Cağazur

CağazurAzərbaycan Respublikasının Laçın rayonu Cağazur kənd inzibati ərazi dairəsində kənd.[1]

Cağazur
39°35′26″ şm. e. 46°27′41″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Cağazur xəritədə
Cağazur
Cağazur

Tarixi

Cağazur kəndinin adı ilə bağlı bir çox fikirlər səslənir. Bəzi alimlər kəndin adının qədim cağ/ cağan(türk) tayfaları ilə əlaqələndirir. Bəzən də cağazur sözünün semantikası üzərində dayanır və belə bir qənaətə gəlirlər ki, cağ-mil (düz istiqamətdə dəmir tiyə), zur və yaxud zür, sür isə (haray, səs-küy) mənasını daşıyır.

Ayrıca bu kəndin əfsanəvi xalq qəhrəmanı,azadlıq mücahidi Ağaməmməd kimi görkəmli nümayəndəsidə vardır. Ağaməmməd 1918-1920-ci illərdə Qarabağ dağlıq yaylasında, indiki Laçın rayonu ərazisində erməni quldur dəstələrinə qarşı azəri-türklərinin apardığı müharibədə, tarixə “Qara göl”  döyüşləri kimi düşmüş bu azadlıq mücadiləsində öz qəhrəmanlığı ilə ad-san qazanmışdır.

Cağazur kəndi 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.

Əhalisi

Bu kəndin əhalisi türk mənşəlidir.

İstinadlar

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.