azərbaycanın tanınmış jurnalisti. BDU-nun Milli mətbuat tarixi kafedrasının müdiri.

Cahangir Məmmədli
Məmmədli Cahangir Əbdüləli oğlu
Doğum tarixi
Doğum yeri Novruzlu, Ağdam rayonu, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Elm sahəsi jurnalistika
Elmi dərəcəsi filologiya elmlər doktoru
Elmi adı professor

Həyatı

Məmmədli Cahangir Əbdüləli oğlu 1942-ci ildə Ağdam rayonunun Novruzlu kəndində anadan olub.

1968-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Həmin ildən adıçəkilən fakültədə müəllimlik fəaliyyətinə başlayıb.

Hazırda Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri vəzifəsində çalışır. Filologiya elmləri doktoru, professorudur.

İndiyədək 500-dən çox elmi, publisistik yazısı dərc olunub. Ədəbi tənqidəjurnalistikaya dair 7 kitabın müəllifidir.

2004-cü ildə Bakı Dövlət Universitetində "İlin müəllimi" nominasiyasının qalibi olub. Bundan əlavə jurnalistika sahəsində bir neçə nüfuzlu mükafatın sahibidir. Prezident təqaüdçüsüdür.

2005-ci ildən İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının sədridir.

C.Məmmədli 2003-2005-ci illər arasında Azərbaycan Mətbuat Şurası sədrinin müavini olmuşdur.

Beynəlxalq Seminar, Simpozium və Konfranslarda

  • 2005-ci ildə Hollandiyada İctimai teleradionun problemləri
  • 2006-cı ildə Türkiyədə türk dilli xalqların qurultayı
  • 2007-ci ildə Moskva Dövlət Universitetində YUNESKO-nun təşkil etdiyi „Mediaobrazovanie"
  • 2007-ci ildə Bakıda „Türk dünyası jurnalistikası"

Məqalələr

  • Fəlsəfi publisistika: bu zamanın və bu məkanın tələbi. «Tənqid.net» jurnalı, №8, səh. 194-201
  • Jurnalistikanın beynəlxalq yaradıcılıq prinsipləri. «Jurnalistikanın nəzəri konsepsiyaları və mətbuat təcrübəsi» I Beynəlxalq elmi-nəzəri konfransın materialları. «Bakı Universiteti» nəşriyyatı, 2012, səh. 11-12
  • Səlahəddin Xəlilov publisist kimi. Bakı, 2013, “Elm” nəşriyyatı, səh. 122-125 2. *Vətənə sevginin ölçüsüzlük ölçüsü. Bakı, 2013, “Naşir”jurnalı, № 5

Zaman sərhəddini aşan klassik publisistika. Bakı, 2013, “Füyuzat”jurnalı, №4

  • Jurnalist yaradıcılığının bəzi peşəkarlıq məqamları. 1. “Azərbaycan mətbuatı tarixində müasirlik prinsipləri”. Əlibəy Hüseyn-zadənin 150 illik yubileyinə həsr olunmuş elmi-praktik konfransın materialları. BDU, Jurnalistika fakül-təsi, 2014, səh. 51-67
  • Müəllimliyin, tədqiqatçılığın və publisistikanın Şirməm-məd Hüseynov məktəbi. Biblioqrafiya. Bakı, “Bakı Univer-siteti” nəşriyyatı, 2014, səh. 4-12.
  • Senzura sisteminin fəaliyyət mexanizmi. “Füyuzat” jurnalı, 2014, № 3, səh. 20-25.
  • Bədii sözün «Ulduz» rəngi.  «Ulduz»jurnalı, Bakı, «Təhsil» nəşr., 2015, səh. 3-7
  • Böyük alim, böyük müəllim.  Mir Cəlal, II cilddə, Bakı, «Nurlar»nəşr., 2015, səh. 166-175
  • Fəlsəfi publisistikanın müasir problemləri.  «Jurnalistika» seriyası, №3 Bakı, «Elm və Təhsil» nəşr., 2015, səh. 42-59

 

Kitabları

  • Jurnalistikaya giriş. B., 2001.
  • Müasir jurnalistika. B., 2003
  • Jurnalistikanın müasir inkişaf meylləri. B., 2006
  • Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi. Dərslik. Bakı, «Zərdabi LTD» MMC, 2012, 38,5 ç.v.
  • Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi. Dərslik. Bakı, «Zərdabi LTD» MMC, 2012
  • Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi (dərslik). Bakı, “Təhsil” nəşriyyatı, 2013

Filmoqrafiya

  1. Erməni soyqırımı. Türkün sözü (film, 2001)
  2. Azərbaycana namus və sevgiylə (film, 2006)

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.