C. C. Catch

C. C. Catch (alm. Caroline Catharina Müller; 31 iyul 1964[1], Oss, Şimali Brabant) – Alman ifaçısı və bəstəkarıdır.[2] 1980-ci illərdə Diter Bolenlə əməkdaşlıq etmiş və bir çox mahnıları ilə Avropa ölkələrinin hit-paradlarında populyarlıq əldə etmişdir.[3]

Karolina Katarina Müller
alm. Caroline Catharina Müller
Ümumi məlumatlar
Doğum adı Caroline Catherine Müller
Ləqəbi C. C. Catch
Doğum tarixi
Doğum yeri Niderland Niderland, Şimali Brabant, Oss
Vətəndaşlığı Niderland Niderland
Almaniya Almaniya
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni, müğənni-mahnı yazarı, musiqiçi
Fəaliyyət illəri 1980-ci ildən
Janrlar Avro disko
Pop musiqi
Albom şirkəti Hansa Records
cccatch.de
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Gənclik illəri

Karolina Katarina Müller 31 iyul 1964-cü ildə Niderlandın Şimali Brabant ərazisinin Oss adlanan kiçik şəhərində anadan olmuşdur.[4] Uşaqlıq illərindən anası onu Karo deyə çağırırdı. Onun valideynləri müxtəlif ölkələrin vətəndaşları idi. Atası Yurgen alman əsilli və anası Korri isə holland əsilli idi. Ailə böhranı nəticəsində Karolina 14 yaşından müvəqqəti olaraq Niderlandda anası ilə yaşamışdır. Anası ailəni barışdırmaq məqsədilə 1979-cu ildə Almaniyanın Bünde adlanan kiçik şəhərinə köçürlər.[5]

Karolina paltar üzrə dizayner peşəsini öyrənmiş və öyrəndikdən sonra bir neçə il ağır şəraitdə tikiş fabrikində işləmişdir. Boş vaxtlarında gitara çalır və dünya ulduzlarının mahnılarını ifa edirdi. Karolina bir axşam musiqiçilər qrupu ilə görüşür. Karolina onlardan musiqini öyrətməyi xahiş etmişdir. Həmin andan başlayaraq gitara və rəqs dərslərini öyrənməyə başlamışdır. Onun ilk ləqəbi "Karol Din" (ing. Carol Dean) olmuşdur.[6]

Solo karyerası

Məşhur alman prodüserlərindən biri olan Piter Kent Karolinanı "Optimal" qrupuna cəlb edir. Onun parlaq səsi ilə valeh olan Diter Bolen Karolinanı 1985-ci ilin aprel ayında Hamburqa dəvət edir.[7]

Bu qrupu tərk etdikdən sonra Diter Bolen ilə çalışmağa başlamışdır. Karolina "C. C. Catch" (Si Si Ketç, C. C. – adının ilk hərfləridir) ləqəbi ilə 1985–1988-illər arası populyarlıq qazanmışdı. 1985-ci ildə ad günündə yazılmış I Can Lose My Heart Tonight mahnısı, ona ilk uğurunu gətirir.[8] Lakin onun haqqında məlumat, həmin ildə heç kimə məlum deyildi. Nəhayət, 1986-cı ilin fevral ayında ilk albomu Catch the Catch çıxır. Albomun üzərində onun sevimli "Morti" adlı ev pişiyi təsvir edilmişdir. 1986-cı ilin may ayında Karolinanın ikinci albomu Welcome to the Heartbreak Hotel çıxır.

1987-ci ildə Like a Hurricane albomu çıxır. Artıq Karolina Avropanın bir çox ölkələrində tanınırdı. Karolinanın populyarlığı SSRİ-də Maykl CeksonMadonna ilə bir səviyyədə idi. Onun mahnıları Skandinaviya ölkələrində də məşhur idi. Bu illərdə bütün mahnılarının sözlərini Diter Bolen (1985–1988-ci illər arası mahnılarının prodüseri) yazmışdır.[9] 1987-ci ildə Diamonds albomu işıq üzü görür. Bu albomda Karolinanın ən yaxşı mahnıları toplanmışdır. Lakin bu albomun çıxarılmasından başlayaraq Diter ilə Karolina arasında münasibət dəyişir. 1988-ci ildə Big Fun albomu çətinliklə də olsa, işıq üzü görür. Səbəbi isə Diter Bolenin bu alboma prodüserlik etməmək istəyi idi.

Karolina solo karyerasının ilk illərində mahnıların sözlərini yazmaq istəyirdi. Onun ifa etdiyi mahnı sözlərinin müəllifi və prodüseri olan Diter Bolen isə Karolinaya icazə vermirdi. Diter söyləyirdi ki, Karolina heç bir vaxt onsuz məşhurluq qazanmayacaqdır. Lakin Karolina Diterlə qəti olaraq, razılaşmaq istəmirdi. Bu səbəbdən Karolina Diter ilə əməkdaşlığını pozmaq qərarına gəlir. Lakin Diter Bolen onun prodüseri olduğu üçün Karolinaya bir sıra şərtlər irəli sürürdü. Həmin şərtlərdən biri də belə idi: "Karolina Diterdən ayrıldıqdan sonra daha "C. C. Catch" ləqəbini daşımayacaqdır." Karolinanın sözlərinə görə, bu ləqəbi ilk dəfə şəxsən özü Diterə təqdim etmiş və bu səbəbdən ləqəbin bütün hüquqları məhz özünə məxsus olmalıdır.

Məhkəmənin qərarı ilə Karolina Diterə böyük həcmdə pul ödədikdən sonra onunla əməkdaşlığını bitirir və yeni solo karyerasına başlayır. Diter Bolen isə Blue System musiqi qrupunu yaradır və bu qrup Almaniyada Avrodens janrında ifa edən qruplardan birinə çevrilir. Karolina 1989-cu ildə Diter Bolen ilə əməkdaşlığını bitirdikdən sonra yeni ifa edəcəyi mahnılarının sözlərini yazmağa başlayır. Lakin bundan sonra Karolina əvvəlki müvəffəqiyyətini qazana bilməmişdir. Həmin ildən başlayaraq ifa etdiyi mahnıların janrı, əvvəlki ifa etdiyi mahnıların janrından fərqli idi. Məhz bu səbəbdən Karolina populyarlıq qazana bilmir.

1989-cu ildə İspaniyada Böyük Britaniyanın menecmentlərindən biri olan Simon Napyer Bellon ("Wham!" musiqi qrupunun prodüseri) ilə tanış olur. Simon Napyer Bellon Karolina ilə yaxından maraqlanmağa başlayır. Onun sayəsində 1989-cu ildə Hear What I Say albomunu çıxarır. Bu albomla Karolina istəyirdi ki, fanatlar Diter Bolenin nə demək istədiyini yox, məhz özünün nə demək istədiyini eşitsinlər. Həmçinin, albomun yeni prodüserləri Endi Teylor ("Duran Duran" musiqi qrupunun prodüseri), Deyv Kleyton (ifaçı Corc MayklU2 musiqi qrupu ilə əməkdaşlıq etmişdir) və Co Duorniek kimi ("Duran Duran" musiqi qrupu ilə əməkdaşlıq etmişdir) prodüserlər idi. Bu albomun ən yaxşı mahnısı Big Time mahnısıdır.[10] Həmin ildə BMG musiqi kompaniyası Baby I Need Your Love mahnısını istehsal edir. Diter Bolen Good Guys Only Win In Movies mahnısını çıxarmağa razılıq verir. Bu vaxtda Karolina albomun ikinci mahnısı olan Midnight Hour mahnısını çıxarır. 1990-cı ildən başlayaraq Karolina Katarina Müller musiqi karyerasına ara verir.[11]

1991-ci ildə Rusiyanın paytaxtı Moskva şəhərində keçirilən "Çernobılın uşaqları – bizim uşaqlardır" adlı xeyriyyəçilik konsertində C. C. Catch iştirak etmişdir. Bu konsertdən sonra onun haqqında məlumat çox az idi. Lakin Karolina 1998-ci ildə musiqi səhnəsinə qayıdaraq bir çox mahnıları remiks formasında ifa edir və bir çox uğurlar qazanır.[12] Həmin ildə Karolina 1998-ci ildə öz yoqa müəllimi ilə ailə həyatı qurur və bir müddət keçdikdən sonra ayrılırlar.[13] 2003-cü ildə Almaniyada Karolina Shake Your Head mahnısını yazır. Bu mahnı bir sıra hit-paradlarda, o cümlədən, BelçikaNorveç kimi ölkələrin hit-paradlarında uğur qazanır. 2010-cu ildə Xuan Martinezlə duet oxuyur və bu duet ifası ona müvəffəqiyyət gətirir.

Mükafatlar

İlMükafat
1988"RSH-Gold" mükafatı
19891989-cu ilin müğənnisi "Qızıl Şir" mükafatı
2006"Rusiya Sülh Yaradan Orqanizasiya" mükafatı[14]

Diskoqrafiya

Studiya albomu

Ad Albom Hit-paradlarda tutduğu yüksək mövqe Sertifikasiya
Almaniya
[15]
Avstriya
[16]
Norveç
[17]
İspaniya
[18]
İsveç
[19]
İsveçrə
[20]
"Catch the Catch"
  • İstehsal edilib: 28 Aprel, 1986
  • Leybl: Hansa Records
  • Formatlar: CD, LP, kaset
624621258
"Welcome to the Heartbreak Hotel"
  • İstehsal edilib: 8 Dekabr, 1986
  • Leybl: Hansa
  • Formatlar: CD, LP, kaset
282244
"Like a Hurricane"
  • İstehsal edilib: 1987
  • Leybl: Hansa
  • Formatlar: CD, LP, kaset
3025
"Big Fun"
  • İstehsal edilib: 1988
  • Leybl: Hansa
  • Formatlar: CD, LP, kaset
5322
"Hear What I Say"
  • İstehsal edilib: 1989
  • Leybl: Metronome Music
  • Formatlar: CD, LP, kaset
7546
"—" bu işarə albomun heç bir hit-paradda yer tutmadığını bildirir.

Albom yığmaları

Albom yığmaları Albom haqqında qısa məlumat Hit-paradlarda tutduğu yüksək mövqe Sertifikasiyalar
Almaniya
[15]
İsveçrə
[22]
Diamonds: Her Greatest Hits
  • İstehsal edilib: 16 may, 1988
  • Leybl: Hansa
  • Formatlar: CD, LP, kaset
4325
  • İspaniya: Qızıl
"Super 20"
  • İstehsal edilib: 2 yanvar, 1990
  • Leybl: Ariola Express
  • Formatlar: CD, LP, kaset
"Backseat of Your Cadillac"
  • İstehsal edilib: 17 Yanvar, 1994
  • Leybl: Ariola Express
  • Formatlar: CD, LP, kaset
"Super Disco Hits"
  • İstehsal edilib: 2 may, 1994
  • Leybl: Ariola Express
  • Formatlar: CD, LP, kaset
"Best of '98"
  • İstehsal edilib: 1998
  • Leybl: Hansa
  • Formatlar: CD, kaset
76
"Heartbreak Hotel"
  • İstehsal edilib: 3 İyul, 2000
  • Leybl: Ariola Express
  • Formatlar: CD, kaset
"Best of C. C. Catch"
  • İstehsal edilib: 18 sentyabr, 2000
  • Leybl: Ariola Express
  • Formatlar: CD, kaset
"In the Mix"
  • İstehsal edilib: 12 may, 2003
  • Leybl: Hansa
  • Formatlar: CD, kaset
"Catch the Hits"
  • İstehsal edilib: 16 sentyabr, 2005
  • Leybl: Edel AG
  • Formatlar: CD, kaset
"The 80's Album"
  • İstehsal edilib: 28 oktyabr, 2005
  • Leybl: Edel
  • Formatlar: CD
"Maxi Hit Sensation-Nonstop DJ"
  • İstehsal edilib: 12 may, 2006
  • Leybl: Edel
  • Formatlar: CD
"Ultimate C. C. Catch"
  • İstehsal edilib: 23 noyabr, 2007
  • Leybl: Edel
  • Formatlar: CD
"25th Anniversary Box (5CD)"
  • İstehsal olunub: 11 noyabr, 2011
  • Leybl: 4ever Music
  • Formatlar: CD
"—" bu işarə albomun heç bir hit-paradda yer tutmadığını bildirir.

Sinqllar

Mahnı İl Hit-paradlarda tutduğu yüksək mövqe Albom
Almaniya
[23]
Avstriya
[16]
Belçika[24] İspaniya
[18]
İsveçrə[22] Böyük Britaniya[25]
"I Can Lose My Heart Tonight" 1985 1324719 "Catch the Catch"
"Cause You Are Young" 1986 92868
"Strangers by Night" 915331011
"Heartbreak Hotel" 82223313 "Welcome to the Heartbreak Hotel"'
"Heaven and Hell" 13219
"Are You Man Enough" 1987 20528 "Like a Hurricane"
"Soul Survivor" 17196
"Good Guys Only Win in Movies" 1988 6
"House of Mystic Lights" 227 "Diamonds" yığmalar silsiləsinin ilk sinqlı
"Backseat of Your Cadillac" 106 "Big Fun"
"Summer Kisses"
"Nothing but a Heartache" 1989 3914
"Baby I Need Your Love"
"Big Time" 26 "Hear What I Say"
"Midnight Hour"
"C. C. Catch Megamix '98" 1998 33 Best of '98
"Soul Survivor '98" 8
"I Can Lose My Heart Tonight '99" 1999 7212
"Shake Your Head" 2003 Non-album singles
"Silence" 2004
"Unborn Love" 2010
"Another Night in Nashville" 2014
"—" bu işarə albomun heç bir hit-paradda yer tutmadığını bildirir.

İstinadlar

  1. Deutsche Nationalbibliothek Record #134633733 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  2. "Allmusic: C.C. Catch (Biography)". Allmusic. 2014-06-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-06-16.
  3. "Stern.de: C.C. Catch". Stern (magazine). 2001-06-18. 2013-08-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-11.
  4. C. C. Catch Strelna.ru saytında Arxivləşdirilib 2014-03-19 at the Wayback Machine Yoxlanılıb: 30 avqust 2014
  5. C. C. Catch həyatı ingiliscə Arxivləşdirilib 2017-04-10 at the Wayback Machine Yoxlanılıb: 30 avqust 2014
  6. Karolina Müllerin həyatı Arxivləşdirilib 2019-06-13 at the Wayback Machine Yoxlanılıb: 30 avqust 2014
  7. C. C. Catch Karol Din ləqəbində Arxivləşdirilib 2022-03-28 at the Wayback Machine Yoxlanılıb: 30 avqust 2014
  8. "Hitparade.ch: C.C. Catch (I Can Lose My Heart Tonight)". Schweizer Hitparade. 2017-11-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-06-16.
  9. "Charts.de: C.C. Catch (Discography)". Charts.de. 2019-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-06-16.
  10. "Charts.de: C.C. Catch (Big Time)". Charts.de. 2019-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-06-16.
  11. C. C. Catch Cccatch-concert.com saytında Arxivləşdirilib 2022-01-02 at the Wayback Machine Yoxlanılıb: 30 avqust 2014
  12. C. C. Catch haqqında Arxivləşdirilib 2017-09-18 at the Wayback Machine Yoxlanılıb: 30 avqust 2014
  13. C. C. Catch Moskva.fm saytında Arxivləşdirilib 2012-07-15 at the Wayback Machine Yoxlanılıb: 30 avqust 2014
  14. Sülh yaradan mükafatı: C. C. Catch Arxivləşdirilib 2021-07-24 at the Wayback Machine Yoxlanılıb: 30 avqust 2014
  15. "Charts.de: C.C. Catch (Albums)". Media Control (German). Charts.de. İstifadə tarixi: 2003-05-17.
  16. "C.C. Catch in der Österreichischen Hitparade" (German). austriancharts.at. Hung Medien. 2013-06-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-17.
  17. "C.C. Catch in Norwegian Charts". norwegiancharts.com. Hung Medien. 2015-11-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-17.
  18. Salaverri, Fernando. Sólo éxitos: año a año, 1959–2002 (1st). Spain: Fundación Autor-SGAE. September 2005. ISBN 84-8048-639-2. (#accessdate_missing_url)
  19. "C.C. Catch in Swedish Charts". swedishcharts.com. Hung Medien. 2015-11-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-17.
  20. "Hitparade.ch: C.C. Catch (Albums)" (German). swisscharts.com. Hung Medien. 2015-11-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-17.
  21. "Solo Exitos 1959–2002 Ano A Ano: Certificados 1979–1990". Solo Exitos 1959–2002 Ano A Ano. 2013-06-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-07-25.
  22. "Hitparade.ch: C.C. Catch (Singles)" (German). swisscharts.com. Hung Medien. 2015-11-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-17.
  23. "Charts.de: C.C. Catch (Singles)". Media Control (German). Charts.de. İstifadə tarixi: 2003-05-17.
  24. "Ultratop: C.C. Catch (Singles)" (Dutch). ultratop.be/nl. Hung Medien. 2015-10-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-17.
  25. "The Official Charts Company – C. C. Catch". The Official Charts Company. 10 July 2013. 18 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 July 2014.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.