Cahangir Kərimov

Kərimov Cahangir Abbas oğlu (18 iyul 1923, Bakı, Azərbaycan SSR, SSRİ22 fevral 2015, Moskva) — görkəmli Rusiya hüquqşünası, hüquq elmləri doktoru, professor, Rusiya Elmlər Akademiyasının (REA) (1966-cı ildən) müxbir-üzvü, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) (1967-ci ildən), Sirbiya Elmlər və İncəsənət Akademiyasının, Finlandiya Elmlər və Ədəbiyyat Akademiyasının, Çernoqoriya Elmlər və İncəsənət Akademiyasının, Rusiya İctimai Elmlər Akademiyasının, Beynəlxalq İnformasiya Prosesləri və Texnologiyaları Akademiyasının, Rusiya Federasiyasının Siyasi Elmlər Akademiyasının, Beynəlxalq İnformatizasiya Akademiyasının akademiki, Qonkonq Beynəlxalq Hüquq və İqtisadiyyat İnstitutunun Fəxri prorektoru, SSRİ Dövlət Mükafatı laureatı, Rusiya Elmlər Akademiyasının İctimai-Siyasi Tədqiqatları İnstitutunun, Moskva Dövlər Hüquq Akademiyasının Baş Elmi işçisi, Rusiya Elmlər Akademiyasının İctimai Elmlər şöbəsinin üzvü[2].

Cahangir KƏRİMOV
Cahangir Abbas oğlu Kərimov
Doğum tarixi 18 iyul 1923(1923-07-18)
Doğum yeri
Vəfat tarixi 22 fevral 2015(2015-02-22) (91 yaşında)
Vəfat yeri
Dəfn yeri
Elm sahələri hüquqşünaslıq, hüquq, Dövlət və hüquq nəzəriyyəsi, fəlsəfə[1]
Elmi dərəcəsi
  • hüquq elmləri doktoru[d]
Elmi adları
İş yerləri
Təhsili
  • Moskva Dövlət Hüquq Universiteti[d]
Üzvlüyü
Mükafatları 2-ci dərəcəli "Vətən müharibəsi" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Xalqlar dostluğu" ordeni "Şərəf nişanı" ordeni
Azərbaycan SSR Dövlət mükafatı

Həyatı

Cahangir Kərimov 1942-ci ildə Bakı Zenit artilleriyası hərbi məktəbini bitirdikdən sonra Zaqafqaziya cəbhəsinə göndərilir və Böyük Vətən müharibəsinin iştirakçısı olur. 29 may 1946-cı ildə Ordu sıralarında tərxis olunur. 1946-cı ildə Ümumittifaq Hüquq Qiyabi İnstitutunu bitirir, 1950-ci ildə namizədlik, 1961-ci ildə doktorluq dissertasiyalarını müdafiə edir.

1965–1969-cu illərdə — Leninqrad Dövlət Universitetinin prorektoru vəzifəsində çalışır. 1989–1991-ci illərdə — SSRİ xalq deputatı, SSRİ Ali Sovetinin üzvü.

Hüquq elminin, sosial planlaşdırma və idarəetmə, dövlət və hüquq nəzəriyyəsinin fəlsəfi problemləri üzrə mütəxəssisdir. Elmi işləri Ümumi hüquq nəzəriyyəsi(hüquq sosiologiyası və hüquq fəlsəfəsi), qanunverici texnika, hüquq psixologiyası, hüquqi kibernetika, hüquq pozuntularının kompleksi profilaktikasına həsr edilib.

SSRİ-nin, xarici ölkələrin orden və medalları ilə təltif olunub.

Cahangir Kərimov 700-də artıq elmi broşür, məqalə, 40 monoqrafiyanın müəllifidir. 22 fevral 2015-ci ildə Moskva şəhərində vəfat edib.

Əsas əsərləri

  • Законодательная деятельность Совесткого государства (Основные принципы и организационные формы). М.: Юридическая литература, 1955.
  • Свобода, право и законность. М.: Юридическая литература, 1960.
  • Философские проблемы права. М.: Мысль, 1972.
  • Общая теория государства и права: предмет, структура, функции. М.: Юридическая литература, 1977.
  • Конституция СССР и развитие политико-правовой теории. М.: Мысль, 1979.
  • Философские основния политико-правовых исследований. М.: Мысль, 1986.
  • Культура и техника законотворчества. М.: Юридическая литература, 1991.
  • Основы философии права. М.: Манускрипт, 1992.
  • Законодательная техника. М.: НОРМА-ИНФРА-М, 1998.
  • Проблемы общей теории права. — М.: Соврем. гуманит. ун-т, 2000. — 82 с.
  • Проблемы общей теории права и государства: В 3 т. Тюмень, издание 2, 2005.
  • Проблемы общей теории права и государства: В 3 т. — М.: Соврем. гуманит. ун-т., 2001. Т.1: Социология права. — 265 с.
  • Проблемы общей теории права и государства: В 3 т. — М.: Соврем. гуманит. ун-т., 2003. Т.2: Философия права. — 271 с.
  • Проблемы общей теории права и государства: В 3 т. — М.: Соврем. гуманит. ун-т., 2003. Т.3: Правовое государство. — 82 с.
  • Методология права: предмет, функции, проблемы философии права. Моск. гос. юрид. акад., Современная гуманит. акад. — М.: Соврем. гуманит. ун-т, 2003. — 520 с.
  • Законодательная техника: Науч.-метод. и учеб.пособие. — М.: Норма, 2000. — 127 с.

İstinadlar

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.