CERN

CERN — Avropa nüvə araşdırmaları təşkilatı, dünyanın ən iri yüksək enerji fizikası laboratoriyası. Bəzən Avropa nüvə tətqiqatları mərkəzi kimi də tərcümə olunur. CERN abbreviaturası fransız dilindən Conseil Europėen pour la Recherce Nucėaire (Avropa nüvə tətqiqatları Şurası) adından götürülüb.

CERN
CERN
Organisation européenne pour la recherche nucléaire[1]
Loqonun şəkli
Yaranma tarixi 29 sentyabr 1954
Rəsmi dili
Mərkəzi
Üzvləri
  • 2.635 nəf. (2020)[2]
home.cern
home.cern/fr
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ümumi məlumat

CERN İsveçrə və Fransa sərhəddində, Cenevrə şəhəri yaxınlığında yerləşir. Ərazisi iki əsas və bir neçə kiçik meydançadan təşkil olunub. Böyük binalar kompleksinə işçi otaqlar, laboratoriyalar, anbarlar, konfrans zalları, yaşayış evləri, yeməkxanalar daxildir. Sürətləndirici kompleks həm yerin səthində (Linac, PS kimi köhnə sürətləndiricilər), həm də yerin 100 metrə qədər dərinliyində (dahah yeni SPS, LHC sürətləndiriciləri) yerləşir.

Əsas meydança İsveçrənin Meyran şəhəri yaxınlığında, digər əsas meydança isə Fransanın Prevesan-Moen şəhəri yaxınlığında yerləşir. Nisbətən kiçik meydançalar yaxın ətraflarda LEP sürətləndiricisi üçün tikilmiş yeraltı həlqə boyunca salınmışdır.

CERN-nin yaradılması haqqında razılıq 12 Avropa ölkəsi nümayəndəlirinin iştirakı ilə Parisdə 29 iyun-1 iyul 1953-cü il tarixində imzalanmışdır. Təşkilat 1954-cü ilin 29 sentyabrında yaradılmışdır. Hazırda üzv-ölkələrin sayı 20-dir. Bundan əlavə bəzi ölkə və beynəlxalq təşkilatlar mərkəzdə müşahidəçi statusuna malikdir. CERN-də 2500 daimi işçi çalışır, eyni zamanda 85 ölkənin 580 universitet və institutundan 8000-ə yaxın fizik və mühəndis mərkəzin beynəlxalq təcrübələrində iştirak edir.

CERN-ə üzv ölkələrin ayırdığı illik vəsait 2008-ci ildə 1075,863 milyon İsveçrə frankı və ya 990 milyon ABŞ dolları olmuşdur.

Tarixi

Beynəlxalq qurumların müharibədən sonra Avropada yaranmış problemlərin həllinə nail olmasından sonra, aparıcı Avropa fizikləri oxşar təşkilatların fiziki tətqiqatlar üçün də yaradılması ideyası ilə çıxış etməyə başladılar. Bunlar arasında Fransadan Raul Dotri, Pyer Oje və Lev Kovarski, İtaliyadan Edoardo Amaldi, Danimarkadan Nils Bor var idi. Avropa alimlərini birləşdirməkdən əlavə yaradılacaq təşkilat yüksək enerjili fizika sahəsində tətqiqatların maliyyə xərclərini iştirakçi dövlətlər arasinda bölüşməli idi. Fransız fiziki Lui de Broyl 1949-cu ildə İsveçrənin Lozanna şəhərində keçirilmiş Avropa Mədəni Konfransında rəsmi şəkildə vahid Avropa laboratoriyası yaratmaq təklifini irəli sürdü.

Növbəti təkan Amerikalı Nobel mükafatı laureatı İsidor Rabi tərəfindən gəldi. Amerikalı alim 1950-ci ildə UNESCO-nun Florensiyada (İtaliya) keçirilmiş sayca beşinci konfransında "beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi məqsədilə regional tətqiqat laboratoriyalarının yaradılmasına yardım və dəstək" tezisini irəli sürdü. 1951-ci ilin dekabr ayında Parisdə UNESCO-nun hökumətlərarası görüşündə nüvə tətqiqatları sahəsində Avropa Şurasının yaradılması haqqında qərar qəbul olundu. İki ay sonra 11 ölkə müvəqqəti Şuranın yaradılması barədə razılığa gəldilər. Elə həmin vaxt da CERN adı meydana gəldi. 1952-ci ilin oktyabr ayında müvəqqəti Şuranın Cenevrədə keçirilən üçüncü ssesiyasında gələcək laboratoriyanın yeri seçildi. 1953-cü ilin iyun ayında Cenevrə kantonunda referendum keçirildi. Seçicilərin 2/3 hissəsi elmi mərkəzin yerləşməsinə səs verdilər. Şuranın konvensiyası 12 iştirakçı-ölkə arasında imzalandı. 1954-cü ilin 29 sentyabrında razılığa Fransa və Almaniya da qoşuldu. Beləliklə Avropa nüvə tətqiqatları Təşkilatı yarandı. Şura tezliklə dağılsada, CERN akronimi saxlanıldı.

İştirakçı Ölkələr

Shiva heykəli Nataraja rəqs edən

Razılığa 1953-1954-cü illərdə imza atan ilk ölkələr

1954-cü ildən sonra baş verən dəyişikliklər

Müşahidəçi statusu olan ölkə və təşkilatlar

UNESCO

Hal-hazırda təşkilata 20 ölkə daxildir. Bununla belə müşahidəçi ölkələr də mərkəzin elmi tədqiqatlarında fəal iştirak edir.

Laboratoriyanın elmi nailiyyətləri

CERN-də aparılmış təcrübələrdə bir neçə böyük kəşflərə imza atılmışdır:

  • 1973-cü il: Qarqamel qabarcıqlı kamerasının köməkliyi ilə neytral cərəyan kəşf edilir
  • 1983-cü il: UA1 və UA2 təcrübələrində W-və Z-bozonlar kəşf edilir.
  • 1989-cu il: LEP sürətləndiricisində aparılan təcrübələrdə neytrino çeşidlərinin sayı təyin edilir.
  • 1995-ci il: Antimaddə atomları- PS210 təcrübəsində antihidrogen atomu yaradılır
  • 2001-ci il: NA48 təcrübəsində CP-simmetriyasının birbaşa pozulması kəşf olunur.

1984-cü ildə Karlo Rubbia və Simon van der Mer W- və Z-bozonların kəşfinə səbəb olacaq işlərinə görə fizika üzrə Nobel mükafatına layiq görülürlər.

1992-ci ildə CERN-nin digər bir əməkdaşı Jorj Şarlak elementar hissəciklər detektorlarının kəşfi və yaradılması, o cümlədən çoxməftilli proporsional kameranın yaradılmasına görə fizika üzrə Nobel mükafatıan layiq görülür.

İstinadlar

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.