Cabbar Qasımov
Cabbar Ağadadaş oğlu Qasımov (9 fevral 1935, Bakı – 19 oktyabr 2002) — plakatçı rəssam, professor, Azərbaycan Respublikasının xalq rəssamı (2002).
Cabbar Qasımov | |
---|---|
Cabbar Ağadadaş oğlu Qasımov | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, ZSFSR, SSRİ |
Vəfat tarixi | (67 yaşında) |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Uşağı | Ağadadaş Qasımov |
Fəaliyyəti | plakatçı rəssam |
Təhsili |
Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbi (1956), V. Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutu (1963) |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Cabbar Qasımov 9 fevral 1935-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1956-cı ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, 1963-cü ildə V. Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunu bitirmişdir. Cabbar Qasımov 1965-ci ildə Azərbaycan Rəssamlar İttifaqının üzvü seçilmiş, İttifaqın Rəyasət Heyətinin üzvü və plakat bölməsinin sədri olmuşdur.[1]
Professor Cabbar Qasımov yaradıcılıqla yanaşı, pedaqoji sahədə də fəaliyyət göstərmiş, uzun illər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında işləmişdir.[1]
Cabbar Qasımov 19 oktyabr 2002-ci ildə vəfat etmişdir.[1]
Yaradıcılığı
Cabbar Qasımov yaradıcılığına plakatçı rəssam kimi fəaliyyətə başlamış, Azərbaycanda bu sahədə aparıcı rəssam kimi tanınmışdır. O həmçinin rəngkarlıq əsərləri də yaratmış, kitab qrafikası və monumental sənətlə də məşğul olmuşdur. Onun yaratdığı plakatlar məzmunu, mövzu aktuallığı və emosionallığı ilə seçilirdi.[1]
Rəssamın yaradıcılığında "Lenin yolu ilə kommunizmin qələbəsinə doğru" (1970), "Planetin uşaqlarına sülh", "Torpağı qoru və onu sev" əsərləri əhəmiyyətli yerə malikdir. Onun "Bizim amalımız qurmaqdır" plakatı 1965-ci ildə Zaqafqaziya plakatçı rəssamlarının yaradıcılıq konfransında nümunəvi hesab edilmiş və SSRİ Rəssamlar İttifaqının diplomu ilə təltif edilmişdir.[2]
Cabbar Qasımovun əsərləri müxtəlif illərdə Azərbaycanda və digər ölkələrdə keçirilən sərgilərdə nümayiş etdirilmiş, dəfələrlə diplomlara, fəxri fərmanlara layiq görülmüşdür.[1]
Mükafatları
- "Azərbaycan SSR əməkdar rəssamı" fəxri adı — 1 dekabr 1982[3]
- "Azərbaycan Respublikasının xalq rəssamı" fəxri adı — 30 may 2002[4]
İstinadlar
- "Cabbar Ağadadaş oğlu Qasımov". № 243 (24207). "Xalq" qəzeti. 22 oktyabr 2002-ci il: səh. 6.
- İbrahimov, T. Azərbaycanda plakat sənəti. Bakı. 2004. səh. 13–20.
- Respublika təsviri sənət xadimlərinə Azərbaycan SSR fəxri adları verilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1 dekаbr 1982-ci il tarixli Fərmanı Arxivləşdirilib 2020-01-16 at the Wayback Machine — anl.az saytı
- http://e-qanun.az/files/framework/data/1/f_1691.htm%5B%5D