Cabbar Hacıyev

Hacıyev Cabbar Niyətulla oğlu — tibb elmləri doktoru, professor.

Cabbar Hacıyev
Cabbar Niyətulla oğlu Hacıyev
Doğum yeri Yerfi, Quba rayonu
Fəaliyyəti professor

Həyatı

1950-ci ildə Qonaqkənd rayonunun Yerfi kəndində anadan olmuşdur. Yerfi kənd məktəbində, sonra Bakıda Tibb Universitetində Lenin təqaüdü ilə oxumuş və oranı fərqlənmə diplomu ilə bitirmişdir. 1975-ci ildən Azərbaycan Cərrahlar Cəmiyyətinin,1998-ci ildən Avroasiya Qastroenteroloji Cəmiyyətin üzvüdür.

1982-ci ildən gənclərin Ümumittifaq Elmi-Texmiki Yaradıcılıq müsabiqəsinin laureatı olmuş, 2002-ci ildə XXI əsrin tanınmış həkimi, 2003-cü ildə isə XXI əısrin tanınmış alimi Beynəlxalq diplomlarına layiq görülmüşdür. Rəhbərliyi altında 9 namizədlik dissertasiyası müdafiə edilmişdir. 250-dən çox elmi əsərin, 9 ixtira və patentin,1 monoqrafiyanın, 2 dərsliyin müəllifidir. Dalağın zədələnmələrində 5 üzvqoruyucu əməlyyatların (Hacıyev əməliyyatı) və iki tikiş növünün (Hacıyev – Abasov tikişləri) müəllifidir (Azərb. Səhiyyə Nazirliyinin saytından). Cərrahlıqda "Reqenerasiyanın limfoid tənzimi" adlı yeni elmi istiqamətin əsasını qoyanlardan biridir.

Mənbə

  1. Tahir Həsənli. YERFİ lilər. Bakı, Kitab Klubu, 2012
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.