Caba İoseliani

Caba İoseliani (10 iyul 1926, Xaşuri4 mart 2003, Tbilisi) — XX əsrin Gürcü siyasətçisi, qanuni oğru və Gürcüstan hərbi şurasının keçmiş üzvü.

Caba İoseliani
gürc. ჯაბრაილ კონსტანტინეს ძე იოსელიანი
Gürcüstan Parlamentinin deputatı[d]
1992 1995
Şəxsi məlumatlar
Doğum adı ჯაბრაილ კონსტანტინეს ძე იოსელიანი
Doğum tarixi 10 iyul 1926(1926-07-10)
Doğum yeri
Vəfat tarixi 4 mart 2003(2003-03-04) (76 yaşında)
Vəfat yeri
Vəfat səbəbi ürək tutması
Dəfn yeri
Təhsili
  • Şota Rustaveli adına Tbilisi Teatr İnstitutu[d]
Fəaliyyəti siyasətçi, yazıçı
Elmi fəaliyyəti
Elmi adı

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Caba İoseliani Gürcüstanın Xaşuri şəhərində anadan olmuşdur. Təhsilinə Leninqrad universitetinin şərqşünaslıq fakültəsində dəvam etdirdi, ancaq bitirmədi. 1948-ci ildə Leninqrad bank soyğunçuluğunda iştirak etdiyinə görə 17 il həbs cəzası aldı.[1] Nəhayət, Gürcüstana qayıtdı və teatr-incəsənət universitetinə daxil oldu. Universiteti bitirdikdən sonra həmin universitetin kafedrasında işə başlamışdır. O, teatr tamaşaları üçün ssenarilər yazmışdır.

1989-cu ildə İoseliani qeyri-rəsmi silahlı qrup qurmuşdur. "Mxedrioni" adlanan qrupun əsas məqsədi AbxaziyaSamaçablo regionlarında seperatçı əməllərin qarşısının alınması idi. 1991-ci ildə Mxedrioni Zviad Qamsaxurdiya tərəfindən qeyri qanuni elan edildi. İoseliani də qrupun üzvləri ilə bərabər həbs olundu[2].

1991-ci ilin dekabrında İoseliani həbsdən qaçdı. Hərbi çevriliş etmək üçün Gürcüstan Milli Qvardiyasının bəzi üzvlərinə qoşuldu. 1992-ci ilin yanvar ayında İoseliani və tərəfdarları çevrilişə nail oldular. 1992-ci ilin yanvar-mart aylarında İoseliani Gürcüstanı idarə edən hərbi şuranın rəhbərlərindən biri olmuşdur.[3][4] Daha sonra prezident Eduard Şevardnadzenin zamanında, hüquq mühafizə orqanlarının zəifliyi səbəbindən "Mxedrioni" silahlı qüvvələrinin rəhbəri kimi nüfuzlu şəxsə çevrilmişdir.

Fəaliyyət

  • Xilasetmə Korpusunun sədri (1989-1995)
  • Müvəqqəti Fövqəladə Komitənin sədri (1993-1994)
  • Gürcüstan Parlamentinin üzvü (1992-1995)
  • Gürcüstan Hərbi Şurasının üzvü (1992-1992)

İstinadlar

  1. "ჯაბა კონსტანტინოვიჩ იოსელიანი" (rus). მონაცემთა ბაზა "ლაბირინთი". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-11.
  2. მეცნიერი, ქურდი და ზოგადი Arxivləşdirilib 2008-10-05 at the Wayback Machine. გაზეთი: კომერსანტი. ავტორი: ვლადიმირ ნოვიკოვი. გამოცემა: № 9 (512). თარიღი: 10 მარტი 2003
  3. ავტორები: ივან დროზდოვი, ვლადიმირ მირაშნიჩენკო. "ჯაბა იოსელიანის ცხოვრება" (ენა: რუსული). გამომცემელი: ჯურნალი კომერსანტი. თარიღი: 13 ივლისი 1992.
  4. მე სხვა გზა არ მქონდა - ან ციხეში ან კომკავშირში (ინტერვიუ) Arxivləşdirilib 2008-10-05 at the Wayback Machine. გაზეთი: კომერსანტი. გამოცემა:№ 9 (512). თარიღი: 10 მარტი 2003
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.