Cəzirə

Cəzirə, əl-Cəzirə (ərəb. الجزيرة "ada") — Mesopotamiyanın şimal hissəsində İraq, Suriya, Türkiyədə yayla. Bağdaddan Şimalda, Dəclə ilə Fərat çayları arasında olan ərazi.

Kosmosdan çəkilmiş foto

Şimalda və şərqdə TavrZaqros dağları ilə məhdudlaşır, qərbdə və cənub-qərbdə Suriya səhrasının və Ərəbistan yarımadasının platosuna keçir, cənub-şərqdə aşağı, cənub Mesopotamiyadan çıxıntı ilə ayrılır.

Cəzirə, şimal-qərbdəki 480 m-cənub-şərqdəki 200 m qədər enən düzənlikdir. Ayrı zirvələr 1463 m çatır –Sincar massivində olan Şelmirav dağı. Cəzirə terrasavari DəcləFərat vadiləri, onların qolları, eləcə də quru çay yataqları ilə kəsişir.

Plato qumdaşı, təbaşir və miosen dövründən qalma qatlardan, eləcə də alluvium və bazalt sahələrdən ibarətdir. Şimalda platonun İraq hissəsində, böyük neft yataqları var. Subtropik, yayda çox quru və isti, qışda mülayim rütubətli Aralıq dənizi iqlimi var. Landşaftın əksər tipi: səhra (cənubda), yarımsəhra (şimalın dağaltı düzlərində); dağların ətəklərində seyrək fıstıq ağacları; oazislər və çay qıraqlarında çinar, söyüd, yulğunlu meşələrdir.

İstinadlar

    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.