Cahanbanu Sultan
Cahanbanu Sultan (tam titulu: Bilqüs-zamani Ülyacənab, Naibəyi -Nəvvabi Səfəviyyə Cahanbanu Sultan Səfəvi)
Cahanbanu Sultan | |
---|---|
Cahanbanu Sultan İsa xan qızı Səfəvi | |
1603 – 1663 | |
1641 – 1663 | |
Əvvəlki | Zeynəb Sultan Səfəvi |
Sonrakı | Rüxşad Sultan |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | İsfahan |
Vəfat tarixi | |
Vəfat yeri | İsfahan |
Dəfn yeri | İsfahan |
Atası | İsa xan Şeyxavənd |
Anası | Zibeydə Sultan Səfəvi |
Həyat yoldaşı | Gürcü şahzadəsi Simon xan |
Uşağı | Şərifə Sultan Səfəvi |
Dini | İslam |
Elmi fəaliyyəti | |
Elm sahəsi | Ədəbiyyat |
Tanınır | Natiq |
Həyatı
Cahanbanu Sultan Zibeydə sultan ilə İsa xanın qızı olmuşdur. Onun anası Şah I Abbasın 4 dekabr 1586 - cı ildə Fəxricahan xanımdan olma qızı idi. Atası da Səfəvi nəslinə mənsub bir xan olmuşdur. 1612-1632 - ci illər arasında atası Qorçubaşı vəzifəsi icra etmişdir. Hər iki ana, ata öz qızlarına mükəmməl tədris və dərs vermişlər. Cahanbanu xanım çox gözəl şairə həmçinin də natiq olmuşdur. Bu dövrdə hər zaman olduğu kimi Səfəvi sarayı yenə intriqalarla dolu idi. Xalası Xanağa sultanın onları aradan götürmək istəyi saray mübarizəsini artırırdı. İsa xanın nüfuzunun artması Xanağa sultanın və əri Mirzə Abu Talibi narahat edirdi. Onlar fürsət gəzir həm Zibeydə, həm də İsa xanı aradan götürməyə çalışırdılar. 1632 - ci ildə fürsət ələ düşür Xanağa sultan və əri Şahı saxta sənədlərlə inandıra bilirər ki, guya Zibeydə və İsa xan saray çevrilişi etmək istəyirlər. Qəddarlıqda ad qazanmış Şah I Səfi bu sözlərlə onların hər ikinin qətlinə fərman verr. İsa xan Kərbəlada, Zeynəb sultan isə İsfahan saraylarının birində qətl edilir. Bu ölüm Cahanbanu suktana çox təsir edir. Ata və anasının 3 qardaşından sonra qalan tək qız yadigarı olan Cahanbanu qarşısına məqsəd qoyaraq yola çıxır. Dilaram Sultan onu və qardaşlarını himayəsinə alır. Zeynəb Sultan vəfat etdikdən sonra "Naibəlik" yeri boş qalmışdı və Xanağa Sultan özünü buna hazırlayırdı, lakin ağılı, gözəl fikirləri, güclü natiqlik qabiliyyəti ilə Dilaram Sultanın sayəsində Şahın yanında nüfuz qazanan Cahanbanu Sultan Nəvvabi Naibə təyin edilir. O dövrlərdə Şərqdə Moğol, Şimalda Ruslarla aparılan müharibələrdə şaha fikirlər sunan Cahanbanu sultan digər qohumlarının həsəd obyektinə çevrilir. Bir çox diplomatik yazışmalarda hətta sülhlər də belə əsas rol oynayır. Xanağa sultan və bu səfa da vəzir olan Abu Talib nüfuzlarını itirirlər. Bir müddət dən sonra Xanağa sultan qəflət vəfat edir. Həmçinin Şah I Səfi də. Bu zaman taxta Şah II Abbas çıxır bu zaman da iplər Cahanbanu sultanın əlində idi, çünki II Abbası da şah edən Dilaram Sultanla o idi. Onun bir intiqam alacağı nəfər var qalmışdı. O da Abu Talib Mirzə idi. Şah II Abbas dönəmində yenidən vəzir olan Talib Cahanbanu sultan ilə yenidən mübarizəyə başlayır. Və 1656 cü ildə öldürülür. Cahanbanu sultan bundan sonrasını sakit bir dövr keçirir. Bu mübarizə dolu hıyatında həyat yoldaşını sui qəsdlə itirən Sultan qalan ömrünü qızı ilə yaşayaraq başa vurur. (Onun həyat yoldaşı gürcü şahzadəsi idi və İsfahanda təlim tərbiyə görmüş və burada təhsil almışdı ). İsfahandaikən xəstələnən Cahanbanu Sultan yatağa düşür və sarayda da vəfat edir.
Mənbə
- "Ali-Səfəviyyə" - III cild pg 284. r