Cəyirli (Qobustan)

CəyirliAzərbaycan Respublikasının Qobustan rayonunun Cəyirli kənd inzibati ərazi dairəsində kənd.[1]

Cəyirli
40°34′51″ şm. e. 48°52′00″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Cəyirli xəritədə
Cəyirli
Cəyirli

Tarixi

Cəyirli kəndinin adı eyniadlı tayfanın adı ilə bağlıdır. Cəyirli tayfası Tulunc yaylasında oturaq həyata keçmiş, və beləliklə Cəyirli kəndi yaranmışdır. Cəyirlilər Çakirli, Çəkirli şəklində adlarla bilinən Qaraqoyunlu tayfalarından biridir. Öz adını Cəlayirilər dövründə Əmir Cagirdən aldığı güman edilən bu tayfa onun ölümündən sonra oğlu Bəstam Cagir tərəfindən idarə edilmişdir. Ərdəbil bölgəsinin bu tayfanın qədim yurdu və Qızılbaş tayfasından olduğu qeyd edilmişdir. Tayfanın ən böyük əmiri Əmir Bəstam illərlə Qara Yusif Türkmanla vuruşdu və axırda onun əmir əl-ümərası oldu.(Onun) oğlanlarından Əmir Bayəzid Cahanşah padşahın divan əmiri (əmir-i divan) idi və ölümündən sonra qardaşı Əbülfəth bəy onu əvəz etdi. Bəyazid bəyin oğlu Ömər bəy isə Cahanşahın böyük əmiri olmuş,Həsənəlinin məğlubiyyətindən sonra Əbu Səidin xidmətinə keçmişdir.Sonda isə Həsən padşah tərəfindən əsir alınmışdır. Tayfanın nümayəndələrindən Əli bəy Cahan şahın böyük əmiri idi və Səncəq döyüşündə Həsən padşahın qoşunu tərəfindən öldürüldü.Bu tayfa ilə bağlı olan oykonimlər İmişli, Göyçay, Cəbrayıl və Masallı bölgələrində "Çaxırlı" şəklində saxlanılmışdır. Lakin Cagirlu tayfası ilə bağlı oykonimlərə vaxtı ilə Göyçay,Cavanşir,Nuxa,Şamaxı və Yelizavetpol qəzalarında Cagirli,hazırda isə Bərdə, Şəki, Göyçay, Şəmkir və Qobustan bölgələrində Cəyirli formasında rast gəlinir. Sonralar Ərdəbil və Muğanda yaşayanları Qızılbaş tayfaları kimi tanınmışlar. Cəyirli kəndinin yaxınlığında "Cəyirli kurqanı" yerləşir . Onun tarixi ilk orta əsrlərə gedib çıxır. Kurqanın qədim Qafqaz albanlarına aid olduğu güman edilir .

Coğrafiyası və iqlimi

Cəyirli kəndi Qobustan şəhərindən 8 km şimal-qərbdə Şamaxıdan isə 25 km şərqdə yerləşir. Kiçik dağın qoynunda məskunlaşır. Kənddə və kənddən kənarda 15-ə qədər bulaq var. Cəyirli ilə Çuxanlının arasında Quruçay və kolluqlar meşəsi vardır. Kəndin aşağısında qoşa palçıq vulkanı var. Burada mülayim iqlimli yay, çox sərt qış olur. Yazı və payızı yağıntılı keçir. Vaxtilə bu kənddə üzümçülük yüksək inkişaf mərhələsində olub. Hətta böyük şərab zavodu mövcud olub. Hazırda ancaq dəmyə taxılçılıq üstünlük təşkil edir. Cəyirli kəndində 1993-cü ildə Qarabağ uğrunda canlarından keçmiş Şəhid Ayaz Quluyev və Şəhid Rasim Hüseynov adına iki məktəb (orta və əsas) vardır. Ümumiyyətlə Qarabağ uğrunda döyüşdə bu torpaq 3 şəhid vermiş və itkin düşən övladları olmuşdur. Kəndin Abidə kopleksi sahəsində 1941-45-ci il Böyük vətən müharibəsinə aid abidə və şəhid Rasim Hüseynov və şəhid Hicran Səmədovun büstü qoyulmuşdur. Bundan başqa kəndin fəaliyyətdə olan poçt şöbəsi, məscidi və dəyirmanı vardır.

Əhalisi

Cəyirli tayfasından ibarət 500-ə yaxın evlik Cəyirli kəndində 1919-cu il tarixində ermənilər tərəfindən 40 kişi, 20 qadın, 15 uşaq öldürülmüşdür. Bu kənddə bir çox aşıq, şairalimlər yetişmişdir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 2581 nəfər əhali yaşayır.[2]

Şəhidlər

Rasim Hüseyn oğlu Hüseynov 1964-cü ildə Qobustan rayonu Cəyirli kəndində dünyaya göz açmışdır. Orta məktəbi bitirib hərbi xidməti başa vurduqdan sonra Əlibayramlı (indiki Şirvan) rayonu Sənaye texnikumunda təhsil almışdır. Təhsilini başa vurduqdan sonra adı gedən rayonda işləməyə başamışdır. 1990-cı illərdən başlayan müharibə vəziyyəti və ermənilərin vətənimizin torpağına xaincəsinə soxulmaları Rasimi narahat edirdi. Bu təcavüzə dözməyən Rasim, 1992-ci ildə könüllü olaraq cəbhəyə yola düşüdü. Ön cəbhədə bir çox döyüşlərdə iştirak etdi. 1994-cü ilde döyüşlərin qızğın getdiyi zaman Ağdamın Güllücə kəndində komandir olaraq döyüşürdü. Həmin döyüşlərin birində 6 yanvar günü o, öz əsgərləri ilə bərabər qəhrəmanlıqla şəhadətə yetmişdir. 18 yanvarda şəhidi doğulduğu Şamaxı rayonunun Cəyirli kəndində torpağa tapşırdılar. Hal-hazırda Cəyirli kəndinə yerləşən məktəblərdən biri Rasim Hüseynovun adını daşıyır, həmin kəndin abidə kompleksində də şəhidə bir büst qoyulmuşdur. Bundan başqa Hacıqabul rayonunun Muğan qəsəbəsində şəhidin adına bir küçə var.

Ümumiyyətlə, Qarabağ uğrunda gedən döyüşlərdə Cəyirli kəndi 6 şəhid vermiş və itkin düşən övladları olmuşdur. 1993-cü ildə Qarabağ uğrunda canlarından keçmiş qəhrəmanlar Şəhid Rasim Hüseynov, Şəhid Ayaz Quliyev və Şəhid Hicran Səmədov, itkin düşən Babayev Mirtalib Soltanəli oğludur. 2020 ci il tarixində Elxan Məmmədov, Murad İbadov və əslən cəyirli kəndindən olan Hacıqabul rayonu Muğan qəsəbə sakini 2002-ci il təvəllüdlü Əhmədov Səbuhi vətəni uğrunda canından keçmişdir.[mənbə göstərin]

Din

Kənddə Cəyirli kənd məscidi dini icması fəaliyyət göstərir[3].

İstinadlar

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.