CBC
CBC (Caspian Broadcasting Company) — 10 aprel 2013-cü il tarixində ATV International telekanalı əsasında yaradılaraq yayıma başlayan beynəlxalq televiziya kanalı. Yarandığı bir neçə ay ərzində loqosu hər 7 saniyədən sonra "ATV Int." loqosuna çevrilirdi. 9 may 2014-cü il tarixindən etibarən ATV Plus kabel televiziyasında yayımlanır. 2015-ci ildə Futbol üzrə Azərbaycan çempionatı 2015/2016 mövsümünün yayım hüququnu əldə etmişdir. 9 avqust 2015-ci il tarixində "Neftçi — Kəpəz" oyunu ilə yayıma start verdi. Yayım Azərbaycan dilində həyata keçirilir. Həmçinin həmin gün "CBC Sport" adlı qardaş kanalı da yayıma başladı.
CBS ilə səhv salmayın.
CBC | |
---|---|
Ölkə | Azərbaycan |
Yayım ərazisi | (müxtəlif bölgələrdə) |
Dil |
Azərbaycan dili Rus dili İngilis dili Gürcü dili |
Baş qərargah | Bakı, Azərbaycan |
Yaranma tarixi | 10 aprel 2013 |
Sahibi | SOCAR |
Keçmiş adları | ATV International |
Şüar | Bringing Azerbaijan to the World, Bringing World to Azerbaijan |
Qardaş kanallar |
CBC SportHD Xəzər TVHD Xəzər FM Araz FM |
Sayt | cbctv.az |
Xarici keçidlər
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.