Cahanbəxt Tofiq
Cahanbəxt Tofiq (az-əbcəd. جهانبخت توفیق ing. Jahanbakht Tofigh d. 9.2.1931, Sərab), ö. 28.4.1970 — azərbaycanlı məşhur sərbəst güləşçi. İranın dünya üzrə güləş çempionatlarında ilk qızıl medalını qazanmışdır.[1]
Cahanbəxt Tofiq | |
---|---|
az-əbcəd. جهانبخت توفیق | |
Şəxsi məlumatlar | |
Vətəndaşlığı | İran |
Doğum tarixi | |
Doğum yeri | Sərab Şərqi Azərbaycan ostanı |
Vəfat tarixi | (39 yaşında) |
Vəfat yeri | |
Çəkisi | 67 kq. |
İdman növü | Sərbəst güləş |
Həyatı
1931-ci ilin fevral ayının 9-da Şərqi Azərbaycan ostanının Sərab şəhərində anadan olmuşdur.
Cahanbəxt Tofiqin qaraciyərində irsi xəstəlik olmuşdur. Bu xəstəlikdən anasını və qardaşını itirən Cahanbəxtin özü də 1970-ci ildə, cəmi 39 yaşında müalicə aldığı London şəhərində vəfat etmişdir.
Zahirəddövlə məzarlığında dəfn edilmişdir.
Karyerası
1954-cü ildə Tokio şəhərində keçirilən Dünya Güləş Çempionatında qızıl medal qazanmışdır. Bu qızıl medal İranın güləş üzrə dünya çempionatlarından qazandığı ilk qızıl medaldır. Cahanbəxt Tofiq həmçinin, 1952-ci ildə Helsinki şəhərində keçirilən Olimpiya oyunlarında bürünc medal qazanmışdır.[2] 1958-ci ildə Tokio şəhərində keçirilən Asiya oyunlarında gümüş medal qazanmışdır.
İstinadlar
- "Jahanbakht Tofigh" (İngiliscə). www.findagrave.com. 2021-05-10 tarixində arxivləşdirilib.
- "Tofigh Jahanbakht" (İngiliscə). www.sports-reference.com. 2012-01-31 tarixində orijinalından arxivləşdirilib.